writer1

Cəlil Cavanşir

Məqalə sayı

294
clock13:00 calendar-gray 05 Sentyabr 2013 view-gray5350 dəfə oxunub
view-gray5350 dəfə oxunub

Darıxdırıcı Azərbaycan qadını

Cəlil Cavanşir yazır

Avstriyalı nevroloq, psixoanalizin banilərindən biri Freud ömrünün 30 ilini “Qadın nə istəyir?” sualının cavabını tapmağa həsr edib. Heyhat ki, bu sadə görünən qəliz sualın cavabını tapmadan dünyadan köçüb. Freud “Qadın nə istəyir?” sualının cavabını tapa bilməsə də, sual ətrafında o qədər düşünüb ki, cild-cild sanballı əsərlər qoyub gedib.

Deyəcəksiniz ki, Freud hardan yadına düşdü? Səbirli olun. Cəld bir şəkildə mətləbə keçirəm. Freudun çözə bilmədiyi “Qadın nə istəyir?” sualını məhəlli aspektən çözməyə çalışacağam. (paaah!) “Azərbaycan qadını nə istəyir?” sualı bəlkə də Freudun qlobal sualından daha çətin, daha ağırdır.

“Çox yaxşı dost olmağı bacaran Azərbaycan qadını yaxşı sevgili, yaxşı sevgili olmağı bacaran yaxşı dost ola bilmir” fikirlərini tirajlayandan sonra, ciddi hücumlara, təhqirlərə və tənqidlərə məruz qaldım.

Azərbaycan qadını haqqında yazılan tənqidi fikirlərə o qədər aqressiv və köntöy reaksiya verdi ki, matım-mutum qurudu.

Bir vaxtlar yazıçı Seymur Baycanın “Tükəzban” silsiləsi şapalaq effekti yaratdı. Xeyli sayda savadlı və intellektual xanım silkələndi və ictimai həyatda aktivləşdi, asosiallıqdan xilas oldu. Amma demək olmaz ki, indi hər şey yaxşıdır.

Hazırda müxtəlif sahələrdə nümunə göstəriləcək qədər uğurlu xanımlar var. Amma təsəvvür edin ki, qadınlar haqqında bir cümlə yazan kimi seçilməyi bacaran, özünü təsdiq etmiş xanımlar belə çox kəskin reaksiya verir. Bu gün Azərbaycan qadını uğurlu karyera qurur, intellektual səviyyəsini yüksəldir, yüksək vəzifələrdə təmsil olunur, ictimai həyatda fəal iştirak edir, amma... Amması çox qəlizdir.

Azərbaycan qadını qadın olmaqdan, öz qadınlığını qəbul etməkdən qorxur. Uğurların fonunda təbəssüm itir, incəlik yoxa çıxır, həlim xasiyyət sərtləşir və zərif məxluqun “kişi kimi” obrazı yaranır. Bir çoxları bu obrazla öyünür, cəmiyyət üçün etalon kimlik olmaq sevdasına düşür. Quru, bayağı, duyğusuz, sərt, incəlikdən uzaq qadın isə istənilən kişi üçün darıxdırıcıdır.

40-45 yaşlarında uğurlu karyerası olan bir xanım dostum, mənə demişdi ki, üç universitet qurtarmışam, biznes karyeram var, dostlarım çox olsa da, heç vaxt sevgilim olmayıb. Və bu fikri elə qürurla demişdi ki, sanki 45 yaşa qədər sevgilisi olmayan qadın tipi çox idealdır.

Mən Azərbaycan qadınını həyatın bütün sahələrində kişilərlə çiyin-çiyinə amma öz qadın obrazında görmək istəyirəm. Təəssüf ki, Azərbaycan qadını qorxur: oxuyub evdə qalmaqdan, ərə gedib boşanmaqdan, qaynana ilə bir evdə yaşamaqdan, ərinin xəyanət etməyindən, qonşunun arxasınca danışmasından və s.

Bəs Azərbaycan qadını nə istəyir?

a) Ərindən (sevgilisindən):

- mobil telefonun, bilgisayarının, e-mail və facebook sosial şəbəkəsindəki hesabının şifrələrini;

- ağıllı, müdrik, yaraşıqlı, güclü olmasını, işdən yorğun və əsəbi gəlsə də silsilə suallara səbirlə cavab verməsini;

- Hollivud aktyorları kimi zərif gülümsəməsini, siqaret çəkməməsini və içki içməməsini;

- az maaşla möcüzələr yaratmasını;

- Emrah kimi qüssəli, Cem Yılmaz kimi komik olmasını;

- Küçədə gedərkən nəzakətli davranmasını, tez-tez “buyurun”, “zəhmət olmasa”, “təşəkkür edirəm” deməsini;

- “aşkım”, “gözəlim”, “sevgilim” müraciətlərini;

- avtomobili və şəxsi evinin olmasını;

- dilənçiyə pul verməsini;

- futbola yox, seriala baxmasını;

- Siyasətlə yox, qonşu davaları ilə maraqlanmasını;

-...

-...

-...

b) Rəfiqəsindən:

- Onunla birlikdə yorulmadan alış-veriş mərkəzlərini gəzməsini;

- Çoxlu qeybət etməsini;

- Digər rəfiqələrindən daha çox diqqət ayırmasını;

- Bütün gizli sirlərini onunla bölüşməsini;

-...

-...

-...

c) Ailəsindən:

- Sonsuz sərbəstlik, azadlıq və xoşgörü;

- müstəqil qərarlara sayğı, gələcək üçün təminat;

- Gözəl paltarlar, bahalı parfümlər, son model telefonlar, gözəl ayaqqabılar;

- Bahalı cehiz, təntənəli toy və nişan, son dəbdə gəlinlik paltarı;

-...

-...

-...

Bu siyahını, bu qəliz suala verə biləcəyim cavabları uzatmaq olar. Hələ feminizimdən dəm vuran, qadın-kişi bərabərliyindən danışan xanımların avtobusda, metroda başımızın üstünü kəsdirməsindən danışmıram.

Birmənalı olaraq mən Azərbaycan qadının düşməni, tənqidçisi deyiləm. Məni də, övladımı da Azərbaycan qadını dünyaya gətirib. Sonsuz minnətdarlıq və sevgi hisslərimin arxasında xırda gözləntilərim var. Azacıq anlayış.

Əziz qadınlar, sizi tənqid etmək, sizi sevməməyim anlamına gəlməz. Rəsul Həmzətovun sözü olmasın: “Eşitsəniz ki, dünyada sizi sevən bir kişi qalıb, bilin ki, o mənəm”.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020