writer1

Rövşən Naziroğlu

Məqalə sayı

28
clock12:15 calendar-gray 30 Yanvar 2014 view-gray980 dəfə oxunub
view-gray980 dəfə oxunub

Qır qazanının qoxusu

Multfilim Arifin ortancıl dayısı Balakişi bizim məhlənin ştatdan kənar qırçısıydı. Qır tiyanını həyət evlərindən hansısa birinin qapısına həsləyəndə yayın bitdiyini, payızın gəldiyini anlayardıq. Arıq, orta boylu, bimeşat adamıydı Balakişi. Yaşı 50-dən artıq olmazdı. Amma Allaha ağır getməsin, çox kifiriydi. Elə bil ana bətnindən çıxanda üzünün seliyini meymunun dalıyla qurutmuşdular. Tiyanın altını qalayandan sonra çəkilib bir kənarda oturardı. Termosdan süzdüyü çaydan bir qurtum içib, əlini aparardı nimdaş pencəyinin qoltuq cibinə. Siqareti yandırmamışdan qabaq mazutdan və kirdən çat-çat olmuş barmaqlarıyla bir xeyli ovuşdurardı. Damağında közərən siqaretdən bir-iki tüstü alıb kürəyini divara söykəyərdi. Ətrafında cəm olardıq. Uşaq olduğumuzdan qır tiyanı bizə sehrli bir zad kimi görünərdi. Həm də Balakişi çox maraqlı şeylər danışardı:

Bir vaxtlar bizim məhlədən bir az aşağıda qazanxana vardı. Gecələr məhləmizin cayılları yığışıb qazanxananın həyətində aşıq atardılar. “Do-du”, “Cay balalar ac qaldı” nidaları göylərə bülənd olardı. Tez-tez dava düşərdi. Yaralananlar, hətta yaralanmaqla kifayətlənməyib ölənlər də olardı. Amma bu qanlı mərəkədən yaralanmaqla qurtulanlar heç vaxt qarnını yortan adamı nişan verməzdi. Susardı. Səbir eləyib gözləyərdi ki, sağalıb intiqamını alsın. Bizim məhlədə satqınlığa çox pis baxardılar...

Məhləmizin ordenli-medallı bir “suka”sı vardı ki, onu da məmə yeyəndən pəpə yeyənə kimi hamı tanıyırdı. Namuslu, yetimdar bir arvad vardı. Yarım maşın daş almışdı. Həyətində mətbəx tikdirmək istəyirdi. Məhləmizin fəxri satqını bundan xəbərdar olan kim sahə müvəkkilinin qulağına bir çox şeylər pıçıldamışdı. Həmin icazəsiz tikiliyə görə qadının başı çox ağrımışdı. Ara sakitləşəndən sonra bu müqəddəs ana əla bir hərəkət eləmişdi. Hamının gözü qabağında başından ləçəyi açıb bağlamışdı satqının başına.

Gözəl günlər idi...

Novruz bayramı bəlkə də ən çox bizim məhləyə yaraşırdı. Bayrama bir ay qalmış başlayardıq taxta yığmağa. Hər çərşənbə tonqal yandırardıq. Bayram tonqalının hisi də, tüstüsü də şirin idi sanki... Bu əziz gündə hamı biqədri-qüvvə təmiz və təzə paltarlar geyinərdi. Bayram payından dadsınlar deyə qapılara torba atardılar. Bizim məhlədə papaq atmaq dəb deyildi. Papağı başımıza qoyardıq. Əsl mərəkə bayram axşamı başlayardı.

Tonqaldan çıxan alov dilimləri qonşu binaların divarlarında, pəncərələrində sehrli bir ahənglə rəqs eləyərdi. Ocağın başına ancaq kişi və oğlan xeylaqları yığışardı. Qadın və qız xeylaqları eləcə uzaqdan seyr edərdilər.

Deyirlər, hansısa Novruzda bizim məhlədə çox nalayiq bir hadisə baş verib. Mənim yaşımdan çox-çox qabaq olub bu hadisə. Böyüklərdən eşitmişəm. Məhləmizdə bir qız qalırmış. Bir az ayağı sürüşkəniymiş. Məhlə uşaqları üç-dörd dəfə nələrinsə şahidi olublar. Qıza bir neçə dəfə xəbərdarlıq eləyiblər ki, bizim məhlədə belə səhvlərə yol vermək olmaz. Qızsa səsini başına atıb utanıb qızarmadan belə bir nitq irad eləyib: “Mən azad qadınam. Siz mənim cinsəl həyatıma qarışa bilməzsiniz. İcazə verin, ürəyim istəyən kimi yaşayım. Bir də məni narahat etsəz hamınızı dama basdıracam.” Bu söz toxunub bizim uşaqlara. Bayram axşamıymış. Qız da evlərindən çıxıbmış ki, atəşfəşanlığa tamaşa eləsin. Qızı görən kimi dörd qoçaq dəstədən ayrılıb. İkisi ayaqlarından tutub, ikisi qollarından. Kamali-ədəblə sürüyüblər qızı tonqala tərəf. Məhrəm yerlərini tutublar oda. “Traslığını” yandırıb, məzlumənin bazarını birdəfəlik bağlayıblar. Sonra bilmirəm nə olub...

Danışmaqdan yorulardı Balakişi. Ayağa qalxıb mazutlu əlcəkləriylə şalvarının dalını çırpardı. Danışdığı əhvalatlarla bişirdiyi qır kimi yaddaşımıza ləkə salıb ayrılardı yanımızdan. Tiyanda qaynayan qırın qoxusu ətrafı bürüyərdi...

(Ardı olacaq...)

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020