news-inner
clock12:39 calendar-gray 10 Fevral 2014 view-gray3190 dəfə oxunub
view-gray3190 dəfə oxunub

Fahişə, qumarbaz, quldur bir arabada - YENİ LAYİHƏ

Kulis.Az “Seans” adlı yeni layihəyə start verir. Redaksiya hər həftə seçdiyi filmə çağırdığı qonaqla birgə baxacaq, sonra isə filmin qısa müzakirəsi keçirdiləcək. Seansın ilk filmi “Dilicans”, ilk qonağı isə yazıçı-jurnalist İlqar Əlfioğludur.

Əvvəlcə film haqqında: Filmin rejissoru 4 Oskar mükafatı alan və 130-dan çox filmə imza atan məşhuir rejissor Con Forddur. 1939-cu ildə çəkilən “Dilicans” filmini (filmin orijinal adı: “Stagecoach”) Umberto Eko dünyanın ən gözəl filmi adlandırıb. “Dilicans” film tanrıçaları-Berqman və Kurasavanın yaradıcılığına ciddi təsir göstərib.

Filmin ssenarisi Vestern yazarı Ernest Haycoxun “Lordsburq poçtu” adlı hekayəsi əsasında yazılıb.

Filmdə Claire Trevor, John Wayne, John Carradine, Thomas Mitchell, George Bancroft və Tim Holt kimi aktyorlar rol alıb. 1939-cu ildə film iki nominasiyada Oskar alıb. Eyni zamanda Amerikada “Mədəni, tarixi və estetik olaraq əhəmiyyətli” hesab olunduğundan Konqres Kitabxanasında “Beynəlxalq film arxivi”ndə mühafizə edilir.

Film XIX əsrin sonlarında Amerikada baş verən hadisələrdən bəhs edir. Sadə bir poçt arabasında səfərə çıxan amerikalılar Gilermonun başçılıq etdiyi apaçilərin hücum edəcəyi qorxusu ilə yola davam edirlər. Ağzına qədər dolu olan arabada əyyaş həkim, iki qadın, müştərilərin pulunu oğurlamış bankir, tacir, qumarbaz və quldur var.

Hər obraz simvolik məna daşıyır. qorxaqlıq, xeyirxahlıq, haram, humanizm, fahişə, hamilə qadın... Onların başına səfər boyua müxtəlif hadisələr gəlir.

Filmə burdan baxa bilərsiniz:

Türk dilində

Rus dilində

Kulis.az kollektivi filmi izlədikdən sonra İlqar Əlfoğlu ilə birlikdə filmin müəyyən detallarını müzakirə edib.

Qan Turalı: Umberto Eko bu filmi ən yaxşı film hesab edir. Eko sizcə bu filmi seçib?

İlqar Əlfioğlu: Bu filmi Ekonun niyə bəyəndiyini izah edim. Onun əsərlərində insan xarakterləri o qədər qəliz, o qədər çulğaşıqdır ki, belə bəsit, sadə filmə baxmaq onun üçün zövqdür. O belə filmlərə baxıb istirahət edib. Bu filmdə min illərdən gələn bir həqiqət var ki, biz o həqiqəti bu gün də qəbul etdirə bilmirik. İnsan necə yaşamasından asılı olmayaraq, onun həyatını dəyişmək haqqında qərarını bildikdən sonra başlayırsan ona yenidən qiymət verməyə. Filmdəki quldur(Ringo Kid) insanların qəhrəmanına çevrildi. Bu onu göstərir ki, insanların seçim haqqı, dəyişmək haqqı var. İnsan seçirsə onun seçimini qəbul eləmək, ona yaşadığı həyata görə yox, seçdiyi yola görə qiymət vermək lazımdır. Mənim bu filmdən çıxardığım əsas nəticə budur. Ekonun münasibəti izaholunandır. Çünki Eko insan münasibətlərini təkcə təsvir etməyib, həm də modelləşdirib. Eko öz qəhrəmanları arasındakı münasibətləri modelləşdirdiyi üçün, onun bu prosesdən yorulması təbiidir.

Qan Turalı: Filmdə ekzistensializm də var. Ekzistensializmin əsas anlayışlarından biri də sərhəd situasiyasıdır. Ölüm təhlükəsi anında insanın gerçək mövcudluğu üzə çıxır.

İlqar Əlfioğlu: Əlbəttə. Yoldakı təhlükənin təsiri ilə insanlar dəyişir. Bu stiuasiya insanları dəyişdi. Məsələn polisin ən böyük arzusu Ringonu həbs etməkdir. Ancaq yoldakı hadisələr nəticəsində Ringonu buraxmağa qərar verir.

Mirmehdi Ağaoğlu: Bu səhnə “Səfilləri” xatırladır. Xavyerin Jan Valjanı buraxdığı səhnəyə bənzəyir.

İlqar Əlfioğlu: Ümumiyyətlə bu filmlə çoxlu paralellər aparmaq mümkündür. Məsələn, qumarbaz obrazı. Qumarbaz ölərkən atasına şərəflə öldüyünün deyilməsini istəyir. Deməli bu adam özünü ömür boyu atasının yanında günahkar bilib.

Qan Turalı: Maraqlı məqamlardan biri də odur ki, qumarbazın atası hakimdir.

Mirmehdi Ağaoğlu: Qumarbaz obrazı filmin əvvəllərində hakimin ərköyün, cırtqoz və avara oğlu kimi göstərilsə də, yolda özünü tamam başqa cür göstərir. Filmdə yeganə artıq obraz o idi. Çünki evli qadına aşiq olmuşdu və filmin sonunda məlum olur ki, qadının əri öldürülməyib.

Qan Turalı: İlqar bəy, siz kovboy filmlərinə çox baxmısınız. Kovboy filmləri estetikasından yanaşsaq necə filmdir?

İlqar Əlfioğlu: Bu film tipik kovboy filmi kimi çəkilməyib. Burda sadəcə insan münasibətləri təhlil olunur.

Mirmehdi Ağaoğlu: “Baxılacaq 50 film” siyahısında bu filmi bir çox ilklərinə görə yüksək qiymətləndirirlər.

İlqar Əlfioğlu: Bu filmdə rejissor işi, ssenari çox primitivdir.

Mirmehdi Ağaoğlu: O dövrün gözü ilə baxsaq?

İlqar Əlfioğlu: Yenə də zəifdir. O dövrdə çəkilmiş çoxlu rus filmləri var ki, bu filmdən daha güclüdür. Rusların 1914-cü ildə çəkdiyi filmlər bunun yanında akademiyadır. Nəzərə alaq ki, primitivizim də bir cərəyandır. Bəlkə bu filmi elə primitivizm kimi çəkiblər? Çox vaxt insanları qəliz şeylərlə tərbiyə etmək olmur. Bəsit şeyləri insanlar daha rahat anlayır. Görünür o dövrdə amerkanlar təmiz insan münasibətlərini nastolji olaraq xatırlayırmışlar.

Mirmehdi Ağaoğlu: Bu filmdə Amerika kapitalizmi də müəyyən qədər tənqid olunur. Məsələn, filmdəki kapitalist obrazını göstərə bilərik.

İlqar Əlfioğlu: Ədəbiyyatın və kinonun əsas işilərindən biri kapitalizmi tənqid etməkdir. Tənqid etməyən bir nümunə yoxdur.

Mirmehdi Ağaoğlu: Taciri bu filmdə qorxaq və cəsarətsiz göstərməklə kapitalizmə işarə edilir. Amma tacir bütün işlərin altından ləyaqətlə çıxır.

İlqar Əlfioğlu: Qəhrəmanlıq situasiya ilə bağlıdır. Bu gün dik gəzən oğlanlar, sabah məqamı gələndə necə olacaq, bəlli deyil. Mənim gözümün qabağında elə fağır adamlardan qəhrəman çıxıb ki, dik gəzən oğlanlar aradan çıxıb. Ekstrimal vəziyyət çox şeyi dəyişir.

Qan Turalı: Amerkan filmlərinin ən çox “happy end” məsələsinə ironiya predmetidir. Bu filmdə də elə oldu.

Mirmehdi Ağaoğlu: Amma bu filmdə Amerika arzular ölkəsi kimi göstərilmir. Qəhrəmanlar xoşbəxtlik üçün sərhəddi keçirlər.

İlqar Əlfioğlu: Amerikada bir qanunpərəstlik var. Burdakı qəhrəman həbs olunmalıdır. Ona görə də “happy end” Amerikada alınmır. Məhz ona görə onları Meksikaya keçirdilər. O vaxt cinayətin yarğı müddəti bir il idi. Bir il ərzində cinayətkar həbs olunmasa, cinayət işi götürülür.

Mirmehdi Ağaoğlu: Filmdə Anarın “Təhminə və Zaur”unda olduğu kimi “Yaxşı kişi fahişəni mələk edəndir...” məsələsi də var. Burda fahişə mələyə çevrilir...

İlqar Əlfioğlu: Ümumiyyətlə kapitalistlərə pis münasibət, fahişələrə xoş münasibət ədəbiyyat və kinematoqrafiyanın əsas missiyasıdır. Siz heç bir filmdə, bədii əsərdə fahişələrə pis münasibət görə bilməzsiniz. Həyatın dibini görmüş adamlar hər zaman ürəyigeniş olur. Bir çox çatışmazlıqlar fahişələrdə olmur. Bəzi çatışmazlıqları isə yaxınlaşırsansa, zatən qəbul edirsən.

Qan Turalı: Biz bu filmdəki qəhrəmanlar bizə çoxdan tanışdır. Misal üçün, filmdəki fahişə obrazı Mopassanın gonbul fahişəsidir. Qumarbaz oğul Remrantın “Yolunu azmış oğul”dan tanıyırıq. Və filmdəki polis-Xaver...

Oxşar xəbərlər

Xəbər lenti

Sadəcə, Şahin - Səbuhi Məmmədli yazır...
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020