İranda filmi qadağan olunan, 6 il həbs cəzası alan azərbaycanlı

İranda filmi qadağan olunan, 6 il həbs cəzası alan azərbaycanlı
14 noyabr 2013
# 11:45

Sevda Sultanova

Cəfər Pənahinin “Dairə” filmi ilə publika maraqlansın deyə bir neçə tutarlı fakt demək olar.

Məsələn, film İranda qadağan olunub.

Venesiya festivalının əsas, “Qızıl şir” də daxil olmaqla 6 mükafatını alıb.

Üstəlik, Pənahinin özünün də həyatı dramatikdir.

Hökumət əleyhinə etiraz aksiyalarında iştirak etdiyi üçün 2010-cu ildə 6 il müddətinə azadlıqdan məhrum olunub.

Hələ bu azmış kimi kino fəaliyyətinə də qadağa qoyulub.

Pənahi azərbaycanlıdır.

Epizodlardan birində azərbaycanlı aşıqlar “Apardı sellər Saranı” mahnısını oxuyur. Azərbaycan dilində dialoqlar var.

Fəqət, nə yasaq, nə mükafatlar, nə də milli kimlik bu filmin keyfiyyət meyarı deyil.

Çünki, “Dairə” sənət əsəri kimi mənim təsəvvürümdə sadalananlardan öndədir.

“Dairə”nin mövzusu, hər şeydən əvvəl isə müəllifin ona cəsarətli baxış bucağı, radikallığı, xüsusən də təsvir həlli, açıq kino dili poetik tərzdən, metaforalar sistemindən qidalanan ənənəvi İran kinosunun çərçivələrinə sığmır.

Əhvalatın nəqli çox cəlbedici başlayır.

Gənc qadın dünyaya körpə gətirir. Tibb bacısı qadının anasına uşağın qız olduğunu xəbər verir.

Xəbəri alan andan qadını dəhşətdən üzü əyilir, siması donuqlaşır, sanki bütün yer kürəsi onun çiyinlərinə çökür, o, nə edəcəyini bilmir. Çünki qızının əri, ailəsi oğlan uşağı gözləyir.

Və artıq ilk epizodla rejissor bizə filmin problematikasını bəyan edir.

Hərçənd, “Dairə” sosial motiv, gender problemləri səviyyəsinə endirilmir, məsələyə sadəcə hüquq müstəvisindən yanaşılmır. O, qapalı rejimdə insan azadlığı, bir fərdin seçim imkanlarının yoxluğu məsələsini önə çəkir.

Bu film həm də azad sözə görə həbsdə yatan Pənahinin öz taleyidir.

Əl kamerası ilə çəkiliş, personajları təqib filmə maksimal gerçəkilik, sənədlilik verib.

Film bir neçə qadının əhvalatı üzərində qurulub.

Pənahi müxtəlif qadın hekayətlərini orqanikləşdirmək üçün maraqlı fənddən istifadə edib.

Məsələn, ilk səhnədə yenicə ana olmuş gənc qadının kədərdən başını itirən qohumunun fonunda bir neçə gənc qadın görünür.

Kamera rəvan, təbii şəkildə onlara tuşlanır, arxa plandakı bu qadınlar ön plana çıxır.

Və rejissor bizi yenicə tanış olduğumuz personajların arxasınca aparır.

Bütün film boyu bu cür rəvan keçidlər davam edir, kameranın obyektivi müxtəlif taleləri izləyir.

Pənahi qadınların keçmişi, kimliyi, həyatlarının təfərrüatları haqda tamaşaçını məlumatlandırmır. Sadəcə, qısa şəkildə onların arzuları, gizlinləri, problemləri ilə tanış edir. Tamaşaçı hər bir personaja özünü yaxın, doğma hiss edir, onların ağrısını, sarsıntısını eyni həyəcanla yaşayır.

Burdakı uzun planların tempi dinamikdir, gərginliyi, qorxu hissini gücləndirir.

Həbsdən qaçan qadınlardan biri doğulduğu şəhərə kişinin müşayiəti olmadan gedə bilməz. Ərdə olmayan qadın abort etdirməyə məcburdur, amma buna görə ərinin icazəsi lazımdı. Digəri körpə qızını tərk etməyə məcburdur.

Filmin bir yerində hamilə qadın qaytarmağa başlayanda əyilir, ani olaraq kadr boş qalır və biz küçədən gənc ana ilə əlvan rəngli don geyinmiş qızcığazın keçdiyini görürük. Rejissor bu ani kadrla bizi yeni personajlarla- ana-qızla tanışlığa hazırlayır. Kamera bu dəfə onlara fokuslanır.

Filmi roud muvi (yol kinosu, personajlaryolda olur) janrına da aid etmək olar.

Çünki əhvalatlar yolda, küçədə, açıq məkanlarda baş verir. Bu da təsadüfi deyil. Yol həm də insanın dünyada öz yerini tapmaq cəhdi kimi də qəbul olunur.

Finalda qadınları yenidən dəmir barmaqlıqlar arxasında görürük.

Ümidsiz, çarəsiz, kədərli...

# 5439 dəfə oxunub

Oxşar xəbərlər

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
Xəccə Abdulla  - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

Xəccə Abdulla - "Yeni Güney Azərbaycan" layihəsində Məhdiyyə Paydarın hekayəsi

10:00 24 aprel 2026
"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

15:00 20 aprel 2026
Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə  "meşə pəhləvanı" adlandırırdılar?

Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə "meşə pəhləvanı" adlandırırdılar?

12:30 20 aprel 2026
"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

11:35 20 aprel 2026
"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

10:00 20 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər