writer1

Fərid Mirzəyev

Məqalə sayı

199
clock16:19 calendar-gray 23 İyul 2013 view-gray1472 dəfə oxunub
view-gray1472 dəfə oxunub

Evimizin yaxınlığındakı əfqan

Dövr o dövr idi ki, Nyu-Yorkda yerləşən Ümumdünya Ticarət Mərkəzinin binaları (əkiz qüllələr) partladılmış, Amerika Birləşmiş Ştatları Əfqanıstana qoşun yeritmişdi.

2001-ci ilin sonları idi. Evimizin yaxınlığındakı binanın tikintisində çox sayda əfqan mühacirlər çalışırdı. Uzaq Əfqanıstandan Azərbaycana pənah gətirən bu bəxtiqaralara lağ etmək biz uşaqların ən sevimli məşğuliyyəti idi. Onların geyimləri, qıyıq gözləri, uzun saçları üzərindən olmazın zarafatlar edərdik. Günlərin bir günü bizim üçün əcaib görünən əfqan fəhlələrdən birini dövrəyə aldıq. Və yerli-yersiz sual yağışı başladı.

Həmin əfqanıstanlı mühacirin adı yadımda qalmayıb. Dediyinə görə bir müddət İranda yaşamışdı. Azərbaycan dilində pis danışmırdı.

Onunla dialoqumuzda Üsamə bin Laden fenomeni qırmızı xətlə keçirdi. Çünki məlum hadisələrə aid ancaq bu adı əzbər bilirdik.

Mühacir Amerikanın Əfqanıstanı nəhayət ki, ağ günə çıxaracağına ümid bəsləyirdi. Biz isə balaca ağlımızla evdə, küçədə, məktəbdə mənimsədiyimiz “müsəlman təəssübkeşliyindən” çıxış edərək dünyanın bir nömrəli terrorçusunun amerikalıların dərsini verəcəyinə inanırdıq. Ölkəsi qan gölünə çevrilən əfqan mühacir danışıqlarımızı dinlədikcə başını bulaya-bulaya sadəcə gülümsəyirdi...

Əfqanıstanlı yazıçı Xalid Hüseyninin “Çərpələng uçuran” və “Min möhtəşəm günəş” romanlarını oxuyan zaman o əfqan mühacirləri xatırlamaya bilmədim.

“Çərpələng uçuran” romanından sonra “Min möhtəşəm günəş” romanı da Azərbaycan kitab bazarındakı sükutu poza bildi. X. Hüseyni Əfqanıstanda yaşanan vəhşətin portretini “Çərpələng uçuran” romanında incəliyinə qədər çəkə bilmişdi. Əsərdə hadisələr Baba, Əmir, Həsən, bir sözlə kişilərin üzərində cərəyan edirdisə “Min möhtəşəm günəş”də ön planda qadınlar, Şərqli qadınlar - Leyla və Məryəm dayanır. Özünün yazdığı kimi müəllif bu romanı əfqan qadınlarına ithaf edib.

Bol fakturalı romanın süjeti, yazıçının təhkiyəsi insana nəfəs aldırmır. Bir anlıq özünü hadisələrin içində təsəvvür edirsən və kitabı vərəqlədikcə qəhər səni boğur, göz yaşlarını saxlaya bilmirsən.

X. Hüseyni qəhrəmanları ilə çox sərt, amansızcasına rəftar edir. Belə desək, həyat adlı müəllimdən geri qalmır...

“Min möhtəşəm günəş” romanında da müharibə, şiddət, qadına qarşı təcavüz, etnik ayrı-seçkilik, dini cəhalət ön planda durur.

Əfqan yazıçı ard-arda dəyişən siyasi hakimiyyətlərin, baş verən müharibələrin fonunda insan talelərinin aydın mənzərəsini göstərib. Bəli, müharibə adi insanların həyatına təsir edəndə daha dəhşətli olur.

X. Hüseyni Qoca Şərqin çoxsaylı azadlıqlardan pay ala bilməyən qadınların istək və arzularını gözəl ehtiva edib.

Sovet qoşunlarının Əfqanıstanı işğalı, Allahın tələbələri, “Taliban”ın sadə insanların başına açdığı min bir müsibət təfsilatı ilə işlənilib. İnsanların adət etdiyi həyata qadağalar tətbiq edən gerilikçi sistemin mahiyyətini X. Hüseyni bir növ faş etməyi bacarıb.

İnsanlar taliblərin qorxusundan televizora belə ancaq gecələr baxmalı olur. Hətta keçirilən reydlərə görə televizoru polietilen sellofona büküb basdırırlar.

“Çərpələng uçuran”da olduğu kimi “Min möhtəşəm günəş” əsərində X. Hüseyni ABŞ-ın Əfqanıstanı işğal etməsinə haqq qazandırmağa çalışır. Müəllif Tariqin dilindən deyilən “Bəlkə də amerikalıların gəlməyi yaxşıdır” fikri ilə Amerika işğalına xeyirxah missiya donu geyindirir. Tariqin həyat yoldaşı Leyla “Bəs günahsız yerə öldürülən insanlar?” deyə bu fikrə üsyan edir. Ancaq Leyla da sonda bu fikirlə razılaşmaq məcburiyyətində qalır ki, bəlkə ən yaxşı variant elə budur. Axan qanlar sülhlə deyil, məhz silahla dayana bilər...

12 il bundan əvvəl əfqan mühacirin söylədiklərini bu gün X. Hüseyni tirajlamaqdadır.

Yanlışdır, doğrudur, bu zamanın qiymət verəcəyi məsələdir. Hər halda başının üzərindən qara buludların çəkilmək bilmədiyi Əfqanıstan möhtəşəm bir günəşin doğulmasına möhtacdır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020