Bu uşaqlar dəcəllik edə bilmədilər, öldürüldülər, öldülər

Bu uşaqlar dəcəllik edə bilmədilər, öldürüldülər, öldülər
10 iyul 2013
# 13:30

I yazı

Bu uşaqlar dəcəllik edə bilmədilər, onların daha vacib işləri vardı. Buyurun, onları birlikdə tanıyaq.

Anna Frank (1929-1945)

Almaniyadakı yəhudi soyqırımının simvollarından biri olan Anna Frank 14 yaşı olanda nasistlərdən gizlənmək üçün atası Otto Frankın Pinesqrakdakı ofisinin arxasındakı gizli yerdə dörd nəfərlə birgə, iki il boyunca gizlənir. Bu müddət ərzində onların bütün ehtiyaclarını atasının katibəsi ödəyir. Və qızcığaz bu iki il ərzində yaşadıqlarını yazır. Gizləndiyi yer polis tərəfindən aşkarlandıqda isə bacısı Margot ilə Berqen-Belsen düşərgəsinə göndərilir. Margot və Anna tif xəstəliyindən ölürlər, ancaq qızların atası Qızıl Ordunun gəlişindən sonra düşərgədən xilas ola bilir və xoşbəxtlikdən Annanın gündəliyi onda olur. Gündəliyi ona katibəsi Miep çatdırmışdı. Ata gündəliyi çap etdirir. Gündəlik 60 dilə çevrilir və uzun müddət bestseller olur.

Samanta Smitt (1972-1985)

1982-ci ildə on yaşında ikən Yuri Andropova bir məktub yazdı və ABŞ-la əlaqələrin niyə belə gərgin olduğunu soruşdu. Cavab gəlmədi, ancaq məktub qəzetlərdə çap edildi. Samanta SSRİ-nin ABŞ-dakı səfirliyinə məktub yazdı və niyə cavab vermədiklərini soruşdu. 26 aprel 1983-cü il tarixində Andropov nəhayət cavab yazdı. Və Smit iki ölkə arasında sülhməramlı elçi elan edildi.

On üç yaşında təyyarə qəzasında dünyasını dəyişdi.

Hector Piterson 1964-1976

1976-cı ildə Soveto qiyamı zamanı çəkilmiş bu şəkildə bir şagird tərəfindən daşınan və ölmək üzrə olan Hektor, uzun illər dövlətin qiyamçılara qarşı etdiyi vəhşiliyin simvolu olub. Bu şəkildə isə o, hələ 12 yaşında idi.

İqbal Məsih- 1982-1995

4 yaşında xalça toxuma fabrikinə satılan pakistanlı İqbal Məsih gündə 12 saat işləyirdi və lazımı şəkildə qidalana bilmədiyi üçün xeyli zəifləmişdi. 10 yaşında o, fabrikdən qaçdı və cəbhəyə qoşuldu. 3000-dən çox əsir uşağı xilas etdi və Pakistanda azadlıq barədə odlu-alovlu nitqi ilə də tanındı. 1995-ci ildə isə sui-qəsd nəticəsində öldürüldü.

Nikosi Conson 1989-2001

Cənubi Afrikada dünyaya gələn Nkosi Conson anadangəlmə QİÇS xəstəsi idi. Anası da eyni xəstəlikdən əziyyət çəkirdi. Nikoli atasını bir dəfə də olsun görməmişdi. Heç kəs tərəfindən qəbul edilməyən və məktəbə belə buraxılmayan Nkosi Beynəlxalq QİÇS Konfransında fəal iştirak edir və bu sözlərlə yadda qalır:

”Bizimlə maraqlanın, bizi qəbul edin. Biz normalıq. Əllərimiz və ayaqlarımız var. Yeriyə və danışa bilirik. Bizdən qorxmayın. Hamımız eyniyik”.

Nelson Mandela tərəfindən “Həyat üçün mübarizə ikonu” seçilən Conson 2005-ci ilin noyabr ayında xəstəliyə məğlub olur.

# 3307 dəfə oxunub

Oxşar xəbərlər

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

İran tarixində tac qoyan ilk azərbaycanlı qadın - O, Bakı səfəri haqqında nə yazmışdı?

12:00 15 yanvar 2026
"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

"Karvansara İranın özü kimi xarabazarlıq təsiri bağışladı..." - Qriboyedovun arvadına məktubu

10:00 15 yanvar 2026
"Xalq şairi"  "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi...  - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

"Xalq şairi" "xalq düşməni" ilə bir yerdə xatırlanmasını istəməzdi... - Almas İldırım "Mayıs gözəli" şeirini kimə həsr etmişdi?

10:00 14 yanvar 2026
Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

Döyülmə və işgəncələrdən havalanan "xalq düşməni" - Onun həyat yoldaşı repressiyadan necə yayına bilmişdi?

10:00 13 yanvar 2026
Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

Saxta ittihamlarla Nargində güllələnən Azərbaycan generalı - O, erməni müstəntiqə necə cavab vermişdi?

10:00 12 yanvar 2026
"Namik Kamal onu oğulluğa necə qəbul edə bilərdi?" - İmzalar içində Hadi

"Namik Kamal onu oğulluğa necə qəbul edə bilərdi?" - İmzalar içində Hadi

15:00 7 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər