writer1

Sevinc Elsevər

Məqalə sayı

114
clock11:25 calendar-gray 08 İyun 2011 view-gray1469 dəfə oxunub
view-gray1469 dəfə oxunub

25 yaşlı qızı almazlar, çünki o qarıyıb

Sevinc PƏRVANƏ

- Nə yaxşı papaqdır? Həm kepkadır, həm papaq.
- Bir manat iyirmi qəpiyə almışam.
- Ola bilməz. Belə də ucuz qiymətə papaq olar?
- Sənin ağlın qabaqkı kişilərin papaqlarına getməsin ey... o vaxtlar ki, namusun qiymətini də qoyurdular papağın üstünə, papaq od qiymətinə olurdu.

Stereotiplər sındırılıb. Ora qədər ki, sındıra bilmişik. Daha çox əşyaların üstündə, maddi tərəfdən, deyək ki... Məsələn, indi ərə getməmiş qız uşaqlarının qaşlarını alması əxlaqsızlıq sayılmır. Qadınlar da kişilər kimi şalvar geyir, kişilər kimi işə gedirlər, maşın sürürlər. “Toy olsun”, “Onun yarısı” kimi TV-proqramlarda bəyəndikləri kişilərə elçi düşürlər. Hətta bəzən atalarıyla, analarıyla birlikdə.

Təbii ki, hər kəsə eyni imkanlar verilmir. Böyük çoxluq hər gün bu iki verilişi səbirsizliklə gözləyir, bütün iş-gücünü atıb ekran qarşısında oturur. Reklam aralarında idarəedicini bu kanaldan o birinə dəyişir ki, hər iki verilişdə baş verənləri qaçırmasın. Və həm də ya maddi imkansızlıqdan, ya da səadətini tapmaq ümidiylə bu verilişə üz tutanları qınaq hədəfinə çevirir, “Qıza bax, qıza, əriyəsən səni”, “Ətin tökülsün!” və s. kimi atmacalar atır. Hətta bu verilişi aparan hər iki kişi aparıcı stereotipləri sındıra bilmədiklərini efirdəcə bəyan edirlər. Məsələn, Zaur deyir ki, o, 25 yaşını adlamış xanımla ömründə evlənməz. (el arasındakı fikirlərə görə, qarımış qızla), üstəlik, gərək qız dilli olmasın, yəni başına vur, çörəyin əlindən al. Elgizsə, bəyan edir ki, kişi gərək anasının bəyəndiyi, anasının göstərdiyi qızla ailə qura. Yəni keçən əsrin əvvəllərindəki kimi, kişi heç qadını görməsə də, tanımasa da, anası gördü, tanıdı, bəyəndi, bəsdi.

Mənim həmin verilişlərin xanım aparıcıları Ülvira ilə Günaya yazığım gəlir.

İndi müvəqqəti olaraq əyalətlərdən birində yaşayıram. Yenicə tanıdığım qonşu qadın yeganə oğlunu necə itirdiyini danışır mənə. Yazım, siz də oxuyun, özünüz bir nəticə hasil edəcəksiniz. “Qızımın iş yoldaşının bacısını aldım oğluma. Oğlum da dedi ki, mama, nə vaxt sözündən çıxmışam ki, bu dəfə də çıxam. Nə isə... evləndilər. Üç uşaqları var, ikisi qızdı, biri oğlan. İndi ərlə-arvaddı da, sözləri olurdu, savaşırdılar hərdən. Gəlini öyrədiblər, get ərindən milisə şikayət elə ki, məni döyür. Gedib milisə şikayətə. Oğlum da yanğınsöndürən işləyirdi. İş yerində bunu biliblər. Gəlin acıq eləyib getdi qaldı dədəsinin evində. Nə isə... uşaqlarından keçə bilmədi oğlum, getdi gəlini gətirdi, həmin gün özünü çardaqdan asdı. Məktub qoymuşdu ki, mama, mən daha başıma papaq qoya bilmərəm, məndən milisə şikayət edən qadınla yaşamaram”.

Orta əsrlərdə belə əhvalat olsaydı, yəqin ki, kişi tərəddüdsüz qadınını öldürərdi. Amma indi hüquq qadını qoruyur, axı o da insandır, onu öldürsən, bunun türməsi var, filanı var (Molla Nəsrəddinin arvadıyla düşən mübahisələrinin çoxunu qazi həll eləyirdi. Heç molla özünü asmırdı).

Qadının döyülməsinə, söyülməsinə etirazı kişilərə nədənsə ağır gəlir. Əgər qadın çarəsiz qalıb hüquq orqanlarının qapılarını döyürsə, ər bağışlamır. “Qadınımdı, döyərəm də, sevərəm də!” bu cümlələri Azərbaycan kişilərinin dilindən tez-tez eşidərsən. Hətta onlar ər zülmündən qaçıb ata evinə sığınanda da, qız ataları qızlarına bu cür öyüd verirlər: “Ərindi bala, ər adamı döyər də, söyər də, sevər də!”

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Rus qadını evinə qonaq çağırdı, ərini içirtdi... – Xəyanət haqqında hekayə
15:01 03 Avqust 2021
Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək
14:15 03 Avqust 2021
Nazirlik rəsmisi: “Kinostudiyaya ən müasir avadanlıqlar almışıq”
13:30 03 Avqust 2021
Bir bax, başın üstə günəş doğulur – Ramiz Rövşən Şuşaya şeir oxudu - Video
12:45 03 Avqust 2021
Allaha inanmadı, 16 yaşlı qızla evləndi, oğlunun ölümündə özünü günahkar bildi - Xalq şairindən 10 maraqlı fakt
12:01 03 Avqust 2021
Öz ölümünü yazan şair - Günün şeiri
11:30 03 Avqust 2021
Qələbədən yazmaq çox çətindir
11:01 03 Avqust 2021
“Orxan Pamukun evi inanılmaz dərəcədə geniş idi” – Söhbət
10:30 03 Avqust 2021
Deyirsən, anamın yerində ayrı arvadla mazaqlaşsın? – Yeni hekayə
09:01 03 Avqust 2021
Açıq havada Kino Günü keçirildi - Fotolar
08:49 03 Avqust 2021
Azərbaycanlı şair vəfat etdi
08:08 03 Avqust 2021
"Qapalı olan həyatımın qapılarını indi açıram..." - Fəxrəddin Manafovla yubiley müsahibəsi
21:00 02 Avqust 2021
Milli Qəhrəman haqqında sənədli film çəkilib
18:50 02 Avqust 2021
Hafiz Təmirovun yeni kitabı çıxıb
18:08 02 Avqust 2021
Prodüserlər Gildiyasına sədr seçildi
17:20 02 Avqust 2021
Maestro Niyazinin xatirəsi yad olunub
16:55 02 Avqust 2021
Qazi-şair gündəliklərini məktəblilərlə birlikdə yazacaq – Yeni layihə
16:00 02 Avqust 2021
Lalə Azərtaşın telefon zəngi və yarımçıq səmimiyyəti
15:04 02 Avqust 2021
Təsadüfən dirijor oldu, kasıblıqdan vərəmə tutuldu, xanımını oğulluğu boğaraq öldürdü – Niyazidən 10 inanılmaz fakt
15:01 02 Avqust 2021
Kino cameəmizin 2 avqust yanlışı: Elit sənət illüziyası
14:16 02 Avqust 2021