Mövlud Mövlud haqqında - Orxan İsmayılov

Mövlud Mövlud haqqında - Orxan İsmayılov
16 mart 2026
# 18:19

Kulis.az Orxan İsmayılovun "Mövlud Mövludun əziz xatirəsinə" yazısını təqdim edir.


Ölümünün qəfilliyi ilə hər birimizi sarsıdan Mövludun dünyadan köç etdiyi gündür.

Vaxtilə “1937.az” saytı vardı, baş redaktoru Salam Sarvan idi. Bir gün mənə yazmışdı ki, səninlə əməkdaşlıq etmək istəyirik, gəl, danışaq. Yel kimi getdim redaksiyaya. Salam kürəyini kreslosunun hündür arxalığına dayayıb canlı, ahəngdar səsiylə bir xeyli məni təriflədi, sayta məqalələr yazmağımı istədi. Qonorarın məbləğini danışdıq. Xoş və məzmunlu söhbətimiz oldu.

Çıxanda pəncərələri gün işığında parıldayan binanın önündə bir siqaret yandırdım. Mövlud da ordaydı. Bu iltifatlı və mehriban gənci feysbukdan tanıyırdım, bir-iki hekayəsini oxumuşdum. Parlaq və sulu gözləriylə üzümə baxdı. Başımızla salamlaşdıq. Kübar və valehedici üz cizgiləri vardı. Saçlarını qırxdırmışdı. Ağzının kənarlarında kədərli qırışlar vardı. Yanındakı jurnalistlərlə zarafatlaşırdı. Maraqlı atmacalar atırdı. Şadyanalıqla gülümsünürdü. Mən siqaret çəkənə qədər azı 5 adamla zarafat etdi, birinin geyiminə, başqasının saç düzümünə irad tutdu, qımışıb altdan-altdan güldü. Güldü...güldü...

Yolboyu fikirləşirdim ki, onun hərəkətləri, ən çox da gülüşü fərqlidir. Başqa cür desəm, o, sevinc maskası taxıb. Xoşbəxt, razı adam bu qədər gülməz. Yalnız hisslərinin tufanına düşmüş, gənc ruhunu iztirab və ağrılar dolduran biri belə gülə bilər.

Mövludun intihar xəbəri şüurumda alovlu iz buraxdı. Fikrə-xəyala sığmayan bu hadisədən hədsiz məyus oldum. Üzünün tutqun və təntənəli ifadəsi, gülüşü, əl-qol oynatmağı gəldi gözlərimin qabağına. Düz fikirləşmişdim, xoşbəxt adam o qədər gülməzmiş.

# 954 dəfə oxunub

Oxşar xəbərlər

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

Məhəmməd Peyğəmbərin adı yazılan qədim daş tapıldı

13:30 26 avqust 2026
Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

Laçın Şəhəri Günü çərçivəsində sərgi keçirildi

13:10 26 avqust 2026
"The Odyssey" rekordları qırmaqda davam edir

"The Odyssey" rekordları qırmaqda davam edir

12:10 26 avqust 2026
Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

Tarkovskinin filmində istifadə edilən, kosmosa göndərilən Azərbaycan muğamı

11:10 26 avqust 2026
Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

10:30 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər