writer1

İlqar Rəsul

Məqalə sayı

110
clock10:43 calendar-gray 23 May 2011 view-gray725 dəfə oxunub
view-gray725 dəfə oxunub

Qaçqınlıq, köçkünlük, bax budur

Anam ağlayır. Səsi güclə eşidilir. Bu onun ən bərk ağlamağıdır. Daşın o tərəf bu tərəfinə keçib əlindəki dəsmalla burnunu silir. Kənardan ona baxıram. Heç doğru düzgün ağlaya da bilmir. Yadırğayıb qəbir üstündə ağlamağı Anam…

Bizim Bakıda qəbrimiz yox idi. İstəyirdik heç olmasın. Amma oldu. Bu, birinci qəbirdir. Yanında da ikincisi üçün boş yer. Həmin o boş yerin üstündə dayanıb qardaşımın qara mərmərdən boylanan baxışlarında «Anamın qara gününü seyr edir, görən mənim ayağımın altı kimin qismətidir», - deyə düşünürəm.

Qardaşım özü də bilmədən həyatdan çoxdan – hələ sovet dövründən bezmişdi. Heç o, Azərbaycanın müstəqil olmasını da istəmirdi. Onsuzda öz əlində olmayan taleyinin müstəqil özümüzünkülərin əlinə keçməsindən daha çox qorxurdu. Sonralar qorxusu çin çıxdı. Bəxtinin gətirməməsinin, dünyadan tez getməsinin bir səbəbi də elə bu oldu. Qalanı da ki, müharibə, yarıda qırılan məhəbbət, itirilən (və sonra heç vaxt tapılmayan) iş yeri, itirilən yurd yeri…

Əvvəl mən elə bilirdim ki, biz evimizi, rayonumuzu və vətənimizin bir hissəsini itirmişik. İndi Anamın başqa vaxtlardakına bənzəməyən iniltilərində anlayıram ki, yox, biz daha çox qəbirlərimizi və qəbir yerimizi itirmişik. Anlayıram və qarşımda doğma bir adamın qəbri, ayağımın altında isə doğma bir adamın qəbir yerinin olduğuna sevinirəm. Deməli, artıq bizim də Bakıda üstünə getməyə qəbrimiz, basdırılmağa qəbir yerimiz var. Kim qabağa düşsə bəxti çaldı. Onun yeri artıq hazırdır. Hələ desən gözləyəni də var. Qardaşıma təşəkkür eləmək keçir ürəyimdən öldüyü üçün. Sonra yadıma düşür ki, o, bizim hamımızdan daha çox qorxurdu burada ölməkdən. Özü də bu, yaşamaq həvəsindən doğan qorxu deyildi. Bu, müstəqil həyata qədəm qoyandan ali məktəbə çarpışa-çarpışa qəbul olunan, işindən kimlərinsə əhvalına uyğun gəlmədiyi üçün kənarlaşdırılan, yurd yerini onun-bunun ambisiyasına görə itirən və nəticədə göylərin bu dünyaya çatmayan ədalətindən o dünyada ona pay düşəcəyinə inamını itirən bir insanın ölümə münasibəti idi…

İndi onun məzarı başında dayanıb düşünürəm ki, birdən torpaqlar azad olundu və mən sonra öldüm. Onda məni harada basdıracaqlar? Rayondakıların, yoxsa Bakıdakıların yanında. Ha fikirləşirəm bir tərəfə çıxarda bilmirəm. İnanılası şey də deyil, qardaşın qəbrindən aralanıb atanın qəbrinə baş çəkmək üçün bilet alıb qatara minməlisən. O da hələ qismət olsa...

Anam artıq yorulub daşın kənarında oturub. Biləcərinin havası bir az sərinləyib. Yəqin indi bizim tərəflərdə yağış yağır…



18.07.2009

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tbilisidə Nəriman Nərimanovun kitabı təqdim olundu - Foto
15:28 10 Aprel 2021
Leyla Əliyevanın kitabı təqdim olundu - Foto
14:19 10 Aprel 2021
Qürbətdə ayağım torpaqda ağlar - Azad Yaşardan yeni şeirlər
13:34 10 Aprel 2021
Göy üzünü Tanrı bilərdik - Fəxri Müslümdən şeirlər
12:21 10 Aprel 2021
Sizə həsəd aparıram - Fransada yaşayan azərbaycanlı yazıçı yazır
11:22 10 Aprel 2021
Məşhur repçi narkotikdən öldü
10:10 10 Aprel 2021
Psixoloq Elnur Rüstəmov: “Müharibə bizi koronavirusa yoluxmağa qoymadı” – Müsahibə
09:01 10 Aprel 2021
“Fəryad”ın çəkilişində ona sui-qəsd təşkil etmişdilər – Ceyhun Mirzəyevdən maraqlı faktlar
21:01 09 Aprel 2021
Azərbaycanlı rəqqas Rusiyada fəxri ada layiq görüldü
18:46 09 Aprel 2021
Xanım İsmayılqızı yeni kitabından danışdı
18:02 09 Aprel 2021
Flora Kərimovanın ürəyi dayanıb? - Açıqlama
17:21 09 Aprel 2021
Hamı şeirlərini əzbər bilir, amma heç kəs tanımır – Sözü özündən məşhur şairimiz
16:37 09 Aprel 2021
13 yaşlı Selcandan yeni hekayə
15:49 09 Aprel 2021
Məşhur aktrisa vəfat etdi
15:04 09 Aprel 2021
Xalq rəssamı: "Atam əsir düşəndə Almaniyada Rəsulzadə ilə görüşüb" – Müsahibə
14:17 09 Aprel 2021
Siyavuş Novruzovun axtardığı söz – Sərdar Amin yazır...
12:38 09 Aprel 2021
Trampın köməkçisi dörd milyonluq kitab yazacaq – Müqavilə bağlanıb
12:01 09 Aprel 2021
Xalq artisti xəstəxanaya yerləşdirilib
11:18 09 Aprel 2021
Pulun çaşdırdığı Əlixan Rəcəbov
11:04 09 Aprel 2021
Günün şeiri: Leş
10:30 09 Aprel 2021