“Döyüş klubu”un müəllifindən məsləhətlər

“Döyüş klubu”un müəllifindən məsləhətlər
5 oktyabr 2013
# 08:00

Kulis.az “Döyüş klubu” romanın müəllifi Amerikalı yazıçı Çak Palanikin yazmağa yeni başlayanlar üçün çox maraqlı məsləhətlərini təqdim edir:

Bir: Yazmaq istəyirsinizsə, konkret vaxt ayırın. Məsələn, saatı bir saat sonraya qurub yazmağa başlayın. Yazmaqdan zəhləniz gedirsə, bir saat sonra sərbəst olacağınızı düşünün. Amma bir saatdan sonra, zəng çalanda görəcəksiniz ki, artıq ciddi şəkildə yazmağa başınız qarışıb. Bu da sizə həzz verəcək. Əgər süjetdə ilişmisinizsə, onda durub dəxlisiz bir işlə məşğul olun. Məsələn, tualeti təmizləyin, yerinizi qaydasına salın.

İki: Oxucularınız siz düşündüyünüzdən də ağıllıdırlar. İndi oxucuları təəccübləndirmək çox çətindir. Mən belə qərar gəlmişəm ki, müasir oxucular kitabları köhnə adamlardan daha axmaq olduqlarına görə deyil, daha ağıllı olduqlarına görə bəyənmirlər. Bunu nəzərə alın.

Üç: Bir səhnəni yazmağa başlamazdan öncə, bu səhnənin sizin romanınızda hansı yeri tutduğu, mənasının nə olduğunu fikirləşin. Hansı səhnə əvvəldə, hansı axırda olmalıdır? Süjetdəki intriqanı hansı formada daha çox uzada bilərsiniz? İşləyəndə, maşın sürəndə, yemək yeyəndə beyninizdə bu suallara cavab axtarın. Düşündüklərinizi harasa yazın. Əsərin skeletini beyninizdə qurduqdan sonra yazmağa başlayın.

Dörd: Özünüzü təəccübləndirin. Süjeti sizin heyrətə salacaq bir nöqtəyə gətirə bilsəniz, deməli oxucunu da təəccübləndirəcəksiniz.

Beş: İlişəndə, əvvəl yazdığınız hissələri yenidən oxuyun. Kənarda qalmış obrazlardan birini götürüb yenidən canlandırın. “Basdırılmış silahlar” kimi.

Altı: Boş vaxtlarınızı sizə dəstək verən, sizi dəyərləndirən insanlarla keçirin. Bu sizə böyük enerji verəcək. Həm də geriyə baxdığınızda boş vaxt itirmədiyinizi görəcəksiniz.

Yeddi: Özünüzü məchul bir zamanın ixtiyarına buraxın. Ağlınızda əsərinizin ancaq növbəti bir-iki hissəsi olsun. Əsəri bitirməyə tələsməyin.

Səkkiz: Əgər romanınızda daha çox sərbəstliyə ehtiyac görürsünüzsə, obrazların adını tez-tez dəyişin. Obrazlar real deyillər. Obrazlar siz də deyilsiniz. Adlarını dəyişdirdikcə onlarla öz aranızda məsafə qoymuş olursunuz. Beləliklə, obrazlarla istədiyiniz kimi davrana bilirsiniz. Əgər bir obraz xoşunuza gəlmirsə, onu öldürün.

Doqquz: Oxumaq istəyəcəyiniz roman yazın.

On: Kitabınız üçün yeni bir şəkil çəkdirin.

On bir: Sizi doğurdan da narahat edən şeylərdən yazın. Onlar yazmağa dəyən yeganə şeydir. Anlamadığınız mövzularda yazmaq narahatlıq gətirən şeydir.

On iki: Hər gün səhər yeməyini eyni kafedə yeyirəm. Bir gün səhər bir adam kafenin vitrininə yeni il rəsmi çəkirdi. Qar adamları, qar dənələri, Şaxta baba, yolkalar... Adam çöldə dayanmışdı, hava da soyuq idi. Rəngləri bir-birinə qatıb öz işini görürdü.

Əvvəl yağış yağırdı. Sonra yağış qara çevrildi. Külək qarı adamın üstünə vururdu. Arada dayanıb kağız stəkandan nəsə içirdi. Kafenin içindəki müştərilər, ofisiantlar ona baxırdılar.

Bir nəfər dedi ki, onu içəridə - isti yerdə oturub yumurta və qızarmış çörək yeyə-yeyə seyr etmək çox kədərlidi. Başqa biri isə adamın uğursuz bir rəssam olduğunu dedi. Stəkandakı çox güman ki, viski idi. Böyük ehtimalla hər tərəfi uğursuz əsərləri ilə dolu olan bir emalatxanası var idi. İndi də pul qazanmaq üçün restoranların, dükanların vitrinlərinə şəkil çəkir.

Ofisiantlardan biri kofe gətirərkən “çox gözəl, kaş ki, mən də edə bilsəydim” –dedi.

Bizim ona yazığımız gəlsə də, adam rəsm çəkməyə davam elədi. Detalları əlavə etdi. Dəqiq bilmədim nə vaxt, amma adam birdən-birə yoxa çıxdı. Rəsmlər son dərəcə gözəl idi. Rənglər də çox canlıydı. Vitrin çox gözəl görsənirdi. Rəssam getdi. Yox oldu. Onu görmədik. Amma çəkdiyi rəsmi görürdük...

# 2665 dəfə oxunub

Oxşar xəbərlər

Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

10:00 14 sentyabr 2025
Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

12:00 13 sentyabr 2025
Yarın yatar hər axşam qoynunda yaylığınla...  – Mir Kamilin şeirləri

Yarın yatar hər axşam qoynunda yaylığınla... – Mir Kamilin şeirləri

10:00 13 sentyabr 2025
"O məni qazaxlı olmağıma bağışladı" - Natəvan Dəmirçioğlu

"O məni qazaxlı olmağıma bağışladı" - Natəvan Dəmirçioğlu

15:00 12 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər