writer1

Qan Turalı

Məqalə sayı

228
clock00:56 calendar-gray 16 Noyabr 2013 view-gray2554 dəfə oxunub
view-gray2554 dəfə oxunub

Yeni Seymur Baycan

Qan Turalı yazır...

Seymurun “Ana ürəyi” çap edilənə qədər olan iki illik susqunluğu haqda çox düşünmüş, bu susqunluğu hardasa yaradıcılıq böhranı kimi qiymətləndirmişdim, amma bu haqda Seymurla söhbətimiz olmamışdı.

Seymur xüsusən də “Quqark” və “18.6” romanları ilə özünü avtobioqrafik romana kökləmişdi, yazıçılıq üçün də bu kökləmələr, bu meyllər çox zərərlidir. Hərçənd hər bir böhran kimi bu böhrandan da çıxmaq olardı, Seymurun doyumsuz mütaliəsi vardı və kitab bəşəriyyəti də olmasa ən azı Seymuru xilas edəcəkdi. Mən buna inanırdım.

Kimlərəsə mənim Seymurun böhranı haqqında danışmağım qəribə görünə bilər, ona görə də bir-iki cümləlik burdaca dayanım. Şəxsi təfərrüatlardan gen-bol istifadə, I şəxsin dilindən yazmaq, (xüsusən də əsər avtobioqrafikdirsə...) süjet qurmadan eləcə həyat hadisələrinin, dəqiq müşahidələrin (hətta bu müşahidələr yüksək əyarlı olsa belə) kağıza köçürülməsi, plansız hadisələr axırı, dayanıqsız bədii keçidlər-bütün bunlar nəsr yazan adam üçün əsl fəlakətlə nəticələnə bilər. Belə ki, yazıçı özünə qapanmaqla əsas missiyasını-insanları və cəmiyyəti anlamaq vərdişini itirə-, dünyaya öz prizmasından baxaraq başqa obrazları son dərəcə solğun və kasıb təsvir edə bilər. Kim nə deyirsə desin, ədəbiyyat yazıçının özünü anlamaq cəhdindən daha uca mətləbləri ehtiva etməlidir. Çarlz Bukovskinin əsərlərini mütaliə etdikdə bir müddət sonra yorulduğunuzu hiss edəcəksiniz, onun bioqrafiyasını oxuduqda bu yorğunluğun səbəbi üzə çıxacaq, belə ki, yazıçı təxəyyülə, başqalarını anlamağa (empatiyaya) heç bir gərək duymamış, ancaq öz başına gələn əhvalatları yazmaqla yazıçı olacağını düşünmüşdür.

Seymurun güclü avtobioqrafik məzmun daşıyan əsərləri özü-özlüyündə nəsrimizi üçün tamamilə yeni keyfiyyət sayıla bilərdi, lakin bu məzmunlu əsərlər bir müddət sonra yazıçını böhrana salır, yazıçı bu böhrandan özü-özünü təkrar etməklə çıxıb getdikcə vecsizləşən ədəbi fiqura da çevirə bilər, küllərindən yenidən doğula da...

Seymur daha çətin olan ikinci yolu qətiyyətlə seçib. “Ana ürəyi” povesti öz konseptuallığına, müasir yazı texnikasının (pastiş, dekonstruksiya, ironiya) nümayişinə görə həm Seymur, həm də bizim nəslimiz üçün əlamətdar bir əsərdir.

Son dərəcə geniş yayılmış “Ana ürəyi” segahını dünya nəsri ilə təmasa salmaq, onu Svetkvari təhkiyə, alman romantiklərinin üslubunda, sərt Azərbaycan reallığında işləmək heç də asan məsələ deyil. Əsərdə hiss etdiyimiz dəqiq işlənmiş pastişlər, eləcə də obrazların psixoloji dünyasının səliqəli təsviri tamam yeni Seymurdan xəbər verir.

“Ana ürəyi” qədim bir əfsanənin müasir dövrə uyğunlaşdırılmasıdır. Lakin bu adaptasiyanın məqsədi müasir dövrün ziddiyyətlərini sevgi müstəvisində nümayiş etdirməkdir. Sən demə qrotesk məzmunlu əfsanəni müasir dövrdə aktuallaşdırmaq mümkün imiş.

Görünür, qədim mətnlərin sehri heç zaman itmirmiş.

Sadəcə onları diriltmək gərəkdir.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021