BSU-da beynəlxalq elmi konfrans keçirildi

BSU-da beynəlxalq elmi konfrans keçirildi
20 dekabr 2013
# 16:03

Bakı Slavyan Universitetində “Müqayisəli ədəbiyyat. Ədəbiyyat və mədəniyyətlərdə istoriografiya: mif, ədəbiyyat və tarix arasında” mövzusunda V Beynəlxalq Elmi Konfransı keçirilir.

Konfransın işində 17 ölkədən (ABŞ, Ukrayna, Qazaxıstan, İsveç, Fransa, İsrail, Gürcüstan, Rusiya, Canada, Yaponiya, Türkiyə, İtaliya, İran, Özbəkistan, Avstraliya, Böyük Britaniya, Almaniya) 40-dan çox, Azərbaycanın ali məktəblərindən və elm müəssisələrindən (Bakı Dövlət Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Xarici Dillər Universiteti, Xəzər Universiteti, AMEA-nın Ədəbiyyat İnstitutu) 50 alim və tədqiqatçı iştirak edirlər.

Konfransı giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev konfrans iştirakçılarını salamladı və xüsusilə vurğuladı: “Biz artıq ənənəyə çevrilmiş və “Müqayisəli ədəbiyyat” devizi altında keçirilən konfransın beşincisində iştirak edirik. Konfransa gələn xarici qonaqların sayının çoxluğu bu beynəlxalq elmi tədbirə olan marağın artdığını bir daha təsdiqləyir”.

Rektor BSU-nun Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyası ilə birgə keçirdiyi konfransa gələn xarici qonaqları iştirakçılara təqdim etdi və onlara konfransda iştirak etdiklərinə görə minnətdarlığını bildirdi.

Azərbaycan Müqayisəli Ədədbiyyat Assosiasiyasının sədri, universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, prof. R.M.Qeybullayeva konfransın işi haqqında geniş məlumat verdi.

Konfransın əsas məruzəçiləri, Viskonsin Medison Universitetinin (ABŞ) dosenti Marks Statkiyeviç “Başlanğıc: ədəbiyyat tarix və mif arasında vasitə kimi”, Boğaziçi və Yeditəpə Universitetinin (Türkiyə) professoru Suat Karantay “Səyahət yaddaşın forması kimi: Montegyunun “Türk Səfiri məktubları”” mövzularında elmi məruzə ilə çıxış etdilər.

V Beynəlxalq Elmi konfrans münasibətilə iştirakçıları təbrik edən Osaka Universitetinin (Yaponiya) professoru Takayuki-Yokota Murakami prof. K.M.Abdullayevin yapon dilinə tərcümə olunmuş və bu uzaq ölkədə işıq üzü görmüş “Sehirbazlar dərəsi” kitabını müəllifə təqdim etdi.

Daha sonra Asiya Universitetinin rektoru prof. C.Nağıyev, Miçiqan Universitetini (ABŞ) alimi, prof. Jaspal K.Singh, Təbriz Universitetindən (İran) Hossein Sabouri, Ural Federal Universitetindən (Rusiya) S.Sokolov, BSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Millət vəkili, prof. S.Qafarova və digərləri çıxış edərək konfransın işinə uğurlar arzuladılar.

Konfrans aşağıdakı bölmələrdə öz işini davam etdirir: “Tarixi və ədəbi janrlar: təsvir üsulları”, “Ədəbi mətnlərdə tarixin təsviri formaları” , “Keçid dövründə ədəbiyyat və tarix”, “Mifoloji qatda tarix”, “Tarix və istorioqrafiya”, “Dil tarixin mənbəyi kimi”.

Konfrans çərçivəsində Əl-Fərabi adına Qazax Milli Universitetinin professoru Anuar Qaliyevin “Keçmişin dərki: mif və tarix arasında”, Orenburq Dövlət Pedaqoji Universitetinin (Rusiya) professoru S.Lyubiçanovskinin “Yaddaş və gündəlik (Leonid Bolşakovun şəxsi gündəliyi əsasında)” adlı ustad dərslərinin, Osaka Universitetinin dosenti Takayuki-Yokota Murakaminin sədirliyi ilə “İtirilmiş milli tarixin bərpası: Latviyanın rusdilli yəhudi yazıçıları və onların əsərləri” mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Konfransda iştirak edən xarici qonaqlar üçün maraqlı mədəni proqram çərçivəsində paytaxtımız ilə tanışlıq, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, tarix və ədəbiyyat muzeylərinə ekskursiyalar təşkil olunacaq.

# 4342 dəfə oxunub

Oxşar xəbərlər

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

İnsanları döyüş maşınına çevirən sistem - Bir uşağı necə qatilə çevirmək olar?

16:00 30 oktyabr 2026
"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

"Kirpi" jurnalının hədəfi oldu, Ələkbər Tağıyev ona qadağa qoydu - Məmmədbağır Bağırzadə niyə həbs olunmuşdu?

13:00 30 oktyabr 2026
Kanoe - Vüsal Bağırlının essesi

Kanoe - Vüsal Bağırlının essesi

10:00 30 oktyabr 2026
Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

Birini zibil qutusundan çıxardılar, digərini 121 dəfə rədd etdilər – Məşhur kitabların bilinməyən taleyi

15:00 29 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər