writer1

Şərif Ağayar

Məqalə sayı

550
clock10:43 calendar-gray 25 Sentyabr 2013 view-gray3906 dəfə oxunub
view-gray3906 dəfə oxunub

Çingiz Abdullayev niyə Qarabağdan yazmır?

Şərif Ağayarın yazısı

Ədəbi gündəmdə baş verənlər xalq yazıçısı Çingiz Abdullayev barədə bir neçə məqama işıq tutmağımı vacib şərtə çevirdi. Əslində tamam başqa mətləbdən bəhs edirdim ki, Çingiz müəllimin müsahibəsi yayımlandı.

Ona görə əvvəl bu müsahibə barədə bir kaç kəlmə… Daha sonra əsl mətləb!

Adam “Karamazov qardaşları”nı detektiv adlandırır. Şaqqanaq çəkib gülməmək mümkün deyil. Oxşar yanaşma ilə kimsə bu romanı dini mətn hesab edə bilər. Gərək təəccüblənməyək…

Daha bir ciddi məsələ: bu dünyada kitablarının tirajı ilə öyünən və bunu ədəbiyyatın əsas amili kimi dəyərləndirən yəqin ki, yeganə adamdır Çingiz Abdullayev.

Başqa bir nüans: yazıçının dövlətdən asılığını tənqid edir və bunun müstəqil yaradıcı fəaliyyətə əngəl olduğunu söyləyir. Xüsusən 30-40-50 yaşdan sonra. Bu məntiqlə açılan ilk atəş bütün ömrünü və yaradıcılığını sovet və Azərbaycan dövlətlərinin yaxından himayəsində keçirən əziz dostu Anar Rzayevə, dolayısı ilə Çingiz Abdullayevin özünə dəymirmi?! Adam inana bilmir ki, bu sözləri ixtisasca hüquqşünas olan və detektiv əsərləri bütün dünyada yayılan yazıçı söyləyir. Ç.Abdullayev bəsit gedişləri ilə öz basdırdığı minaya düşən əsgəri xatırladır. Olsun ki, oxucunu avam yerinə qoymaq istəyir. Çünki başqa suallara cavab verərkən söylədiklərindən məlum olur ki, onun özü də dövlət- yazıçı münasibətlərində kifayət qədər kövrəkdir. Baxmayaraq ki, Azərbaycanda iqtisadi baxımdan azadlığa ən yaxın yazıçıdır. Di gəl ki, bunu istəmir, arzulamır. Nə üçün deyə sual etsəniz cavabım hazırdır: onun içində ədəbiyyatdan əsər-əlamət yoxdur!

Hələ görün xalqımızın sevə-sevə oxuduğu bu “dünya şöhrətli yazıçı” Qarabağ mövzusu barədə öz facebook səhifəsində nə yazıb:

“Qarabağ hadisələri ilə bağlı hansısa əsər üzərində işləsəm, faktlar və gerçəklikləri ortaya qoymağa məcburam. Nə qədər satqınlar, xainlər olduğunu əsərimdə göstərməliyəm.

Qarabağ müharibəsi gedən zaman hakimiyyət uğrunda mübarizə gedirdi vəsiyasi proseslər torpaqlarımızın işğal olunmasına şərait yaradırdı. Siyasi qüvvələr vəzifə davası aparırdılar. Bunu yazmaq istədiyim əsərimdə göstərə bilməsəm, onda obyektiv əsər ortaya çıxmayacaq.

Sizə bir dəhşətli faktı danışım: Bir dəfə Anarın yanına gəlib ağladığını gördüm və ondan səbəbini soruşduqda, mənə nə desə yaxşıdır?:

“Çingiz indicə tanınmış bir yazıçı sevinərək mənə gəlib dedi ki, Anar bilirsən Xocalıda nə qədər insanlarımız öldürülüb. Bunun olması yaxşıdır, Mütəllibovu devirəcəyik”.

Bunu eşitmək çox dəhşətlidir. Xatırlayırsınızsa Xocalı faciəsi ilə bağlı sənəddə neçə azərbaycanlının adının keçdiyi bildirilirdi. Belə hallar məni çox üzür. İndi bildiniz ki, nə üçün Qarabağ məsələsi ilə bağlı əsər yazmaq istəmirəm”.

Məntiqə baxın. Adam heyrətlənməyə bilmir. Bu hansı zehniyyətdir, İlahi? Qarabağ haqda ona görə yazmır ki, satqınlar və xainlər olub! Səbəbə baxın.

Təsəvvür edin, hansısa tanınmış yazıçı gəlib Anara deyir ki, nə yaxşı Xocalı hadisələri baş verdi, Ayazı devirəcəyik! Burda ağlamalı nə var? Normal insan bu sütuasiyada heyrətlənər, yaxud qəzəblənib həmin adamı otağından qovar. Xalq yazıçısı insanın nəyə, harda, necə reaksiya verdiyini bu qədərmi bilmir? Niyə belə yalanlar uydurur? Ağlamalı nüans Xocalıdan-Qarabağdan olan evsiz-eşiksiz qələm adamlarının başı üstündən öz quyruqbulayanlarına ikinci-üçüncü dəfə ev verməkdir. Bütün mütərəqqi gəncliyi ədəbiyyatdan perik salıb AYB kreslolarına Qəddafi şövqüylə bağlanmaqdır.

Ağlamaq ki, vardır məhəbbətdəndir.

Hər adam ağlaya bilməz...

Hər adam “Karamaz qardaşları” kimi əsərlərin ötürdüyü mesajı tuta bilməz...

Hər adam yazıçı, ziyalı ola bilməz.

Buna boş yerə iddia edəndə isə Tanrı adamı bax beləcə xar eləyir.

Sənət hiyləgərliyi sevmir.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kamyunun arvadı bu ssenariyə etiraz etdi – “Yad” filmində baş verənlər
16:31 19 İyun 2021
Müğənni Sılanın kitabı çap olundu
15:41 19 İyun 2021
"Qırmızı papaq" onlayn nümayiş olunacaq
13:46 19 İyun 2021
Gəlinini iş yoldaşına qısqanan “Qoçu Əsgər” – Xalq artistindən maraqlı faktlar
12:29 19 İyun 2021
Fərəc Fərəcov haqqında monoqrafiya çap olunub
11:25 19 İyun 2021
Devid Quetta musiqilərini satdı
10:25 19 İyun 2021
Bu mahnı gənc alimi cəsarətləndirmək üçün yazılmışdı: Dünyanı gəzdi - İllərin mahnısı
09:01 19 İyun 2021
Adamları tanıdım – Nura Suri oğlunun qəza keçirməsindən yazdı
23:55 18 İyun 2021
Hamlet Xanızadənin xatirə gecəsi keçirildi
18:58 18 İyun 2021
Cahangir Cahangirovun 100 illiyi qeyd olunub
18:01 18 İyun 2021
Çiçək kimi ətirli, tər və sütül bədənlər! - Qadına sonetlər
17:20 18 İyun 2021
Müasir İncəsənət Muzeyində sərgi açılacaq
16:40 18 İyun 2021
Azərbaycanın ən naşı klassiki – Seymur Baycanı sərt tənqid etdilər
16:00 18 İyun 2021
Tikanlı sözlər adamı necə öldürür?
15:15 18 İyun 2021
Əkrəm Əylislinin vəziyyəti ağırlaşdı - Açıqlama
14:27 18 İyun 2021
Bakıda yeni sərgi açılır
14:09 18 İyun 2021
“Azərbaycanfilm” türk jurnalist Fulya Öztürk haqqında film çəkir - Fotolar
13:19 18 İyun 2021
İslamdan imtina etdi, çayda boğmaq istədilər, atası üzündən öpəndə ağzını yudu – Diriykən yası verilən dahi azərbaycanlı
12:36 18 İyun 2021
Kəramət Böyükçölün yeni romanı çıxdı - Foto
12:08 18 İyun 2021
Van Dammı bezdirən azərbaycanlı qohumları
11:34 18 İyun 2021