writer1

İlqar Rəsul

Məqalə sayı

110
clock14:03 calendar-gray 17 İyun 2011 view-gray1250 dəfə oxunub
view-gray1250 dəfə oxunub

«İkiallahlılıq»

(..Uşaqlar Analar öləndən sonra böyüyürlər..İ.R.)

Anamın taleyi alnına yox, ətəyinə yazılıb. Çünki bu qədər müsibəti yazmağa heç Allahın özünün də alnında yer olmazdı.

Elə ona görə də ətəyi kimi, bəxti də ayaqlarının altında daşa, torpağa sürtülməkdən didik-didik idi.

Ərini və qardaşını valideyinlərindən əvvəl itirmişdi Anam, oğlunu torpağından, ev-eşiyindən sonra.

Ürəyi fikirdən, ayaqları Ürəyindən xəstə düşmüşdü.

Allahı onun gözlərindən həmişə utancaq baxan görürdüm.

Elə bil bədbəxtliyin hec kim qaldıra bilməyən yükünü anamın üstünə yazmışdı və indi də buna görə xəcalət çəkirdi

(Şəxsən mənimçün sonradan çəkilən xəcalət əslində əvvəlindən naqis yazılmış bir hekayənin özünə oxşayan epiloqundan başqa bir şey deyil).

Bəzən anamın lap çətin məqamlarında mənə elə gəlirdi ki, bax, indicə Allah intihar edəcək.

Amma yox, nə O, intihar edirdi, nə Anamın ürəyi partlayırdı. Elə bil Onlar bir birinin sifətində günah və xəcalət kimi asılıb qalmaqdan zövq alırdılar.

Qalmışdım İkisinin arasında. Bunun sözünü Ona deyirdim, Onun sözünü Buna.

İkisi də başımın bəlasına çevrilmiş nataraz uşaqlar kimiydi.

Hərdən mənə elə gəlirdi ki, əgər Allahla Anam çoxdan xərabə qalmış bu dünyanın hansısa küçəsində rastlaşsalar, Allah Özünü tanıtmamaq üçün gözünə eyək taxıb, gödəkcəsinin yaxalığını qaldıraraq tələsik ötüb keçər, Anamsa indicə gördüyünün kiməsə yamanca çox oxşadığını düşünməklə kifayətlənərdi.

Çünki iki günahkarın - hansısa günaha görə cəza çəkənlə, cəzanı verib günaha batanın ayaq saxlayıb bir birinin əhvalını soruşması yersiz olardı. Hə, ancaq belə edərdilər. Mən Onların İkisini də yaxşı tanıyıram.

Çünki ağlım kəsəndən Hərəsini bir dizimin üstündə böyütmüşəm…

Bir gün Anamı öldürdüm. Dəfnə Allah gəldi:

- Başın sağ olsun!

- Səndən narazıyam!

- Sənin bilmədiyin məsələlər var.

- Mənim bildiklərin narazı qalmaq üçün kifayət edir.

- O dünyası yaxşı olacaq.

- O tərəfdə yaxşı olacaq deyə İnsana bu tərəfdə bir belə zülm eləməzlər.

- Belə olmalıdır.

- Mən belə Allahlığı qəbul etmirəm.

- Başın sağ olsun….

…Telefonum zəng caldı:

- Hə Ana, dərmanlarını almışam, işdən çıxan kimi gətirəcəm.

- İndi gətirsən olmaz?

- Yox, düz gəlməz, hələ işimi qurtarmamışam.

- De ki, anam çağırır.

- Düz gəlməz.

- Başa düşməzlər?

- İnsandılar, niyə, başa düşəni də olar, başa qalxanı da. Gəl başa qalxa biləni daha bir günaha batırıb günahlanmayaq. Onsuzda sənin ətəyində salamat yer yoxdur...
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

BAFTA mükafatının təqdimetmə mərasimi keçirildi
18:54 12 Aprel 2021
Anar: "Çox istərdim ki, yazıçılarımız Şuşanı ziyarət etsin"
18:11 12 Aprel 2021
Səni aldatdım, bağışla! – Yazıçı vəfat etmiş həyat yoldaşına nələr etiraf etdi? – Mətn
17:30 12 Aprel 2021
“Brilliant əl” filminin aktrisası evində ölü tapıldı
16:45 12 Aprel 2021
Məşhur aktyor vəfat etdi
16:11 12 Aprel 2021
Kafkanın “Seçilmiş əsərləri” nəşr olunub
15:30 12 Aprel 2021
Nizami Gəncəvi haqda monoqrafiya nəşr edilib
14:50 12 Aprel 2021
17 yaşında Bakı meri ilə eşq yaşadı, 8 il həbs yatdı, rus qəbiristanlığında basdırıldı – Şalvar geyinən ilk azərbaycanlı qadın
14:22 12 Aprel 2021
Arzuları güllələnən uşaqlar – Yeni şeirlər
13:30 12 Aprel 2021
Azərbaycanlı şairə ağır itki üz verib
12:45 12 Aprel 2021
Kişilərdən çox qadınlara baxan qadın - Güneldən qısa hekayə
12:14 12 Aprel 2021
Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi
11:38 12 Aprel 2021
“Bəşir gəlir” meyxanasına əsəbləşən saxtakarlar
11:30 12 Aprel 2021
Ölüm şeirləri ilə ömür sürən Xalq şairi - Gənc yazar Ramiz Rövşəni sərt tənqid etdi
10:57 12 Aprel 2021
Xalq rəsamımız Türkiyə televiziyasında
10:23 12 Aprel 2021
Entoni Hopkins BAFTA mükafatına layiq görüldü
09:45 12 Aprel 2021
Üçrəngli bayraq niyə ilk dəfə ingilis generalın qarşısında dalğalandı? – Tariximizin “Qara Kitab”ı - Yeni layihə
09:01 12 Aprel 2021
"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
10:30 11 Aprel 2021
Rejissorumuzun filmləri beynəlxalq festivalda nümayiş olunacaq
17:01 10 Aprel 2021
Ax tı maşennik - Haqverdiyevin hekayəsi
16:39 10 Aprel 2021