writer1

Elmin Həsənli

Məqalə sayı

24
clock13:05 calendar-gray 07 Aprel 2011 view-gray953 dəfə oxunub
view-gray953 dəfə oxunub

Seymur Baycanı oxumağın bədəli

Əsgərlik xatirələrini danışmağı sevmirəm. Çünki bu xatirələr orda olanlardan başqa heç kimə maraqlı deyil.
Ancaq mənim bu xatirəmin az da olsa ədəbiyyata dəxli var.

***

Əsgərlikdə olanda noutbukumu da bölüyə gətizdirmişdim. Bölük komandirinə yazı işlərinə kömək edirdim. Bəzi yazıları noutbukda yazırdıq. Komandirin aldığı printerdə çap edirdik.

Bir gün noutbukumun yaddaşını qurcalayarkən Seymur Baycanın “Sərçələr” hekayəsi qabağıma çıxdı. Boş vaxtımda hekayəni bir daha oxumaq ümidi ilə onu çap edib cibimə qoydum.

***

Üstündən təxminən 1 həftə keçdi. Hekayə hələ də, cibimdəydi. Açıb oxumamışdım. Taborun qərargahında yağ qoxusu verən yeməkxanada oturub yazı yazardım. Birdən içəri briqadanın qərargahından gəlmiş mayor girdi. Yaxınlaşıb kim olduğumla maraqlandı. Sonra qabağımdakı kağız-kuğuza baxdı. Gördüklərini dəftərə yazdı. Məni ayağa qaldırıb üstümü yoxladı.

Cibimdə bölük komandirindən gizlin işlətdiyim telefon çıxdı. Mayor döş cibimdən hekayəni götürdü. Kağızı açıb başlığından, bir az da ortasından oxudu. Əvvəl gülümsədi sonra telefonu da, hekayəni də cibinə qoyub getdi. Kor-peşman bölüyə qayıtdım.

***

Bölük komandiri otağında qonaqları ilə yeyib içirdi. İçəri girib qayıtdığımı məruzə etdim. Başıma gələnlərlə bağlı komandirə heç nə demədim. Əsgərlərə başıma gələni danışdım. Hekayədən söz açmadım. Zatən anlatsaydım da bir şey başa düşməyəcəkdilər.

Bir-iki saat bölüyün ərazisində gic-gic fırlandım. İştaham qaçmışdı, yemək də yeyə bilmirdim. 40 qəpiklik “Freedom” siqaretindən isə dalbadal çəkirdim.

***

Birdən bölük komandirinin nərəsi eşidildi. Həsənli soyadını düşmən əsgərləri də eşitdi az qala. Qaça-qaça gəldim. Komandir hələ də, nərildəyirdi. Bəlli oldu ki, briqadanın qərargahından zəng ediblər. Deyiblər ki, sənin əsgərin telefon işlədir. İki-üç saat komandiri başa saldım. 2-3 saat qışqırıb –bağırdıqdan sonra sakitləşdi.

***

Sabahısı gün bölük komandiri gəlib “Hazırlaş, hərbi hissə komandiri çağırıb, gedirik” dedi. Mən də “botinka”larımı mazladım, üzümü qırxdım. Komandirin hər gün kənddə ədabazlıqla ora-bura sürdüyü maşınına oturub hərbi hissəyə getdik.

***
Hərbi hissənin qərargahına girəndə dəhşətə gəldim. Bütün idarə heyəti cibimdən çıxmış hekayədən danışırdı. Mən görənlər bölük komandirindən soruşurdular: “Budu, məktub yazan?”, “Budu, erotik məqalə yazan?”. “Erotik yazı yazıb Azərbaycan hərbçilərini təhqir etmisən”, “Sən əsgərlərin arasında təbliğat aparırsan”, “Sən vəhabisən”, “Sənin kimiləri tutmaq lazımdır”...

***

Savadsız zabitlərin heç birini başa salmaq olmurdu ki, bu məktub, məqalə yox hekayədi. Müəllifi də mən yox, Seymur Baycandır.
Özünün hamıdan ağıllı olduğunu göstərmək hərbi hissənin tədqiqatçısı isə belə dedi: “Onda biz məktub yazarıq Seymur Baycanı Yazıçılar Birliyindən çıxararlar”.
Mən başa düşdüm ki, bu adamlara nəyisə başa salmaq qeyri-mümkündür. Ona görə də susmağa üstünlük verdim. Bir az sonra hərbi hissə komandirinin – polkovnikin otağına keçdik.

***

Hərbi salam verib fərəqətdə dayandıq. Polkovnik əvvəlcə bizə fikir vermədi. Bir az qurcalandı. Stolun üstündəki kağızlara baxdı. Sonra üzünü bölük komandirinə tutub mənim niyə telefon işlətməyimdən, onun niyə diqqətsiz olmağından danışdı. Bölük komandirini bir xeyli danladı. Əlini atıb siyirmədən hekayəni çıxartdı. Bir az ürəyində oxudu. Sonra ortasından bərkdən oxumağa başladı.

“...Həmin gün bölüyün iş rejimi pozuldu. Əsgərlər iki sıra düzülüb günorta yeməyindən sonra gündəlik naryadın təyin olunmasını gözləyirdi. Bölük komandiri isə sakitcə dayanmışdı. Nəhayət əlini döş cibinə atıb gündəlik naryad cədvəli əvəzinə iri döşlü, vulqar baxışlı qız şəkili çıxartdı...”

Bu yerdə polkovniki gülmək tutdu. Amma gülmədi, özünü birtəhər saxladı. Mənim üzümə baxdı. Mən gülümsədim. Polkovnik əsəbləşdi. Bölük komandirini yenə danladı. Mənə dəxilsiz suallar verdi. Hamısına qısa-qısa cavablar verdim. Bölük komandirini yenə danladı. Axırda dedi ki, apar bunu tədqiqatçının yanına izahat yazsın. Məni çətin postlara göndərməklə qorxutdu.

***

Biz otaqdan çıxdıq. Tədqiqatçının otağına getdik. Hekayə oxuduğuma görə görə izahat yazmalıydım. Mən də ağzıma gələni yazdım. Ömrümdə belə absurd bir şey yazmamışdım. Yazdım ki, əsgərlərə bədii ədəbiyyat oxumağın qadağan olunduğunu bilmirdim. Bilsəydim oxumazdım.

***

Biz yenə bölük komandirinin maşınında posta qayıtdıq. Bölük komandiri bütün zabitlərin yanında biabır olmuşdu. Hamı elə bilirdi ki, bu hekayəni mən bölük komandirinə yazmışam. Hekayədə əsgərlər öz bölük komandirlərinə “Cimi” deyirdilər. Hekayəni oxuyan zabitlər də, mənin komandirimə deyirdilər ki, Cimi sənsən. Bu da dəli olmuşdu. Yolda mənə ağzına gələni deyirdi.

***

Posta çatan kimi əsgərlərdən birinin telefonu ilə dostum Qan Turalıya zəng etdim. Başıma gələnləri danışdım. Dedim ki, məni çətin postlardan birinə göndərmək istəyirlər. Köməyinə ehtiyacım var.

***

Bir az sonra bölük komandirinin nəriltisi aləmi götürdü. Yağışlı havada 3-4 saat hamını mənə görə incitdi. Əsgərləri ora-bura qaçırdır, “jim” elətdirir, turnikdə çəkindirir, sıra təlimi keçirdi.

Bunla hamısı mənə görəydi. Hamı mənə görə zibilə düşmüşdü. Hamısının sifətində qəzəb var idi. Hamı ürəyində məni söyürdü.

Mən isə bilmirdim gülüm ya ağlayım. Özümü söyüm ya Seymur Baycanı.

Axşam yeməyinə qədər bizi bölüyün daşlı ərazisində ora-bura süründürdü. Bölük komandiri bir az da qışdırdı, bağırdı, çağırdı, nərildədi.

***

Mən isə zəng gözləyirdim. Ürəyimdə Qan Turalıya lənətlər oxuyurdum ki, niyə zəng elətdirmədin. Nəhayət axşam yeməyində olanda zəng gəldi. Komandir məni dərhal otağına çağırdı.

***

Bu dəfə yumşaq danışırdı... Zəngdən sonra hər şey qaydasına düşmüşdü.
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
16:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
13:40 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
11:45 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:21 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
10:40 30 İyul 2021
Özü torpağın altında, saatı cibimdə... - Orxan Cuvarlı yazır
10:09 30 İyul 2021
Tural Abbaslının hay-küyü, Aysel Əlizadənin kukla eksperimenti - “Elin sözü” düzdürmü?
09:01 30 İyul 2021
Ən gözəl sevgilərlə xərçəng belə sağalar - Bahar Zamanının şeirləri
21:00 29 İyul 2021
Kino Günü açıq havada qeyd olunacaq
18:06 29 İyul 2021
Müəllifi kim öldürüb? - Qismət yazır...
17:20 29 İyul 2021
Azərbaycan almanlarından bəhs edən kitab çıxdı
16:51 29 İyul 2021
Dünya şöhrətli musiqiçi vəfat etdi
16:07 29 İyul 2021
APA TV-yə yeni baş direktor təyin olundu
15:21 29 İyul 2021
Rus məktəbində oxudu, əxlaqsız qadına görə “KQB”-yə çağırıldı, ad günündə öldü: Nəbi Xəzri onu niyə şilləylə vurmuşdu? - Xalq yazıçısının qeyri-adi həyatı
15:01 29 İyul 2021
İngiltərə şahzadəsinin toy tortu hərraca çıxarıldı - Foto
14:34 29 İyul 2021
Kukla Teatrı şəhid övladlarına tamaşa göstərib
14:01 29 İyul 2021