1001 gecə

1001 gecə
27 may 2014
# 12:23

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletmeyster – Azərbaycanın Əməkdar İncəsənət Xadimi, SSRİ Dövlət Mükafatı laureatı Nailə Nəzirovanın quruluşunda səhnəyə qoyulub. “Min bir gecə” nağıllarının motivləri əsasında qələmə alınmış librettonun müəllifləri Maqsud və Rüstəm İbrahimbəyovlar və Nailə Nəzirovadır.

Tamaşanın zəngin və möhtəşəm səhnə tərtibatı SSRİ Xalq Rəssamı Toğrul Nərimanbəyov tərəfindən həyata keçirilib. Rəngarəng və parlaq səhnə kostyumlarının müəllifi isə Əməkdar rəssam Tahir Tahirovdur.

Hökmdar Şəhriyar işıqlı, fərəhli və dinc bir aləmdə yaşayır və sevimli arvadı Nuridənin məhəbbəti və gözəlliyindən nəşə alır, dostları ilə ova gedir. Bir gün Şəhriyar ovdan saraya qayıdarkən saray əhlinin eyş-işrətə qapıldığını və onların içərisində odlu eşqlə sevdiyi arvadının düşgün bir qulun nəvazişlərini qəbul etdiyinin şahidi olur. Qəzəbli və qadir hökmdar alçalır, məhv olur, sarsılır. O dərhal xəyanət etmiş qadınını öldürür və eyni zamanda dəhşətli bir qərar: ölkədəki bütün gənc qadınları edam etmək haqqında qərar qəbul edir.

Belə bir anda Şəhrizad hökmdarın qarşısında dayanır. Müdrik, həssas və füsunkar olan bu qadın Şəhriyarın vəziyyətini dərindən başa düşərək onu özünə cəlb edə bilir, onu xeyirxah, pak və fədakar qəhrəmanlardan ibarət nağıllar aləminə aparır. Qorxmaz, igid dəniz səyyahı Sindbad, Gözəl Budura vurulan Ələddin, Əlibabanın qulluqçusu tədbirli Mərcanə və başqa qəhrəmanların köməyi ilə Şəhriyarın dünyada namus və ədalət, xeyir və paklıq olduğuna inamını yenidən özünə qaytarır və hökmdarın ürəyi bir daha incə, zərif duyğularla, qadına – Şəhrizada məhəbbətlə döyünür.

“Min bir gecə” müxtəlif illərdə Azərbaycan balet truppasının ifasında bir sıra ölkələrdə - Fransa, Almaniya, Belçika, Lyüksemburq, İraq və Mərakeşdə nümayiş edilib.

“Mib bir gecə” baleti bu gün də Opera və Balet Teatrının repertuarında olan ən populyar tamaşalardan biridir.

Kulis.Az “Min bir gecə” baletindən fotoları təqdim edir.

# 2008 dəfə oxunub

Oxşar xəbərlər

Kitab oxuyan seksual kişilər FOTOLAR

Kitab oxuyan seksual kişilər FOTOLAR

13:58 14 fevral 2015
Dindar qızın yataq otağındakı əcnəbi <span style="color:red;">FOTOLAR

Dindar qızın yataq otağındakı əcnəbi FOTOLAR

13:36 9 fevral 2015
İran qızlarının yarıçılpaq <span style="color:red;">FOTOLARI

İran qızlarının yarıçılpaq FOTOLARI

11:56 3 fevral 2015
Vaqif Səmədoğlu ilə vida mərasimi <span style="color:red;">FOTOLAR

Vaqif Səmədoğlu ilə vida mərasimi FOTOLAR

14:25 29 yanvar 2015
Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - <span style="color:red;">FOTOSESSİYA

Çılpaq gəzən, köçəri həyat keçirən ruslar - FOTOSESSİYA

09:00 23 yanvar 2015
Nazim Hikmətin çəkdikləri

Nazim Hikmətin çəkdikləri

11:38 15 yanvar 2015
#
#
# # #