Bu kafedə öpüşənə pulsuz kofe verirlər

Bu kafedə öpüşənə pulsuz kofe verirlər
28 noyabr 2013
# 08:45

Mobil telefonlar və internet müasir insanın həyatını rahatlaşdırmaqla yanaşı, yeni problemlər də qazandırıb ona. Bu problemlərdən ən mühümü və çox müzakirə olunanı ünsiyyət məsələsidir. İnsanlar bir bakal pivə, bir stəkan çay içmək, çoxdan görmədiyi dostları ilə görüşmək, söhbət etmək üçün kafelərdə görüşərkən çox zaman telefon əllərindən düşmür. Bir masa ətrafında oturmuş 5-6 insanın əlində ya mobil telefon, planşet, ya da noutbuk olur, sosial şəbəkələrdəki fəaliyyətlərindən qalmırlar.

Bəs müasir insanı internetdən geriyə - öz aramıza necə qaytarmalı? Dünyada bununla bağlı maraqlı və kreativ bir neçə cəhd var.

Məsələn, Yerusəlimdə yerləşən bu kafenin bir sadə qaydası var: müştərilər mobil telefonu söndürməlidirlər.

Restoranın sahibi Caudatu İbrahim müştərilərin böyük əksəriyyətinin sakitcə oturub gözlərini mobil telefonun ekranın zilləməsini gördükdən sonra belə bir qərar verib ki, müştərilərdən kimsə mobil telefonunu söndürməyə razı olsa, ona ümumi hesabda 50 faiz güzəşt ediləcək. Bundan sonra müştərilər bu təklifdən yararlanaraq mobil telefonu söndürürlər və hesabın yarısını ödəyirlər.

Bu canlı ünsiyyət və insanların yaxınlaşması üçün aparılan yeganə mübarizə deyil.

Braziliyada başqa bir üsul tətbiq edirlər. Deməli burda elə stəkanlar düzəldiblər ki, mobil telefonu onun ortasına qoymasan stəkan düz dayana bilməyəcək. Bunu ona görə ediblər ki, kafe və barlarda insanlar canlı ünsiyyətə daha çox girsinlər.

Fransada yerləşən bir kafe isə öz Facebook səhifəsində belə bir elan verib: “Biz romantikanı qaytarırıq. Sevgilinizi də götürüb dediyimiz zaman çərçivəsində bizim kafeyə gəlin və bizi öz öpüşlərinizlə təəccübləndirin. Bizə sizin pulunuz lazım deyil. Sadəcə öpüşün...”

Xeyli cütlük kafeyə gəlib orda öpüşərək pulsuz kofe içirlər.

İtaliyada bir barda belə elan var:

“Bizdə Wi-Fi yoxdur, bir-birinizlə söhbət edin”

“Nestle”yə məxsus “Kit-kat” şkoladlarının isə maraqlı bir kampaniyası var. Hollandiyanın paytaxtı Amsterdamda qoyulan skamyaların üzərində “Burda WiFi yoxdur” sözü yazılıb. Baxmayaraq ki, bu daha çox reklam xarakteri daşıyır, ancaq hər halda insanları canlı ünsiyyətə dəvət edirlər. Skamyada ətrafında bütün siqnallar avtomatik söndürülür, internetə girmək, telefonla danışmaq qeyri-mümkündür.

# 5903 dəfə oxunub

Oxşar xəbərlər

Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi

Hitlerin qadağan etdiyi mahnı: Alman və ingilis əsgərləri eyni vaxtda onu dinləyirdi

18:40 23 iyul 2026
"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

"Yol ayrıcında cəngavər", "Yeraltı dünyanın üç şahzadəsi", "Uçan xalça" - Məşhur rəssamın ən yaxşı 10 əsəri

17:00 23 iyul 2026
Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

Hiçkokun "Psixo"suna ilham verən kimsəsiz evin müəllifi - Məşhur rejissorların ilham mənbəyi olan rəssam kim idi?

17:00 22 iyul 2026
Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

Yaxşı yazıçı ilk cümləni niyə dəyişir? - Pol Valeri

15:00 20 iyul 2026
Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

Bir-birinə qovuşa bilməyən aşiqlər - Kino tarixinin ən kədərli 10 sevgisi

14:00 19 iyul 2026
Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

Bu yay istirahət edə biləcəyiniz 10 şəhər - Hansılara səyahət etmək istərdiniz?

14:00 18 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər