Dünyanın ən çox ərə gedən qadını

Dünyanın ən çox ərə gedən qadını
31 mart 2014
# 07:45

Kulis.az dünyanın qeyri-adi adamları haqda maraqlı faktları təqdim edir.

1. Dünyanın ən çox ərə gedən qadını

Linda Volf dünyanın ən çox ərə gedən qadını sayılır. Ərlərindən ikisi homoseksual, ikisi evsiz, biri işgəncə verən, biri soyuducunu qıfıllayan idi. Amma o yorulmadı, hələ də ər axtarır. Nikah masasına 23 dəfə oturan amerikalı nənə bu yolla dünyanın ən çox ərə gedən qadını oldu və Ginnesin Rekordlar Kitabına düşdü. İngiltərənin “Teleqraf” qəzetinə danışan 68 yaşlı qarı 24-cü ərini axtardığını deyib. Linda birinci dəfə 16 yaşında ərə gedib. İlk evliliyi 7 il sürüb. Bu onun ən uzun və ən xoşbəxt ailə həyatı olub. Onun ərləri arasında tək gözlü bir məhbus, bir vaiz, barmenlər, ticarətçilər və musiqiçilər də olub. Lindanın hətta bir nikahının ömrü 36 saat olub. Linda nənə Cek Qurley adlı bir kişi ilə 3 dəfə evlənib. 23 evlilikdən 7 uşağı olan Linda bir neçə uşağa ögey analıq da edib. Lindanın sonuncu əri 10 il əvvəl evləndiyi Qlin Volf olub. Bir il sonra ölən Qlin dünyanın ən çox evlənən kişisi idi. Lindadan fərqli olaraq o 29 dəfə bəy kostyumu geyinmişdi.

2. Dünyanın ən çox sosiskalı sendviç yeyən adamı: Coy Çestnat

Nyu-Yorkda keçirilən yarışmada 10 dəqiqə ərzində 68 sosiskalı sendviç yeyərək öz rekordunu təzələyən Coy bu proses zamanı təxminən 19 min kalori alıb. Bu yarışma hər il keçirilir.

3. Dünyanın ən tüklü qızı: Supatra Sasuphan

Onu “canavar qız” da adlandırırlar. Tailanda yaşayan 11 yaşlı qız Ginnesin Rekordlar kitabına məhz tüklü olması ilə düşüb. Supatra deyir ki, məktəbdə onunla çox pis rəftar edirdilər. Elə ki, Rekordlar kitabına düşdü, məşhurlaşdı, ona münasibət də dəyişdi. Hipertrixoz və yaxud qulyabanı xəstəliyinə dünyada yaxalanan çox az adam var. Supatranın üzü, qolları, qulaqları, ayaq və kürəyi tüklərlə doludur. Lazer müayinəsi də tüklərin uzanmasının qarşısını ala bilmir. Xəstələrin çoxu təcrid olunmuş halda yaşamağa məcburdurlar. Amma Supatra özündə cəsarət taparaq, digər xəstələrə nümunə olacaq tərzdə cəmiyyətə qaynayıb-qarışır. “Mənə meymunsifət deyərək məzələnən çox adam var idi. Amma indi etmirlər belə şey. Onlar da alışıb mən də alışmışam. Ümid eləyirəm bir gün bunun müalicəsi tapılacaq”.

4. Dünyanın ən yaşlı anası: Adriana İliesku

Adriana İliesku 66 yaşında ana olmuş qadındır. Fotolarına baxanda adamlar onların ana-bala yox, nənə-nəvə olduqlarını düşünürlər.

5. Dünyanın ən çox pirsinq taxan qadını: Eleyn Devidson

Braziliyadan olan tibb bacısı Eleyn Devidson dünyanın ən çox pirsinqinə sahib olan qadındır. Onun bədənində 6 min 925 ədəd metal pirsinq var. Üz nahiyəsinə 192 pirsinq düşür. Devidson ilk rekordunu 2000-ci ildə qırıb. O vaxt cəmi 462 pirsinqi varmış. Yavaş-yavaş artırıb və 6000-i keçib. Pirsinqlərin 1500-ü bədənin içində, qalanı isə xaricindədir. Bir sözlə, artıq bu qadın adamlıqdan çıxıb, nə isə başqa bir məxluqa oxşayır.

# 6099 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #