“Pəhriz saxlama” və ya “Narkotiklərdən uzaq dur”

“Pəhriz saxlama” və ya “Narkotiklərdən uzaq dur”
6 noyabr 2013
# 08:45

16 yaşınıza məktub yazsaydınız, ona nə demək istərdiniz? Hansı məsləhətləri verərdiniz? Bu sual 75 məşhur insana – aktyor, yazıçı, idmançı, musiqiçiyə verilib və alınan cavablardan “Əziz mən: 16 yaşıma məktub” adlı kitab ortaya çıxıb. Layihənin rəsmi səhifəsində isə hər kəsə bu imkan yaradılır. Dearme.org saytı vasitəsi ilə 16 yaşınıza demək istədiklərinizi yaza bilərsiniz.

Stiven Kinq – amerikan yazıçı. Qorxu, dəhşət, fantaziya janrlı əsərləri ilə məşhurdur. “Kerri”, "Seylim Püşkü”, “Şüşə döşəmə”, “Parıltı, “Ölü zona” əsərlərinin müəllifi və çoxsaylı mükafatlar sahibidir.

“Əziz mən,

Sənə 2010-cu ildən, 62 yaşımdan bircə məsləhət vermək üçün yazıram. Düzdür, bu cəmi 3 sözdən ibarətdir: narkotiklərdən uzaq dur.

Sən çox istedadlısan və çoxlarını öz hekayətlərinlə xoşbəxt edə bilərsən, ancaq heyif, sən həm də potensial narkomansan. Əgər bu məktubu vecinə almayıb və öz gələcəyini dəyişməsən, ömrünün təxminən 10 ili – 30 yaşından 40-a qədər – qaranlıqda keçəcək, bir çox insanları incidəcəksən və uğurlarının dadını çıxara bilməyəcəksən. Sən həm də bir neçə dəfə ölümün bir addımlığına qədər gələcəksən. Unutma, nəfsinlə mübarizə sevgi kimidir, ürəyi daha güclü edir.

Təmiz qal”.

Hyu Cekmen – avstraliyalı aktyor, Qızıl Qlobus və Akademiya mükafatları sahibi. Əsasən “X-adamlar” film seriyasından tanınır. “Səfillər”, “Avstraliya”, “Məhbuslar” filmlərində çəkilib. “People” jurnalı onu 2008-ci ildə “Yaşayan ən seksual kişi” adlandırıb.

“Əziz Hyu,

İstərdim sənə bu məktubu yazıb necə olduğunu soruşum və “Hə!” deyim. Gün gələcək ki, Penninin səni avtobus dayanacağında atıb getdiyini yaddan çıxaracaqsan. Əslində sən onunla bir neçə il sonra yenə qarşılaşacaqsan və hər dəfə Layonel Riçinin “Penni Lover” mahnısını eşidəndə ağlamağına təəccüblənəcəksən.

Hə, alnındakı sızanaqlar tezliklə yox olacaq, amma sən güman etdiyin qədər tez yox. Və hə, qardaşın Ralf evdən gedəndən sonra böyük otağa köçəcəksən.

İndi sənə gələcəkdə kömək edə biləcək şeylərdən danışmaq istəyirəm. Bəzi məsləhətlər sənə hələ anlaşılmaz görünə bilər.

Hər şey sən fikirləşdiyin kimi olmayacaq. Bilirəm, həyatının necə olacağını indi təsəvvürünə gətirmək sənin üçün çox çətindir, hətta bunu fikirləşəndə dəli olursan. Amma inan ki, reallıq sənin ən cəsur ümidlərinə də qalib gələcək.

Möhtəşəm bir qadınla rastlaşacaqsan. Həyatındakı ən asan addım ona evlənmək təklif etmək olacaq. İçindəki səsə qulaq ver.

İndi bir vərəq götür və yazmağa başla: etməyi xoşladığın 5 şey və yaxşı bacardığın 5 şey. Оnlar dəyişəcəklər, amma gözəl günlərin birində mütləq yerlərini tapacaqlar. Bu da sənin yolun olacaq. Həmin vaxt da yazmağı dayandırma, yolundan dönmədiyini başa düşmək üçün etməlisən bunu.

Özünə qarşı həmişə sərt olmaq məcburiyyətindəsən. Ehtiyatlı ol bunu edəndə.

Deyilməli o qədər şey var ki... Amma mən sürprizi korlamaq istəmirəm.

Həyatda çox xoşbəxt olacaqsan, xoşbəxtliyinin hardan gəldiyini, xahiş edirəm, unutmayasan.

Səni sevirəm.

P.S. “Google” kəşf olunan kimi onun hissələrini al”.

Emma Tompson – ingilis aktrisa, Akademiya və BAFTA mükafatları sahibi. “Harri Potter” filmləri seriyasında, Dayə MakFi, Təhsil, Cəsur, Tutti Frutti, Qara geyimli adamlar filmlərində çəkilib.

Əziz Em,

Mən başa düşürəm ki, sən gəncsən və düşünürsən ki, yaşca səndən böyük olan kimsə sənə lazımi sözləri seçib deyə bilmir, ancaq mənə – yəni sənə qulaq asmağa dəyər.

50 yaşdan 16-ya məsləhət

1. Heç vaxt, heç vaxt, pəhriz saxlama. Bilirəm ki, kafedə oturub ürəyin çips və pendir salatı istədiyi halda qatıq və təmiz hava arasında seçim etmək necə çətindir. Buna görə heç narahat olma. Müntəzəm olaraq ye, lazımsız stressdən və pəhrizdən uzaq dur. Hər bir halda eyni ölçüdə qalacaqsan, at pəhrizi. İnan – heç kimin vecinə deyil. Özün ol və bununla yaşa, vaxtına, enerjinə qənaət edə və daha xoşbəxt olacaqsan.

2. O deyəndə ki səni sevmir, inan ona. O sevmir. Bu qədər.

Sevgilərlə, Em”.

# 6348 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #