writer1

Sevda Sultanova

Məqalə sayı

796
clock08:00 calendar-gray 14 Avqust 2013 view-gray2533 dəfə oxunub
view-gray2533 dəfə oxunub

İti öldürəndən soruşduqmu?

Sevda Sultanova yazır

Gənc adam iti vəhşicəsinə döyərək öldürür.

Başqa həmyaşıdı qəddar səhnəni çəkir.

Video sosial şəbəkələrdə yayılır.

Sosial şəbəkələrdə insanların qəzəbi aşıb-daşır, etiraz edirlər, qınayırlar, söyürlər, hadisəni törədənlərin cəzalandırılmasını tələb edirlər, hətta imkan olsa aralarında onu linçləyən də tapılar.

Və insanların qınağı tamamilə təbiidir, haqlıdır.

Özüm də videonu sarsıntıdan sonadək izləyə bilmədim.

Amma yaxşı ki, qəzəb püskürən çoxluğun içərisində fərqli, soyuqqanlı mövqe bildirən insanlar da tapıldı.

Söhbət insanı linçləmədən öncə, baş verən olayın səbəblərini araşdırmaqdan gedir. Yəni necə olur ki, faşist davranışlar baş verir, insan amansızlaşır? Vəhşiliyi törədən gənc hansı mühitdə, hansı şəraitdə böyüyüb, necə tərbiyə alıb, hansı psixi travmaları, yaraları var? Özünün törətdiyi cinayətlə bağlı arqumentləri nədir? Bəlkə adam ümumiyyətlə əqli problemdən əziyyət çəkir.

Bu elə vəziyyətdir ki, cəmiyyət də məsuliyyət daşıyır. Onu təkcə cinayət orqanları yox, sosioloqlar, psixoloqlar, pedaqoqlar araşdırıb analiz etməyə borcludur ki, cəmiyyət irin mənbəyinin haradan, nədən qaynaqlandığını bilsin. Hansı profilaktik tədbirlər olmalıdır ki, bu cür hadisələrin qabağı tam olmasa da, heç olmasa mümkün qədər alınsın.

İstəsək də, istəməsək də dəyərləri yenidən dəyərləndirən, fərqli tələblər, şərtlər müəyyənləşdirən cəmiyyət qurmağa borcluyuq.

Bu yeniliyi həm də özümüzdən başlamalıyıq: məsələn, hadisənin səbəbini araşdırmadan, mahiyyətini çözmədən o gənci kütləvi qınaq obyektinə çevirməyin, cəzanın kəsilməsini tələb etməyin sivil münasibət olmadığını anlamaqdan.

Təəssüf ki, toplumun beyni situasiyanın, insanın analizinə yox, kor-koranə ittihamlara meyllidir. Və bu, tipik şərq mentalitetidir.

Məncə, hadisəni şəbəkədə ən düzgün fizik Yalçın İslamzadə analiz etdi: “İtə qarşı qəddarlıq edən gəncin özünün heyvandan fərqlənməsi üçün hər hansı şansı olub görəsən? Bioloji insan spontan olaraq sosial insan olmur, cəmiyyət və sosiallaşma institutları onu insanlaşdırmalıdır. Yoxsa hamıda anadagəlmə kor və dağıdıcı instinktlər var və bunlar sivil yolla əhliləşdirilməsə ən müxtəlif instansiyalarda şiddətə çevrilə bilərlər, mədəniyyət ilk növbədə insanın əhliləşdirilməsidir”.

...Alman ekspressionizmin nüfuzlu nümayəndələrindən biri, rejissor Fritz Lanqın “M-şəhər qatili axtarır” adlı filmi var. Şəhər sakinləri cinayət aləminin üzvləri ilə birgə az yaşlı qızları öldürən qatil manyaka məhkəmə qurur. Rejissor belə bir sual qaldırır ki, özləri müxtəlif cinayətlər edənlərin qatili məhkəməsiz linçləməyə haqqı varmı?

Daha vacibi, Lanq göstərir ki, öz təbiətinə qalib gələ bilməyən, özündən azad ola bilməyən qatil həm də qurbandır.

İti öldürən gəncin nələrinsə, hansısa vəziyyətin qurbanı olduğunu düşündükmü?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Harri Potter onlayn təqdim edildi
14:15 03 Aprel 2020
Lağ-lağı ovqatı insanları tərk etmir – Qorxmaz Quliyev...
13:31 03 Aprel 2020
Bakıda uşaqlar üçün virtual sərgi
12:41 03 Aprel 2020
Koronavirusun bizə öyrətdiyi üç hikmət – Şərif Ağayar yazır...
12:03 03 Aprel 2020
“Baba, yaxın gəlmə!” - Kənddə karantin günləri - Ayxan Ayvaz yazır...
11:46 03 Aprel 2020
İTV "Aprel döyüşləri" barədə filmi efirə niyə buraxmadı?
11:18 03 Aprel 2020
Beynəlxalq Buker Mükafatının qısa siyahısı açıqlandı
10:45 03 Aprel 2020
Xalq artisti bir aylıq əmək haqqını fonda bağışladı
10:29 03 Aprel 2020
Aygün Kazımovadan 103 yaşlı nənəyə sürpriz
10:00 03 Aprel 2020
Ata-anasının çırağını söndürdü - Bircənin romanı
09:00 03 Aprel 2020
Kaliforniya Universitetinin professoru: “Azərbaycan həkimlərinə inanın!” – Sual-Cavab
06:25 03 Aprel 2020
Atatürkü “təhqir edən”, ölkədən qaçarkən öldürülən məşhur yazıçı – Həyat Hekayəti
21:00 02 Aprel 2020
Xalq artisti həmkarlarını tənqid atəşinə tutdu: "Belə şeyləri cılız görürəm"
18:51 02 Aprel 2020
Koronavirusa qeyri-adi münasibət - Fotolar
18:45 02 Aprel 2020
Görünmür qəlbinə taxdığın üzük - Yeni sevgi şeirləri
17:57 02 Aprel 2020
Bəhram Bağırzadə evdən müsabiqə keçirəcək
17:02 02 Aprel 2020
Bakıda onlayn sərgi
16:21 02 Aprel 2020
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları təqdim edilib
15:42 02 Aprel 2020
Koronavirus xəstələrinin kimliyi niyə açıqlanmır? - Psixoloqla aktual müsahibə
15:03 02 Aprel 2020
Məşhur rəssam vəfat etdi
14:42 02 Aprel 2020