writer1

Mirmehdi Ağaoğlu

Məqalə sayı

559
clock11:17 calendar-gray 13 İyun 2011 view-gray625 dəfə oxunub
view-gray625 dəfə oxunub

Qanuni yazar

Ölkədə kitab bazarının inkişafı “Ən yeni ədəbiyyat” seriyası ilə başladı. İki il əvvəl.

Nədən?

Şahbaz Xuduoğlu kitabı yazardan alıb onun nəşrini və yayımını, təqdimatını özü təşkil elədi.

Bundan əvvəl necə idi?

Yazar əziyyətlə kitabı yazırdı, sonra nəşriyyat qapılarını döyürdü, daha sonra çap olunan kitabını “aeroport zənbilləri”nə doldurub kitab mağazalarını sayırdı.

Sonuncu bir qədər əziyyətsiz iş idi. Kitab mağazalarımız zatən az olduğundan yazara çoxlu kitab mağazası gəzməyə ehtiyac qalmırdı.
Şahbaz Xuduğulu yazarı bu əziyyətdən qurtardı.

Əslində bu cür olmalıdır. Yazarın işi masasında başlayıb masadaca bitməlidir.

Qalan işləri yazarın redaktoru, nəşriyyatı həll etməlidir. Yazar menecer deyil, o – istehsalçıdır. Yayım işlərini yazar görməli deyil.
İstənilən sahədə bu cürdür.

Müğənnilərin prodüseri olur. Müğənni ancaq oxuyur. Konsert, albom, klip işlərini prodüser həll edir. Prodüser toyu danışır, müğənni gedib oxuyur, pulunu alır. Bəzən o heç bilmir kimin toyunda oxudu, toy yiyəsi kim idi.

Məhəmməd Əlinin bir meneceri vardı. Sonralar Mayk Taysonun da meneceri o adam oldu. Bu iki boksçudan az məşhur deyildi.

Pırpızsaçlı hündürboy kişi idi. Boksçuların görüşlərini və alacaqları məbləğləri o müəyyənləşdirir, zalda tər töküb məşq edən boksçulara isə yalnızca son anda rinqə çıxmaq qalırdı.

Yazar da müğənni, boksçu kimi bir şeydir. O, kitabının yayımını düşünməməlidir. Bizdə yazarın kitabla böyük pullar qazanıb üstəlik özünə redaktor da tutması bir az müşkül məsələ olduğu üçün bu işi nəşriyyat görməlidir.

O zaman yazar da ürəklə işləyər. “Qanun” nəşriyyatının bu işi üzərinə götürməsi yazarların işini bir çox cəhətdən asanlaşdırdı. İndi yazmaq daha asandır.

İki ildə onlarla yazarın kitabı çap olundu. Bu vaxta kimi yazarlar qarşıdakı çətinlikləri görüb kitablarını çap etməyə ərinirdilərsə, “Qanun”un bu təklifindən sonra ürəkləndilər.

Şahbaz Xuduoğlu bu işi öhdəsinə götürdü, kitabların təqdimatına qədər, müxtəlif sərgilərdə iştirakına qədər bütün məsələri özü həll elədi.

Yazar kitabına müqəddəs bir əşya kimi baxa bilər. Amma piştaxtaya qoyulan kitab əmtəədir. Bir əmtəə ilə isə baar qanunlarına görə davranılmalıdır. Yazardansa bazardan anlaması tələb olunmur. O, kitabını yazsın. Onu satacaq nəşriyyat olacaq.
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Biz Kann festivalına ermənilərdən əvvəl getmişik” - Nazirlikdən açıqlama
11:01 02 İyul 2020
Kannda erməni biabırçılığı ilə bağlı Nazirliyə suallarım – Sevda Sultanova yazır...
10:37 02 İyul 2020
Dünyaca məşhur roman Azərbaycanda nəşr edildi
10:09 02 İyul 2020
Tağıyev bulağında qətl söhbəti – Ayxan Ayvazın yeni reportajı...
09:00 02 İyul 2020
Dünyanın ən böyük aforizm ustasından əzbərlənəsi 15 nümunə
21:02 01 İyul 2020
Ermitaj muzeyi açılır
18:42 01 İyul 2020
Uşaq arabasına qoşulan fil – Yazıçı Şahmar haqda esse
18:04 01 İyul 2020
"Ulduz"un iyun sayı nəşr edildi
17:12 01 İyul 2020
Röya koronavirus testindən keçib
16:29 01 İyul 2020
ABŞ Film Akademiyası təmsilçilik böhranı yaşayır
16:00 01 İyul 2020
Kinematoqrafçılar İttifaqından Kann Festivalına etiraz məktubu
15:14 01 İyul 2020
Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız – Maraqlı faktlar
14:36 01 İyul 2020
Məşhur amerikalı aktyor vəfat etdi
13:54 01 İyul 2020
Mədəniyyət Nazirliyində yoxlamalar aparılır? - Rəsmi
13:12 01 İyul 2020
Qəpik-quruşa satılan yeni dünya - Şəhla Nihanın hekayəsi
12:38 01 İyul 2020
Yaradıcı gəncliyimizi erməniyə uduzduranlar
12:10 01 İyul 2020
Nazim Hikmətin yeni şeirləri tapıldı - Fotolar
11:34 01 İyul 2020
Əməkdar artist dünyasını dəyişdi
11:08 01 İyul 2020
Bakıya qarşı əyalət nankorluğu
10:51 01 İyul 2020
Bakıda İnstaqram-jurnal fəaliyyətə başladı – İlk dəfə
10:11 01 İyul 2020