writer1

Kənan Hacı

Məqalə sayı

193
clock13:10 calendar-gray 12 Dekabr 2013 view-gray2183 dəfə oxunub
view-gray2183 dəfə oxunub

“Atamın məzarını yetim qoyma!”

Anama yazdığım məktublar…

Kənan Hacı

2002-2003-cü illərdə Naxçıvanda hərbi xidmət keçərkən Xədicə anayla tez-tez məktublaşırdıq. Az qala, hər həftə bir-birimizə məktublar yazırdıq. O məktubları anamdan mənə qalan əziz yadigar kimi saxlamışam, arada açıb o saralmış vərəqləri qoxlayıram, o vərəqlərdən hələ də anamın ətri, qoxusu gəlir və məni izaholunmaz hisslər bürüyür. Anama yazdığım məktublardan bəzi hissələri nöqtə-vergülünə toxunmadan Kulis.az -ın oxucularına təqdim edirəm.

***

Anacan, sən doğru deyirsən, sənət heç vaxt ölmür... Son dövrdə Axundov Kitabxanasının zəngin arxivi mənə çox şey verdi. Mən orda oturub saatlarla işləməkdən zövq alırdım. Qəzetdə çıxan sonuncu yazılarımı orda, “Dövri mətbuat” zalında yazmışam.

***

Çox şeylərdən məhrum olmaq, uzaq düşmək nə qədər xoşagəlməz olsa da, məncə, bunun da bir üstünlüyü var. İnsan özü-özüylə baş-başa qalır, özünə qapılır, öz mənəvi hücrəsinə çəkilir. İndi bunu hamı etiraf edir ki, Nostradamus özü monastıra çəkilməsəydi, dünyanı heyrətə gətirən katrinlərini, senturiyalarını yaza bilməzdi. Rusların bir sözü var: “publiçnoe odinoçestvo”. Yəni camaatın sıxlığında da özün üçün bir tənhalıq, mikromühit yarada bilərsən. Sən bu tənhalıqda sanki kef edirsən. İnsan məhz bu anlarda özünü dərk edir.

Ana, ümid gözəl şeydir. Kasıbın çörəyi qurtara, ümidi yox. Aleksandr Mittadan soruşanda ki, bu dünyada ən çox nədən qorxur, demişdi: “Tunelin sonunda işığı görənə qədər yaşaya bilməməkdən...” O işığı görənə qədər yaşamaq lazımdır. “Həyat mübarizədir” deyən filosoflar inan ki, bizi yanlış istiqamətə yönəldiblər. Əksinə, insan başqaları ilə yox, özüylə, öz taleyilə mübarizə aparır.

***

Eh, meşələrdə, talalarda, dağlarda, uzaq-uzaq yaylalarda o qədər gözəl, ətirli çöl çiçəkləri açılıb solur ki... Bir kimsə də onların nə gözəlliyini, nə ətrini duyur... Sənət adamları da belədir. Ümumiyyətlə, hər insanın daxilində kəşf olunmamış bir dünya var, insan o dünyanı fəth edə bilmir və o möcüzəli dünya insanla birlikdə məhv olub gedir, təəssüf...

***

Mənim gözəl anam, salam!

Sənə yazdığım məktublar bütün həyatım boyu içimi limhəlim dolduran, sənə demək istədiklərim, deyə bilmədiklərimdir. Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa uzaq bir diyardan - əl çatmayan, ün yetməyən uzaqlıdan sənə məktublar yazacağam. Bu yazışmalar bəlkə də səninlə mənim aramızda ən pünhan, ən kövrək, ən səmimi söhbətlərdir.

Anacan!

Son vaxtlar, birgə olduğumuz bir şəkil var – o fotonun surəti tez-tez gözlərim önünə gəlir. Atam, sən və mən, - körpə oğlan uşağı... Üçümüzün birlikdə olduğumuz ilk və sonuncu şəkildir bu foto. Ölüm, itkilər hələ sizdən çox uzaqdır. Qarşıda yaşanacaq illər var. Hər ikiniz qucağınızdakı körpəyə ümidlə, sevgiylə, gələcək həyatın barı-bəhrəsi, sevinci kimi baxırsınız... Taleyin bizim üçün hazırladığı oyunlardan hər ikiniz xəbərsizsiniz... Bir daha heç vaxt üçümüz birlikdə olmayacağıq. Bəlkə də bu foto atamın, sənin və mənim – üçümüzün də ömrünün ən xoşbəxt anıdır. Mənə elə gəlir heç vaxt özünüzü bu şəkildəki kimi bəxtəvər saymamısınız. Qəribə də olsa, o şəkildə üzünüzdə olan ifadəni – xoşbəxt təbəssümü mən sonralar heç birinizin üzündə görmədim. Bu xoşbəxt anı tutub saxlayan fotoqraf da artıq həyatda yoxdur. İllər keçəcək, heç birimiz həyatda olmayacağıq. Amma bu şəkil qalacaq, - dünyada, yer üzündə nakam taleli bir ailənin yeganə nişanəsi kimi...

Bu şəkil həm də bizim ömrümüzün, taleyimizin nağıla çevrilmiş həqiqətidir. Biz nə vaxtsa yenə görüşəcəyik, birlikdə olacağıq, - o şəkildəki kimi. İntəhası, başqa görkəmdə, ayrı qiyafədə. O anların şəklini çəkən olmayacaq daha... Gözlərdə kədər olacaq, təəssüf olacaq, qəzəb olacaq...

Bu dünya bizi xoşbəxt edə bilmədi. Daha o şəklə baxmaqdan qorxuram!!!

***

“İki sahil” qəzetinin bir-iki sayı təsadüfən burda əlimə keçdi. Duyğulandım, dostlarımın yeni yazılarını iştahla oxudum. Yazı-pozu üçün ürəyim əsir, asudə oturub yazılar yazmaq istəyirəm. Bir sözlə, ürəyimdən çox şey keçir. Sənin isti qolların üçün darıxmışam, ana!

***

Sənin sevgi və hərarət dolu məktubunu aldım. Çox sevindim, bir az da kövrəldim. Sevindim ki, sənin həyat eşqin yenə əvvəlki kimi bitməz-tükənməzdir. Məktubun nikbin ruhu mənə ləzzət verdi. Həmişə belə ol, ana! Qoy həyatın çətin sınaqları sənin polad ürəyini sarsıtmasın!

***

Ana!

Atamın məzarını yetim qoyma! Arabir qəbiristana gedib o sadə məzara baş çək. De ki, oğlundan nigaran qalmasın. Bilirəm, sən qəbir üstə nadir hallarda gedirsən. Amma bu dəfə get! Kefini də pozma, özünü qoru. Hər şey yaxşı olacaq. Həyat davam edir.

***

Sənə bu məktubu yazmağa başlayanda radioda kimsə “Laylay gülüm”ü oxuyurdu. Neçə illər bundan öncə sən də balaca Kənana çox laylalar oxumusan. Hər gecə o talesiz körpənin beşiyi başında dünyanın ən gözəl, ən şirin nəğməsini zümzümə etmisən. Onda dünya gözəl idi, arzular sonsuz idi. Hələ saçlarına, ömrünə-gününə qar yağmamışdı...

***

Düşünürəm ki, sən yenə əvvəlki kimi çevik, mərd və mübarizsən. Bütün həyatım boyu səni belə görmüşəm. Sən mərd, qürurlu qadınsan. Atamın ən böyük xoşbəxtliyi onda olub ki, qismətinə sənin kimi ömür-gün yoldaşı düşüb. Sən bağışlamağı bacarırsan. Sənin həddən artıq sərtliyini, amansızlığını da görmüşəm, mülayimliyini, yumşaqlığını da. Kədərini içində boğmusan çox vaxt. Bəzən sənin göz yaşlarına səbəb olmuşam. Bağışla, ana!

***

Yalnızlaşdım elə bil. Mən – miflərlə savaşan bir zavallı elə bilirdim ki, Rəhimağa müəllim kimi insanlar ölməz. (Anam mənə yazmışdı ki, müəllimin Rəhimağa İmaməliyev dünyasını dəyişib və mən bu acı xəbərdən möhkəm sarsılmışdım-K.H.)) Ruhumu parçalayan tənhalıq içində bir az da tənha qaldım. Gərək Rəhimağa müəllim, mənim müəllimim, dostum, ustadım ölməyəydi. Gərək mən indi Bakıda olub onun cənazəsi altına çiyin verəydim...

***

Anacan! Şahbuzda qar dizəcəndi. Dekabr ayının on günü sərasər yağdı.

Qar yağıbdı dizəcən,

Bakıdan Şahbuzacan.

Yolumu gözləyərsən

Sən, gələn Novruzancan.

***

Gecələr səngərlərə sığınıb sübhədək oyaq qalanda həmdəmim, həyanım, simsarım yalnız sən olmusan, Ana! Əsl torpaq ətrini də ancaq səngərdə duyursan. Qarabağ ağrısının insana ən yaxın olduğu yerdi bu yer. Səngərdə daha yaxşı başa düşürsən ki, bu ağrı yüz ilin, min ilin ağrısıdı. Yoxsa bu qədər tanış gəlməzdi. Dağların əzəməti varlığımıza hakim kəsilib.

***

Nə qədər ki, içimizdə bir sevgi və o sevgiyə ümid yaşayır, deməli biz də yaşayırıq. İnsan bir ömür boyu nəyisə gözləyir, sabahın bu gündən gözəl olacağına özünü inandırmağa çalışır və bir vaxt ayılıb görür ki, ömür tükənib, o gözəl gün isə hələ çox uzaqdadır... Ümid bəzən bizi yaşatmır, məhv edir.

Anacan, deyirlər yazmaq özünü oxumaqdır. Düşüncələrimin bir hissəsini də yazıb göndərirəm.

***

Sergey Yeseninin misralarını xatırlayıram:

Qurtarıb üsyankar qüssə əlindən,

Alçaq komamıza qayıdam yenə...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Rəsulzadə haqda kitabın təqdimatı olub
15:28 25 İyul 2021
Üzeyir Hacıbəylini tanımayan Xalq artisti: Onu kim “Toylar kralı” etdi?
12:53 25 İyul 2021
Şukşinin hekayəsi: "Barmaqsız" – Dilimizdə ilk dəfə
10:30 25 İyul 2021
Xalq artisti vəfat edib
18:42 24 İyul 2021
Istanbulda Beynəlxalq Qısametrajlı Film Festivalı keçiriləcək
17:18 24 İyul 2021
Göy üzü ərşə qalxan əzablarla doludu – Salam Sarvandan şeirlər
16:30 24 İyul 2021
Mədəniyyət naziri Reza Deqati ilə görüşüb
15:27 24 İyul 2021
Həmid Piriyevin yeni kitabı çıxdı
14:45 24 İyul 2021
Mədəniyyət Nazirliyi Televiziya kanalları ilə iclas keçirib
13:41 24 İyul 2021
Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
12:30 24 İyul 2021
Azərbaycanlı gənc müğənni qəflətən öldü - Foto
11:32 24 İyul 2021
Dünyanın ən gözəl yarımçığı - Nihat Pir yazır...
10:31 24 İyul 2021
100 dilə tərcümə olundu, bəstəkarı həbs edildi, adına muzey açıldı – “Cücələrim”in qeyri-adi taleyi
09:00 24 İyul 2021
Azyaşlı qızla evlənən, toyda adam vuran, səsini qorumayan “urus balası” - Sabir Mirzəyevdən maraqlı faktlar
21:00 23 İyul 2021
“Cırtdan” tamaşası onlayn göstəriləcək
19:00 23 İyul 2021
Milli Mətbuat Günü viktorinasının qalibi bilindi
18:30 23 İyul 2021
Aktrisa “Sənətkar” medalına layiq görüldü
17:30 23 İyul 2021
Köhnə məhəbbətin qız tanışları...
16:40 23 İyul 2021
Burda ölə bilməyənlər basdırılıb – Orxan Yaşarın şeirləri
16:01 23 İyul 2021
“Nizaminin süjet və obrazları” adlı sərgi açılıb
15:15 23 İyul 2021