news-inner
clock13:24 calendar-gray 18 İyul 2013 view-gray2070 dəfə oxunub
view-gray2070 dəfə oxunub

Yazıçı və aktrisa öldürülür, film başlayır RESENZİYA

İlqar Fəhminin “Aktrisa” romanı əsasında Rövşən İsaxın ekranlaşdırdığı (İlqar Fəhmi həm də ssenaristlərdən biridir) eyni adlı filminin süjeti ilə bağlı iki fikir var. Daha doğrusu, bu iki fikir həm də əsərə aiddir.

Kino adamları süjeti Alfred Hiçkokun “Arxa pəncərə” filmi, ədəbiyyat əhli isə İtalo Kalvinonun “Bir qış gecəsi əgər bir yolçu” romanı ilə eyniləşdirirlər. Daha aydın desəm, müəllifi plagiatlıqda ittiham edirlər.

Dünya kinematoqrafiyasının klassik filmlərindən sayılan bu ekran işinin remeykləri çəkilib, Koen qardaşları “Qocalara yer yoxdur” filmində ondan sitat gətirib, M.Antonioninin ekranlaşdırdığı məşhur “Fotoböyütmə”si Xulio Kortasarın hekayəsi əsasında çəkilib və bu hekayə də Hiçkokun filminin təsiri altında yazılıb.

“Aktrisa”, mənim də Hiçkokun filmoqrafiyasında ən çox sevdiyim ekran əsərlərindən biri “Arxa pəncərə” kimi detektiv–triller janrlarının elementləri üzərində qurulub. Obrazlardan biri yazıçı Rüfət Hüseynzadə (İlham Hüseynov) Hiçkokun əsərinin qəhrəmanı Ceffriz kimi qarşıdakı evin sakinini izləyir və təhkiyə gizli müşahidəyə əsasən davam edir. Hər iki personaj sanki kinoteatrdakı tamaşaçı qismində filmə baxır.

“Arxa pəncərə” tamaşaçını həyəcanda saxlayan unikal kamera filmdir. Ayağındakı zədədən evdə oturmağa məcbur olan peşəkar fotoqraf Ceffriz darıxmamaq üçün pəncərəsindən qarşıdakı evin sakinlərinin gündəlik həyatını müşahidə edir. Rejissor müxtəlif insan hekayətlərinin minimal təsviri ilə çoxqatlı dram yaradır. Sonra Ceffriz bir mənzildə cinayətin baş verməsindən şübhələnir və onu araşdırmağa başlayır.

“Aktrisa” dakı yazıçı Rüfət isə xoşuna gələn qadını müşahidə edir, o, cinayət hadisəsinin iştirakçısına və həm də qurbanına çevrilir. Burda Rüfət həm təhqiq edən, həm də təhqiq ediləndir.

Strukturuna, təhkiyəsinə görə mürəkkəb, illüziyalarla bol, intellektual “Bir qış gecəsi əgər bir yolçu” romanında yazıçı Saylas Flenneri maraqla kitab oxuyan gənc qadını müşahidə etməsindən danışır. Amma o, gündəliyində qadına məhz oxucu kontekstində yanaşır və yazıçı peşəsinin təbiətini incləyir.

Məsələn, bu abzasa diqqət yetirin: “O, hər gün orda peyda olur. Masa arxasında oturmadan öncə mütləq ona baxıram. Maraqlıdır, görəsən, o, nə oxuyur? Bu, mənim kitabım deyil və qeyri-ixtiyari olaraq əziyyət çəkirəm, hiss edirəm ki, kitablarım qısqanır, onlar da onun oxuduğu kitab kimi belə oxunmalarını istəyirlər”.

Narahat ruhi vəziyyətdə və yaradıcılıq axtarışında olan yazıçı, qadının şövqlə qiraətindən ilhamlanır.

Yuxarıda da dediyim kimi “Aktrisa”da isə yazıçı qadına vurulur, onu adi kişi marağı ilə seyr edir, qadının qurduğu tamaşanın hədəfinə çevrilir.

“Aktrisa”nı istər Hiçkokun filmi, istər Kalvinonun romanı ilə daha çox forma, vizuallıq, janr oxşarlığı birləşdirir, məzmun, situasiya isə tamam fərqli kontekstə keçir.

Digər oxşar nüanslar da tapmaq olar.

Məsələn, “Arxa pəncərə”dəki cinayət və Hiçkokun bir sıra filmlərində yayğın olan “la femme fatale” (kişiləri manipulyasiya edən, onlara bədbəxtlik gətirən seksual cazibəsi olan qadın) amili, Kalvinonun əsərindəki gündəlik və kəpənək metaforu.

“Aktrsa”da yazıçı qadını hörümçək toruna düşən kəpənəklə eyniləşdirir. Kalvinonun əsərindəki yazıçı isə cinayət hadisəsini kəpənək kimi yüngül, zərif təsvir etmək istəyir. Və ya dəhşətli cinayət hadisəsini xatırlayaraq kəpənəyi təsvir etməyi arzulayır: “Bu halda kəpənək nəsə yırtıcıya çevrilərdi”. Filmdə də, əsərdə “kəpənək” cinayət hadisəsinə bağlanır.

Bu, plagiatdır, yoxsa pastiş? Əgər söhbət postmodernizmdən gedirsə, müəllifi nədəsə ittiham edə bilmərik. Mənim fikrimcə bu, sadəcə əsərlərin formasından, bir neçə detalından istifadə, onlara istinad və bəhrələnmədir.

İndi isə filmdən danışaq.

Qısa süjet: Bankir Vaqif Fətəliyev (Fuad Poladov) bağ evində qətlə yetirilir. Araşdırma zamanı daha iki qətl hadisəsi baş verir, o bankirin baş qonşusu yazıçı (İlham Hüseyn) və gözəl xanımı aktrisa (Alesa Kaçer) öldürülür. Şübhələr bir neçə adama tuşlanır.

R.İsax detektiv və triller janrının elementlərindən (qeyri müəyyənlik, gözlənilməz dönüş, şübhənin çoxunun üzərinə fokuslanması, daha bir neçə qətlin baş verməsi. Hərçənd, detektiv-trillerin yaşatmalı olduğu intensiv, total gərginlik bu filmdə yoxdur) uğurla istifadə edib.

Əhvalatın nəqlində fleşbeklərdən istifadə edilib və bu fleşbeklərinin içində də şahidlər cinayətlə bağlı kiçik xatırlatmalar, əhvalatlar danışır. Filmin əvvəlində, hadisə barədə məlumat, mətnin qurulusu, intonasiyası, dinamizmi telereportaj janrına xasdır. Amma bu sırf televiziya estetikası effekti yaratmır. Müxtəlif rakurslar, detallı planlar, kadrdan kadra məntiqli, iti keçidlər, bəzi yerlərdə Hiçkok kino dilinə xas sürətli, qırıq montaj bədii anturajı gücləndirir. Operator (Rövşən Quliyev) işi rəvan, səlisdir, filmin bir yerində eyni planda anında bir kadrdan tamam fərqli kadra çox səliqəli, qüsursuz keçid var.

Rejissor bir necə situasiyanı iki müxtəlif adamın gözü ilə göstərir: birində biz vəziyyətə daxili, digərində kənar baxışı görürük. Cinayətin araşdırılmasının məhz iki müstəntiq (bir qayda olaraq bunlardan biri xarizmatik olur) tərəfindən aparılması da adətən detektiv filmlərə, seriallara xas klassik fənddir. Kriminal motivli olmasına rəğmən filmi yüngülləşdirmək üçün yumora, bir az da Hollivud klişesinə (məsələn, final səhnəsi, müstəntiqlərdən birinin ara-sıra ailəsi ilə təması, məişəti) müraciət var.

Filmin 40-cı dəqiqəsindən sonra yazıçının gündəliyinin oxunmağa başlanmasıyla sərt atmosfer yumşalır, əhvalat lirizmə köklənir. Bəzi hissələr romantik musiqi klipi estetikasında çəkilib.

Qadının yazıçı qarşısında mətnsiz rol oynaması, əriylə mübahisələrinin eşidilməməyi səssiz kinoya göndərişə bənzəyir. Bu detal “Arxa pəncərə” filmində də var.

Aktyor işi ümumilikdə yaxşıdır.

Amma ssenari haqda bunu demək olmaz. Əvvəla, filmə baxanda belə təəssürat yaranır ki, sosial, ictimai problemlərin bol olduğu cəmiyyətdə bizim yeganə problemimiz budur: bank prezidentinin ailəsindən, monoton həyatdan sıxılıb, gənc qadınla evlənməsi və peşəsi aktrisa olan gənc qadının səhnədən ayrıldığı üçün əziyyət çəkməsi.

İkincisi, filmdə faciə, qətl var, amma insan dramı yoxdur. Obrazların açılmadığı, onların həyəcanlana bilmədiyimiz bir cinayət əhvalatı danışılır. Cinayətinə haqq qazandıran, sanki Tanrını da günahına şərik etmək istəyən yazıçının mətni didaktikdir.

Lalənin düşdüyü situasiya, davranışları yetərincə əsaslandırılmır, inandırmır, onun monoloqu isə tavtologiyadan başqa bir şey deyil: “Məncə əsl sevgi təmənnasız olur. İncəsənət adamlarının ən böyük riyakarlığı “yalnız öz içimizi ifadə etmək ucun yaradırıq” demələridir. Yalandır. Onların hamısı şan-şöhrət xətrinə iş görür. Mona Lizadan tutmuş axmaq seriallara qədər bütün incəsənət yalnız əyləncədir”.

Oxşar xəbərlər

Xəbər lenti

Əgər cibində bir qutu siqater varsa - Viktor Soyun xatirəsi - Mirmehdi Ağaoğlu yazır
16:30 15 Avqust 2020
Bu il beynəlxalq festivallarda iştirak edən Azərbaycan filmləri - Siyahı
15:52 15 Avqust 2020
Bir oğlu öldü, ikinci oğlu anasını tərk etdi-Papaqçıya ərə gedən Xan qızı
14:29 15 Avqust 2020
"Alacaqaranlıq" seriyasının müəllifindən oxuculara kitab müjdəsi
13:43 15 Avqust 2020
Xurşidbanu Natəvana layihə həsr olundu - Video
11:20 15 Avqust 2020
Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020