writer1

Sevinc Elsevər

Məqalə sayı

106
clock11:55 calendar-gray 28 Aprel 2014 view-gray3752 dəfə oxunub
view-gray3752 dəfə oxunub

Sevişməyin dadı, duzu...

Trierin “Nimfomaniyak” filmi barədə

Trierinin çəkdiyi sonuncu filmi ser elədiyim müddətcə “manyak” ən çox işlətdiyim söz oldu. "Trier manyakdır, İlahi!" - deyə pıçıldayırdım öz-özümə. Trierin kinosevərləri, məsləkdaşlarını təəccübləndirməyi ilk dəfə deyildi. Amma mən bu qədər təəccüblənəcəyimi bilmirdim.

Film boyu sevindim, kədərləndim, qorxdum, qəzəbləndim, acıdım, ağrıdım, ehtiraslandım... bir sözlə, Trierin də istədiyi kimi haldan-hala düşdüm. Səmimi tamaşaçı olmaq, ola bilmək mənim ən yaxşı cəhətimdi.

“Nimfomaniyak”ın qəhrəmanı Joe, filmin adından da göründüyü kimi, seks düşkünüdür. Kişiləri əlcək kimi dəyişir. Yox, dayanın, belə sürətlə süjetə qaçmayaq. Hər şeydən əvvəl onu deyim ki, film poetizmlə doludu. “Nimfomaniyak”da Trierin şair obrazı ortaya çıxır. Əşyalar, ağaclar, adamlar hamısı gözəl bir şeirdəki kimidi.



Joeni küçədə yaralı vəziyyətdə tapıb evinə gətirən yaşlı və yaraşıqlı kişi Seligmanın otağındakı əşyalar ona keçmişdəki həyatını nəql eləməyə yardımçı olur. O, bu əşyaların köməyi ilə bir hadisədən o birisinə keçir, sanki bir pianonun dilləri üzərində gedişlər eləyir. Piano da təsadüfi deyil ki, film üçün seçilən metaforalardan biridi. Bethovenin, Baxın, Şostakoviçin bəstələri təsadüfən seçilməyib. Ümumiyyətlə, bu filmdən bir kitabxana fəlsəfə çıxarmaq olar. Trier, demək olar ki, hər şeyə toxunub. Fizikada kinetik enerjidən tutmuş fəlsəfəyə, dinə, rəssamlığa, musiqiyə, riyaziyyata, satanizmə və s. Metaforalar o qədər çox və dağınıqdı ki, adam başını itirir. Həm də bir uşaq həyəcanı ilə onların ardınca düşür tamaşaçı. Trier tamaşaçı ilə tapmaca oyunu oynayır.

Seligmanın otağında Joenin diqqətini çəkən ilk əşya bir həşəratın nimfasıdı. Seligman onu qarmağa taxıb balıq ovlayırmış. 8 hissədən ibarət filmin birinci hissəsi də elə "Balıq ovu" adlanır. Joe kişiləri balıq kimi necə ovladığından danışır. Sonrakı ipucu verən əşyalar: divardakı bir rəsmdi, Məryəm anayla körpə İsanın təsvir olunduğu ikona... Yeri gəlmişkən, ikonalar vasitəsilə Trier katolik və provaslav kilsələrini qəmli və şən olmaqla iki yerə ayırır. Biri İsanı daim çarmıxda, ağrılarla təsvir edir, digəri hüzur içində...

Seligmanın şirniyyatın yanında gətirdiyi bir çəngəl, Baxın orta əsr Avropasında birmənalı qarşılanmayan "Polifoni"si, Joenin hirslənib divara çırpdığı kofenin ləkəsi və s.


Seligman adı yəhudi kökənlidir, mənası xoşbəxt adam deməkdir. Dindar valideynləri bu adı Seligmana versələr də, o, özü dindar deyil. Amma Seligmanın qəsdən seçilmiş yaraşıqlı və nurlu siması, evindəki atmosfer, günəş işığı doğru-dürüst düşməyən, hücrəyə oxşayan evi, evinin divarındakı Məryəm anayla İsanın şəkli belə təəssürat yaradır ki, o, Joenin öz etirafını elədiyi keşişdir. Üstəlik, Joenin danışdıqları zərrə qədər də Seligmanı həyəcanlandırmır. Və Joe bunun səbəbini özü fikirləşib tapır. Danışdıqlarımın səni həyəcanlandırmamasının tək səbəbi sənin heç vaxt qadınla yatmamağın ola bilər. Seligman ömründə bircə dəfə də qadınla yatmadığını etiraf eləyir. Və deyir ki, şəhvətindən deyil, maraq xatirinə bir qadınla yatmağı istərdi. Seligman və Joe bir-birinin əksidi. Biri həddindən artıq seksə meylli, digəri meylsizdi. Amma ikisi də tənhadı.

"Bir-birindən fərqli münasibətlərə girsəm də, bütün münasibətlərimi bir bütün kimi görürəm" - Joe deyir. Gəncliyində rəfiqəsi ilə yaratdıqları "Kiçik yığın"ın qanunlarını da aşır. Qanuna görə bir kişiylə ikinci dəfə yatmaq qadağan idi. Bu andı ilk dəfə rəfiqəsi pozur və Joeyə çox yaxşı bir nəsihət verir: "Sevişməyin dadı, duzu eşqdədir"... Joe eşqi tapır, bəkarətini illər öncə verdiyi Jeramiylə hətta evlənir və uşaqları olur. Amma Joe təmin olunmur, o, sado-mazoxizmlə məşğuldur. Ailəsini, uşağını atır. Bütün bunları Seligman ona bağışlayır. Sənin kimi olmağı hansı qadın bacarardı deyir. "Hələ də sənin üçün üzülməyə haqqım yoxmu?" - soruşan Seligmanda mərhəmət hissi oyatmağa çalışmır Joe.

Filmdə uşaqbazlığa maraqlı yanaşma var. Uşaqbazlıq təqdir olunmur ilk baxışdan. Uşaqbazlığa meyllərini gizlətməyi bacaran, bu hisslərini yaxşılıq naminə öldürə bilən adamlara medal vermək lazımdı Trierə görə. Amma Joe himayəsinə aldığı 15 yaşlı qızcığaz P ilə sevişir. Filmin ən sevmədiyim, məni diksindirən yanı da bu idi. Bu yerdə hətta təəssüflə düşündüm ki, Trier tamaşaçı heyrətlənsin deyə nəyə desən əl atıb. Amma bu hisslər keçici oldu, çünki son ümumiyyətlə, maraqlıdı. P Joenin keçmiş əri - yeganə sevgilisi Jeramiyə vurulur. Joe onları bir yerdə tutur və sonuncu "Silah" adlı hissədə Jeramini öldürmək istəyir. Amma silah açılmır. Çünki Joe əslində silahın açılmasını arzulamırdı...

Seligmanın gəldiyi qənaət budur. Həmin silah filmin əvvəlindən axırınadək Joenin bütün etiraflarını dinləyən, bütün səhvlərini və günahlarını bağışlayan Seligmanı öldürür. Seligman Joe ilə yaxınlıq eləmək istəyir, amma Joe artıq seks düşkünlüyündən xilas olmaq üçün mübarizə aparmaq qərarına gəlmişdi.

Joe fahişə deyildi, bədənini satmırdı. Sadəcə sevişirdi, onun fikrincə sevişmək "hə" deməkdi, eşq isə itib getmiş yalanlarla sarmalanmış duyğudur. Joe filmin sonunda seks düşkünlüyündən birdəfəlik xilas olmaq qərarına gəldiyinə görə yanlış yolda olduğunu anlamışdı. Deməli, Joenin "sevişməyin dadı, duzu eşqdədi" deyən rəfiqəsi haqlıydı.

Seksdən başqa filmin məqsədi yoxdur deyənlər yanılırlar. Çünki filmin əsas məqsədi müxtəlif cəmiyyətlərdə dışlanan, fiziki göstəricilərinə və asılılıqlarına görə qınaq hədəfi olan adamların psixologiyasını açmaq və cəmiyyəti tolerantlığa səsləməkdi.

P.S Trier bir şairdi demişdim ya... Bir şeirimi gördüm bu filmdə. Bir daha Rasim Qaraca demişkən, "balaca bir adada yazdıqlarını bir butulkanın içində dənizə buraxan" yazıq şairlərdən biri olduğumu anladım. Joenin metrodakı hər kişidən bir hissə, bir detal, bir orqan götürüb "yap-boz" vasitəsilə sevgilisi Jeramiyi ağlında canlandırmaq istəməsi və "yap-boz"u qura bilməməsi mənim "Amma" (2002) adlı bir şeirimdəndi.

içkidən dumanlanan beynimi təmizləyib
unutmaq istədim bir çox şeyi
nədənsə sən də vardın
unutduqlarımın arasında
indi səni hissə-hissə yada salıram
kiminsə gözləri gözlərinə
dodağı dodaqlarına
əlləri əllərinə bənzəyir
heç kim
bütövlükdə sən deyil

səni bütöv unutmuşdum
bütöv sevmişdim amma...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məcnunun “aşiqi-sadiqliyi” şübhə altındadır? - Elçin yazır
16:30 26 Sentyabr 2020
Karantin – kütlənin tənhalığı – Aqşin Yeniseydən yeni şeirlər
15:18 26 Sentyabr 2020
Bəyin atası, nisyə kitab istəyən oxucu, həbsxanadan çıxmış gənc yazar – İmza günündən reportaj
14:57 26 Sentyabr 2020
Məşhur rejissor festivaldan qovuldu
13:21 26 Sentyabr 2020
Ağlını itirib, dəlidi payız - Qazaxda bir ömür...
11:14 26 Sentyabr 2020
Vaşinqtonda Üzeyir Hacıbəyovun anadan olması münasibətilə tədbir keçirildi
10:02 26 Sentyabr 2020
Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü? – Məşhur filmin gizlinləri
09:00 26 Sentyabr 2020
Aygün Fətullayeva: "İstənilən rola çəkilərəm" - Video
21:02 25 Sentyabr 2020
Bakı caz festivalı yubileyini qeyd edəcək
18:50 25 Sentyabr 2020
Natali Portman kitab yazdı
18:15 25 Sentyabr 2020
AzTV “Diriliş Ərtoğrul” serialını yayımlayacaq
17:30 25 Sentyabr 2020
Məşhur rəssamın tablosu 80 milyon dollara satılır
17:02 25 Sentyabr 2020
Nobel mükafatının məbləği artırılacaq
16:25 25 Sentyabr 2020
Arvadını döyən tənha ata, öz qaynını sevən Həqiqət – Səriyyə xalaya çətin suallar gəldi
15:47 25 Sentyabr 2020
Qardaşlarından küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü…– Maraqlı faktlar
15:08 25 Sentyabr 2020
"Salnaməfilm" Milli Qəhrəmanlar haqqında film çəkir
14:30 25 Sentyabr 2020
"YARAT”da sərgi
13:53 25 Sentyabr 2020
Paşinyanın arvadını neyləyəcəyik? – Sərdarın yazısı
13:10 25 Sentyabr 2020
Senatdan uyğurlarla bağlı şok təklif
12:31 25 Sentyabr 2020
Çingiz Abdullayevin gözə kül üfürməyi – Mirmehdi Ağaoğlu yazır...
11:51 25 Sentyabr 2020