Şou-biznes səndən fahişə yaradırsa…

Şou-biznes səndən fahişə yaradırsa…
8 oktyabr 2013
# 07:30

İrlandiyalı müğənni Sinead O Connor son vaxtlar yaratdığı qalmaqallarla gündəmdən düşməyən 20 yaşlı həmkarı Miley Cyrusa səmimi və tənqidi tərzdə yazılmış ibrətamiz məktub göndərib. “Wrecking Ball” mahnısına çəkilən klipin bir hissəsində çılpaq olan M. Cyrus klipin girişində göz yaşları içində mahnı oxuyur. M. Cyrus “Rolling Stones” jurnalına verdiyi müsahibədə S. O Connorun 1990-cı illərə damğasını vuran “Nothing Comphares 2 You” klipindən ilham aldığını açıqlayıb.

Bu açıqlamadan sonra psixoloji problemlərdən əziyyət çəkən S. O Connor M. Cyrusa məktub yazıb. M. Cyrusun istedadlı olduğunu vurğulayan 46 yaşlı S. O Connor məktubunda ulduz müğənninin əhatəsindəki insanlar tərəfindən istismar edildiyini də iddia edib: “Sən istedadlısan. Musiqi industriyasının səndən fahişə obrazı yaratmasına qətiyyən razı olma. Yanında olan insanlar sənin soyunaraq və yaxud da bir çəkici yalayaraq daha “cool” görünə biləcəyinə inandıra bilərlər. Ancaq səni bu cür üsullardan istifadə etməyə təhrik edənlər öz yaxtalarında günəş qəbul edərkən sən birdən-birə özünü tənha hiss edə bilərsən”.

Keçən il “Maxim” jurnalı tərəfindən yaşayan ən seksual qadın seçilən M. Cyrus hələ 18 yaşı tamam olmadan qalmaqallar yaratmağa başlayıb. Müğənni son vaxtlar “Wrecking Ball” mahnısının klipində cürətli hərəkətləriylə müzakirə olunur. M. Cyrus, keçən həftə sonu Las Vegasda keçirilən “İHeartRadio Music” festivalında yenə də söz-söhbət yaradan paltarla səhnəyə çıxıb.

Qalmaqallardan doymayan M. Cyrusun keçmiş nişanlısı Liam Hemsworthu unuda bilmədiyi hiss olunur. L. Hemsworth gənc müğənnidən ayrıldıqdan qısa bir müddət sonra meksikalı aktrisa Eiza Qonzalezlə görüşməyə başlayıb. Baş verənlərə dözə bilməyən gənc müğənninin son vaxtlar qalmaqallar yaratmasına uğursuz məhəbbətin səbəb olduğu və bununla M. Cyrusun keçmiş sevgilisinə ismarıc göndərdiyi deyilir.

Balaca qız uşağı M. Cyrus hazırda qalmaqallar kraliçasına çevrilib. “Hannah Montana” serialı ilə kiçik yaşda məşhurlaşan M. Cyrus bir vaxtlar Britney Spearsın qazandığı “Qalmaqallar kraliçası” adını heç kimə vermək niyyətində deyil. İndi isə M. Cyrusun son bir neçə ildə yaratdığı qalmaqalları təqdim edirik:

- Bir müddət əvvəl televiziya proqramında qonaq olan M. Cyrus ona bənzəyən kuklanı dodaqlarından öpdü.

- M. Cyrus 2010-cu ildə Madriddə çıxış etdiyi konsertdə qadın rəqqası sinəsindən öpdü.

- Həmin ərəfədə 18 yaşlı M. Cyrus geyiminə görə də tənqid olundu. Hətta böyük bir xəbər agentliyi gənc müğənninin geydiyi açıq-saçıq geyimlərlə çəkdirdiyi fotoları yayımlamamaq haqda qərar qəbul etdi.

- 18 yaşı təzə tamam olan M. Cyrusun narkotika qəbul edərkən şəkli çəkildi.

- Atası Billy Ray Cyrus, həm də M. Cyrus fanatlarından buna görə üzr istədi. - M. Cyrusun 20 yaşını qeyd etdiyi ad günü ziyafətində striptizçilərlə çəkdirdiyi foto şəkil sosial şəbəkələrdə paylaşıldı.

-M. Cyrus daha sonra gənc müğənni Harry Stylesin maketiylə yatağa girdiyi fotonu Twitterdə paylaşıb qalmaqal yaratdı.

# 3804 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #