writer1

Etimad Başkeçid

Məqalə sayı

51
clock19:43 calendar-gray 19 Oktyabr 2013 view-gray1931 dəfə oxunub
view-gray1931 dəfə oxunub

Üslubçuluq son sığınacaq yeri kimi

Kamal Abdullanın müsahibəsiylə başlayan literaturşina müzakirəsi davam edir. Kulis.az yazıçı Etimad Başkeçidin məqaləsini təqdim edir.

Kamal Abdullanın Kulis.az a müsahibəsi ətrafında yaranmış polemika öz spontan xarakteri ilə burada səsləndirilən fikirlərin nə qədər aktual olduğunu göstərir.

Ədəbi proses təkcə mətnlərin yazılması ilə məhdudlaşmır, həmin dövrün sosial-mədəni faktorlarını da ehtiva edir. Ona görə də, bu proses həm də mənəvi və estetik dəyərlərin bir növ sınaqdan keçirilməsi və yenilərinin yaranması prosesidir. Bu baxımdan sözügedən müsahibənin doğurduğu rezonans əlamətdardır.

Apalan polemikadan bəlli olur ki, biz çox zaman öz həqiqətlərimizə uyğun olmayan mülahizələri bizə kəsilmiş ehkam kimi qəbul edirik və azad sənətkar təbiətimiz ehtizaza gəlir. Bundan sonra buyurun, deyin ki, biz klassik şərqli mentalitetindən uzaqlaşmışıq və avtoritetlərin iradəsinə təmkinli münasibət sərgiləyirik.

Əlbəttə, hər şeyə fərqli yanaşmaq olar, yetər ki, öz arqumentlərini səsləndirərkən Amerikanı yenidən kəşf etmyə qalxmayasan…

Burada söhbət əsasən bir neçə mətləbin ətrafında fokuslaşıb: «literaturşina» - kəndli və şəhərli yazarlar məsələsi, yazarın ictimai fəallığı, hansı kitabları necə, oxumaq, stilizasiya-cilalama və s.

«Literaturşina»dan başlayaq…

Baxmayaraq ki, bu söz hələ 19-cu əsrin ortalarından dövriyyəyə buraxılmışdı, sovet dönəmində bu qavramı körükləməyə xüsusilə həvəsli idilər, çünki partiyanın işinə yarayırdı – kommunizm quruculuğunu vəsf etmək, sadə, anlaşıqlı dillə fəhlə və kolxozçuların şanlı həyatına işıq tutmaq işinə. Yerdə qalanlar ibarəpərdazlıqda, qəlizlikdə, xalqın həqiqətlərindən uzaq düşməkdə, bir sözlə, «literaturşina»da ittiham olunmağa hazır kadrlar idi. Çar vaxtındakı inqilabi əhval-ruhiyyəli sənətkarların irad tutduğu yazar tipini sovet maşını sürğünə göndərir, türməyə doldurur və ya yaxşı halda ölkədən çıxarırdı. Bu bəlli həqiqətdir. Mən burada əksərən çox da böyük istedadı olmayan dissidentlərdən yox, məhz «literaturşina»da ittiham olunanlardan danışıram.

«Göylərdən enməyən» Cavid əfəndi də bu şəkildə bada verildi, digər onun kimilər də. Ədəbiyyat və siyasət ilişgiləri heç vaxt ilk baxışda olduğu qədər bəsit məsələ olmayıb.

Ara-sıra ictimai-siyasi fəallıq göstərən Dostoyevski «Konstantinopol bizim olmalıdır» məqaləsinin və geosiyasi nəriltilərin müəllifi kimi heç kəsə maraqlı deyil, özünün «Karamazov qardaşları» ilə maraqlıdır.

Ədəbiyyatımızın tarixində ilk dəfə ağsaqqal müdrik obrazında statikləşmiş, artıq heç kəsin dinləmədiyi məsləhətlər və öyüd-nəsihət dağarcığına çevrilmiş Dədə Qorqudu pyedestaldan düşürdərək ona yeni həyat verən, bəlli pozalarda sümükləşmiş tarixi personajların bizim kimi ətdən-qandan olduğunu bəyan edən Kamal Abdullanı ictiami fəallığa səsləyərkən Şərif Ağayar nüansları daha diqqətli nəzərə almalıdır düşünürəm.

Ümumiyyətlə siyasi platforma və manifestlərlə silahlanıb əsər yazmaq, ədəbi nümunəni günün mühüm hadisələri ilə uzlaşdırmaq ənənəsi ilə bağlı məsələlər çox dartışılıb və çox da köhnəlib. Hər kəsin öz ədəbi qədəri var, bunu belə bilmək lazımdır.

Kəndli və şəhərli yazarlar - «Kənd prozası» və «Şəhər prozası» ədəbi terminləri də sovetdənqalmadır. Sovet ədəbiyyatşünaslığında Belov, Rasputin, Şukşin və s. kimi yazarların əsərlərini, əsasən kənd həyatından və «sirli rus qəlbi»ndən bəhs etdiyi üçün, kənd prozası adlandırırdılar. Açığı, üzdə büruzə verməsələr də, altdan-altdan aparılan gizli bir rəqabət də vardı şəhər və kənd yazarlarının arasında. Ancaq bu daha çox həyata ideoloji baxışların müxtəlifliyindən qaynaqlanırdı və digər mədəni xalqların ədəbiyyatı üçün səciyyəvi deyildi. Bizim üçün də olmaması lazımdır. Lazımdır, amma… Məsələn, Natiq Məmmədli hələ də «həyatdan gələn ədəbiyyatı» bənövşəyə, «literaturşina»nı isə həmin bənövşənin yanında eşələnən broyler toyuğuna bənzədir…

Bir-iki kəlmə də, müsahibədə sadalanan imzalar və üslubçuluq barədə. Mütaliə, əlbəttə, zövq məsələsidir və Kamal Abdullanın dediklərindən də belə qənaət hasil olmur ki, filan-filan imzaları oxumaq lazım deyil. Zövq gözəllik haqqında mühakimə yürütmək qabiliyyətidir və hər kəs öz qabiliyyətinə görə əsərlər seçib oxumaqda sərbəsdir. Lakin, tutalım, Folkneri oxuyub adekvat qavramaq üçün bu imzaları oxumaq yetərli deyil. Folknerin anlaşıqlı olması üçün onun isnad etdiyi mədəni konteksti də bilməyə ehtiyac var və bu yazılar o ehtiyacı ödəyə bilmir, vəssalam.

Estetik zövq dadbilmə kimi fizioloji instinkt deyil, onu uzun illərin ağır zəhməti ilə qazanmaq lazımdır.

Son olaraq, üslubçu – stilistlər barədə. Artıq ədəbiyyatla az-çox maraqlanan hər kəsə bəllidir ki, yadda qalacaq heç bir obraz yarada bilməyən, elementar ədəbi meyarları mənimsəməmiş sənəntkarların son sığınacaq yeri üslubçuluqdur. Sözləri ha çək-çevirə sal, elə həddə çatdır ki, oxucu mat-məəttəl qalsın və oxuduğundan heç şey kəsdirə bilməsin. Bundan kimə nə fayda? Nabokov boyda sənətkarı ruslar can çəkə-çəkə oxuyurlar.

«Kulis»də bu cür müzakirələrin aparılması çox təqdirəlayiqdir. Ən azından ədəbiyyat mənzərəsini necə dəyərləndirdiyimiz barədə kifayət qədər dolğun təəssüratlar yaradır.

Polemikanın digər yazıları

Kamal Abdulla: “Mən öz İtaka adama hökmən qayıdacağam” MÜSAHİBƏ

Şərif Ağayar: Kamal Abdulla ilə kənd söhbəti

Kənan Hacı: Kamal Abdulla öz sirrini açmır...

Cəlil Cavanşir: “Kitabdangələn”lərin ədəbiyyata dəxli varmı?

Mo Yan nə deyir?

Cavid Zeynallı: Aqrar istedad, yarımçıq intellekt

Natiq Məmmədli: ““Literaturşina” bənövşənin yanındakı broyler toyuğudu”

Qan Turalı: “Yaxşı yazıçılar yaxşı oxuculardan çıxır”

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Onu babasının adıyla çağırdılar, "başı Sovet çəkici ilə əzilməlidir" dedilər, ardıcıl iki dəfə sürgün etdilər - Almas İldırımın məşəqqətli həyatı
20:45 15 Yanvar 2021
“Santa Barbara” serialının qəhrəmanı vəfat etdi
18:46 15 Yanvar 2021
Milli Teatr Vətən müharibəsi iştirakçısını işlə təmin etdi - Foto
18:19 15 Yanvar 2021
Azərbaycanlı rəssamın ABŞ -da fərdi sərgisi açıldı
17:37 15 Yanvar 2021
Cəfər Cabbarlı ilə Səməd Vurğun Onu niyə anlamırdılar?
17:14 15 Yanvar 2021
Görkəmli ingilis rejissorun kitabı Azərbaycan dilində - İlk dəfə
16:30 15 Yanvar 2021
Yaşamak bir ağaç gibi... – Günün şeiri
15:51 15 Yanvar 2021
Ərə vermək üçün yaşını artırdılar, prokuror qaynı oğlunu əlindən aldı, evində ölü tapıldı - Məşhur aktrisanın film kimi həyatı
15:11 15 Yanvar 2021
Netflix “Leyli və Məcnun” filmini çəkdi: Azərbaycanlı oğlan və İndoneziyalı qız - Video
14:31 15 Yanvar 2021
Şuşaya Üzeyir bəylə qayıtmağın fəziləti
14:07 15 Yanvar 2021
Kişiləri öldürüb özü uzun yaşayan qadınlarımız: Dəhşətli statistika
13:29 15 Yanvar 2021
Tacikistan mediası "Nizami ili"ndən yazır
12:45 15 Yanvar 2021
Fransada yaşayan türk yazar: “Hər gün səhər gözümüzü qadın cinayətləri ilə açırıq” – Müsahibə
12:11 15 Yanvar 2021
Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün “güllələnmiş heykəllər”i Şuşaya qaytarıldı
12:01 15 Yanvar 2021
Ermitaj saxtakarlıqda ittiham olunur
11:35 15 Yanvar 2021
Gündüz dayı necə məşhurlaşdı?
11:03 15 Yanvar 2021
Şərif Ağayarın “Kurtlar vadisi”ni xatırladan romanı – Tənqid
10:30 15 Yanvar 2021
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat edib
09:52 15 Yanvar 2021
Ərinin xəyanətini yuxuda görən Qumru – Sevdanın hekayəsi
09:00 15 Yanvar 2021
Hitlerin kitabının elmi buraxılışı hazırlandı
19:11 14 Yanvar 2021