Hitlerin Şərq təqvimindəki yeri

Hitlerin Şərq təqvimindəki yeri
22 oktyabr 2013
# 07:00

13 rəqəmi və Hitlerin faciəsi

Əhməd Hüseynov yazır

Adolf Hitler 1889-cu ildə aprel ayının 20-də cümə günü anadan olmuşdur. Bu gün Yeni eranın 689702-ci günüdür. Bu rəqəmi 13 rəqəminə böldükdə qalıq qalmır:

689702:13=53054;

O, 1945-ci ilin aprel ayının 28-də axırıncı dəfə əmr verərək Ribbentropu işdən azad edib, onun yerinə Keyteli təyin etmişdir. 29 aprel 1945-ci il tarixdən etibarən isə Reystaqın bütün sənədlərinə Borman qol çəkmişdir. Deməli, Adolf Hitler 28 aprel 1945-ci il tarixdə intihar etmişdir. Bu gün Yeni Eranın 710164-cü günüdür. Bu rəqəm də 13 rəqəminə qalıqsız bölünür:

710164:13=54628;

Adolf Hitler cəmisi (710164-689702) 20462 gün ömür sürmüşdür. Bu rəqəm də 13 rəqəminə qalıqsız bölünür:

20462:13=1574;

O, Hicri-qəməri təqvimi ilə 1306-cı il, Şəban ayının 13-də doğulub və 1364-cü ilin cani - əvvəl ayının 13-də intihar etmişdir. SSRİ ilə Almaniya 1941-ci ilin iyun ayının 22-də müharibəyə başlamış və bu müharibə 1945-ci ilin may ayının 8-də qurtarmışdır. Bu 1417 gün edir. 1417 rəqəmi də 13 rəqəminə qalıqsız bölünür.

1417:13=109;

Hicri təqvimi ilə Böyük Vətən müharibəsi düz dörd il çəkib: 1360-ci ilin cani-əvvəl ayının 24-də başlamış və 1364-cü ilin cani-əvvəl ayının 23-də qurtarmışdır.

354+355+354+354=1417;

Ay təqvimi ilə Hitler 1947-ci ilin şəban ayının 13-də anadan olub və həmin təqvimlə bu, qəməri erasının 689754-cü günüdür. Bu rəqəm də 13-ə qalıqsız bölünür:

689754:13=53058;

Həmin təqvimlə Adolf Hitler qəməri erasının 710216-cı günündə intihar edib.

710216:13=54632;

Qəməri təqvimi ilə o 2005-ci ilin cani əvvəl ayının 13-də intihar edib, ya da yoxa çıxıb.

Adolf Hitler 20462 gün ömür sürüb. 20462-ni saata çevirsək edir:

20462*24:13=37776 saat;

II Dünya müharibəsi 1939-cu il tarixdə Almaniyanın Polşaya hücumu ilə başlamışdır. Bu barədə əmri Hitler 31 avqustda vermişdir. Bu gün cümə günüdür və yeni eranın 708097-ci günüdür. Bu rəqəm də 13-ə qalıqsız bölünür.

708097:13=54469;

II Dünya müharibəsi 1945-ci ilin avqust ayının 10-da Yaponiyanın təslim olması ilə qurtarmışdır. Bu gün də cümə günüdür və yeni eranın 710268-ci günüdür. Bu gün də 13 rəqəminə qalıqsız bölünür:

710268:13=54636;

Bu müharibə 2171 gün davam etmişdir. Bu rəqəm də 13-ə qalıqsız bölünür:

2171:13=167;

13 rəqəmi Hitlerin taleyindən əksik olmamışdır. Hitler cox pis vaxtda Almaniyaya başçılıq edirdi. Bütün Avropa təhlükə altında idi. “Oqranicenniy kontinqent” hər an hər saat Avropa dövlətlərinin sərhədlərini keçə bilərdi və bəzisini artıq keçmişdi. İndi, demək olar ki, hamının bildiyi həqiqəti o zaman, keçən əsrin 30-40-cı illərində, bəlkə də, tək Hitler bilirdi.

Məsələ burdadır ki, o dövrdə bütün SSRİ-ni sülh quşları ilə bəzəyən Stalin o qədər təyyarə, tank, top və s. istehsal edərək hazır vəziyyətdə saxlayırdı ki, üst-üstə götürsək, dünyanın qalan dövlətlərinin birlikdə belə bu qədər tankı, təyyarəsi, topu və s. ola bilməzdi. SSRİ Elmlər Akademiyasının ümumi təyinatlı silahlı qüvvələri və adi silahlar üzrə ABŞ və Kanada institutlarının sektor müdiri texniki Elmlər namizədi A.Konovalov “Nauka i jizn” jurnalının 1990-cı il tarixli 3-cü № də səhifə 38 arxiv materiallarına əsasən yazır ki, 1940-cı ilin əvvəlində SSRİ silahlı qüvvələrində 22000 ədəd tankı və o cümlədən 1225 ədədi “T-34” markalı tank olub ki, bunların da o dövrdə tayı bərabəri olmayıb və üstündən 70-80 il keçməsinə baxmayaraq öz döyüş qüdrətini saxlayaraq, mənəvi köhnəlməyə, hələ ki, uğramayıb.

O vaxt Almaniyanın silahlı qüvvələrində isə cəmisi 6000 ədəd tank olub ki, bunun da 4000 ədədi Sovet-Alman cəbhəsində yerləşdirilibmiş. 1939-cu il yanvar və 1941-ci il 22 iyun arası dövrdə Sovet Silahlı Qüvvələri 17745 ədəd təzə təyyarələr almışdır ki, bunların da 3719 ədədi ən yeni tip təyyarələr olubdur. Həmin dövr Almaniyanın silahlı qüvvələrində cəmisi 4000 ədəd təyyarə olduğu halda, Sülhsevər Sovet dövlətləri təkcə, Sovet Alman sərhəd rayonlarında 7000 ədədə qədər təyyarə yerləşdiribmiş ki, bunların da 22% - i ən yeni tip təyyarələr imiş.

İndi, o zamanki hadisələri maraqla oxuduqda, həvəslə nəzərdən keçirdikdə, haradasa, qəlbinin dərinliklərində hiss edirsən ki, təbiətin kortəbii qüvvələri tərəfindən Hitler üçün hazırlanan “tələdən” nə Hitler, nə də Almaniya heç vaxt qaçıb “can”ını qurtara bilməzdilər. Bəlkə də, o, Yəhudi məsələsinə görə Allahın lənətinə gəlmişdi, ancaq o zaman 39-40-cı illərdə nəinki Hitlerin, hətta, hec İblisin də ağlına, ikinci cəbhənin açılması məsələsi girə bilməzdi.

Nə üçün? Birincisi, o zaman, yəni 40-cı illərin əvvəllərində Almaniyanın bütün silah sursatlarını, patrondan tutmuş tanka kimi Almaniyanın “Opel” şirkəti istehsal edirdi. “Opel” şirkətini isə ABŞ bankları maliyyələşdirirdi. İkincisi, Almaniya özünün 6000-ə qədər hərbi təyyarələri üçün reaktiv yanacağı ABŞ-ın “Ford General motors” şirkətindən alırdı və bu alqı-satqı, qəribə də olsa da Dünya müharibəsi boyu davam etmişdir.

Üçüncüsü: 1939-cu ilin avqust ayında ABŞ-ın prezidenti Ruzvelt Amerika konqresində çıxış edərək, Amerika xalqına müraciətlə demişdir ki, qoy Amerika xalqı arxayın olsun ki, Avropada gedən müharibəyə ABŞ dövləti heç vaxt qatılmayacaq. Bütün bunlara görə nəinki Hitler, hətta iblis də, əgər varsa, ikinci cəbhənin açılmasına, daha doğrusu, ABŞ-ın müharibəyə qatılmasına inana bilməzdi. SSRİ qoşunları isə daim güclənir. Stalin kadr məsələsinə qaydaya salandan sonra bu ordunun qarşısında Almaniyadan başqa, dayana biləcək bir dövlət, güclü bir ordu yox idi. Misal üçün deyək ki, İngiltərənin o vaxt cəmisi 600 ədəd hərbi təyyarəsi varmış. İ.Stalin yalnız və yalnız bərbad vəziyyətdə olan kadr məsələsinə görə tərəddüd edirdi.

Fin kompaniyasının uğursuzluğu isə bu tərəddüdləri lap qorxuya çevirirdi. Yəqin, Hitler bunları götür-qoy edirmiş. Elə buna görə də ən yaxın dostu, Almaniyanın Rusiyadakı səfiri qraf Şulenberqin 1941-ci ilin yazında onu qəbul edərkən, nə onun 50 səhifəlik hesabatına, nə də onun yalvarışlarına əhəmiyyət verməmişdir.

Vaxtıyla, Napoelon Bonapartın da Rusiyadakı səfiri Kolenkur Napoleonu Rusiyaya hücumdan çəkindirmək üçün 50 səhifəlik hesabat yazaraq ona təqdim etmiş, baş verə biləcək uğursuzluqlar barədə ona izahat vermişdir. Lakin o, da Napoleonu fikrindən döndərə bilməmişdir. Tarixçilər yazırlar ki, bu hesabatlar məzmunca o qədər bir-birlərinə bənzəyirlər ki, bu hesabatlardan adları və tarixləri çıxarıb yan-yana qoysaq heç kəs bilə bilməz ki, hansı hesabat Kolenkurun və hansı hesabat qraf Şulenberqindir.

Beləliklə, 1941-ci il iyun ayının 22-də Alman qoşunları qəflətən SSRİ sərhədlərini keçdilər. Tarixçilərin yazdıqlarına görə Moskvada hamı başını itiribmiş. Bilə bilmirlərmiş ki, qərb cəbhəsinə asteroid düşüb, yoxsa, müharibə başlayıb? Çünki rabitə tammailə yox imiş, mülki əhaliyə divan tutmağa adət etmiş, istər HKGD qoşunlarından, istərsə də, cəbhə komandirlərindən səs-soraq yox imiş. Elə bu vaxt, Hitler İ.Stalini vəziyyətdən çıxardır: O, bir başa Moskvaya hücum etmək, onu almaq əvəzinə, əsas ordu qüvvələrini, lüzumsuz yerə Kiyevin alınmasına yönəldir və noyabr ayına kimi əsas ordu qüvvələri orada girinc olurlar.

Bu qədər vaxt isə Stalinə bəs etdi ki, Moskvanı möhkəmləndirib, onu vəziyyətdən çıxartsın. Məncə, 22 iyun tarixdən ta intihar etdiyi günə kimi Hitler kimlə müharibə apardığını başa düşə bilməyib. Yoxsa, Stalinə belə bir fürsəti verməzdi.

Ümumiyyətlə, bütün müharibə boyu Alman ordusunun düçar olduğu ən qlobal əhəmiyyət daşıyan müharibə kompaniyalarında: istər istedadlı general Romelin rəhbərlik etdiyi Şimali Afrika, istər Mayn Şteynin rəhbərlik etdiyi Kursk vuruşmasında və istərsə də Stalinqrad müharibəsində general Fon Paulyusun 300 minlik qoşununun əsir düşməsinin əsas səbəbkarı Hitlerin əmr və göstərişləri olmuşdur.

Çünki, həm general Romel, həm də general Fon Paulyus dəfələrlə mövqelərinin pis olması barədə, mühasirəyə düşmək təhlükəsi haqda Hitlerə məlumat vermişdilər, ancaq Hitler onların təlaş içində olmalarına əhəmiyyət verməmişdir.

O dövrdə hərbi nəzəriyyənin Avropada 1 №li bilicisi sayılan Hitler elə bil bu əmr və göstərişləri hipnoz altında verilirmiş, yəqin ki, Amerika kimi bir dövlətdən atom bombasının çertyojlarını oğurlatdıra bilən bir adam, Hitlerin də ətrafına bir nəfər cadugər tapıb göndərə bilərdi ki, o, siyasi vəziyyətə uyğun olaraq, Hitlerə təsir göstərsin, yoxsa, 1941-ci ilin dekabr ayında Hitlerin əmri ilə İngiltərənin ticarət gəmilərini müşayiət edən ABŞ kreyserinin batırılmasını necə idrak etmək olar. Yəni, o, başa düşmürdü ki, bununla ABŞ-ı ikinci cəbhənin açılmasına məcbur edir? Yaxud da Qədim Yunan filosoflarından kiminsə bir kəlamı, haradasa, özünü doğruldur ki, insanlar, əsgərdən tutmuş imperatora kimi hamı bu fani dünyada nəyinsə kölgəsidir. Yəni, paralel dünyanın təzahürüdür.

Rəqqasə qadınlar gecə barlarında sərxoş, pullu kişiləri lazım olan yerlərə sürüklədikləri kimi, ya təbiətin kortəbii qüvvələrini, ya Hitlerə görə intihar etmiş Almaniyanın bərk gedən, varlı, gənc gözəllərinin ruhlarımı, yaxud da yəhudi qırğınlarına görə Allahın lənətimi, nə isə sirli bir qüvvə başda Hitler olmaqla, bütün Almaniyanı yavaş-yavaş faciə burulğanlarına sürükləyirdi.

Axırda onu da qeyd etmək lazımdır ki, Napoleon Bonapart da avqust ayının 13-də, cümə günü, 1769-cu il tarixdə anadan olmuşdur.

# 1486 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #