writer1

Cavid İsmayıl

Məqalə sayı

9
clock17:43 calendar-gray 20 İyun 2013 view-gray2258 dəfə oxunub
view-gray2258 dəfə oxunub

Elman Türkoğlunun faciəsi

(Elman Türkoğlunun intihar etmiş oğluna ithaf olunur)

Hər kəsin həyatından silmək istədiyi hansısa dönəmlər var. Bu dönəmlər an, gün, həftə, ay və hətta il də ola bilər. Adam onları nəinki həyatından silmək istəyir, hətta xatırlamamağa çalışır. Amma bəzən elə hadisələrlə rastlaşırsan ki, həyatının nifrət etdiyi anlarını sənə xatırladır...

Bayraqdar Elman Türkoğlunun abituriyent oğlu Məhəmməd Əminin intihar etməsi xəbəri orta məktəbin sonuncu sinfində oxuduğum illəri yadıma saldı. Bu yaxınlarda jurnalist həmkarlarımızdan biri məndən məktəbin son (və müstəqil həyatın ilk) zəngini necə xatırladığımı soruşmuşdu. Sorğuya yazılı cavab vermişdim. Sonradan cavabımı oxuyanda nə qədər həvəssiz yazdığımı, o illəri necə könülsüz andığımı görmüş və açığı, həmkarımın xətrinə dəyəcəyini düşünərək xeyli utanmışdım da.

Ancaq nə etməli? Mən doğrudan orta məktəbin sonuncu sinfində oxuduğum illəri xoş xatirələrlə xatırlamıram. Səbəblər isə o qədərdi ki... Ölkədə müharibə gedirdi, az qala hər həftə Dağlıq Qarabağ ətrafındakı yaşayış məntəqələrimizin işğalı xəbərini alırdıq, insanlarımız dədə-baba torpaqlarından didərgin düşür, əsgərlərimiz şəhid olurdular. Bunlar indi kimlərəsə pafos kimi görünə bilər, amma o dövrün yeniyetmə və gəncləri məni yaxşı başa düşür yəqin ki. Zatən burada pafosun yeri də yoxdu - “müstəqilliyimizi bərpa edən kimi bütün ictimai-siyasi və sosial problemlərimiz həll olunacaq” kimi siyasi romantikamız tank tırtılları altında xıncım-xıncım olmuşdu.

Müharibə özü ilə ciddi iqtisadi problemlər də gətirmişdi. Qıtlıq öz yerində, ali məktəbə hazırlaşmalı olan biz abituriyentlərin hər gün iki-üç saatı çörək növbələrində keçirdi. Bax, siyasi romantikamız burada köməyə çatırdı – hər çətinliyə “Vətən sağ olsun!”, “pis günün ömrü az olar” düşüncəsi ilə yanaşırdıq. Yadımdadı, son zəng günü sinif yoldaşlarımla şəhərə çıxanda cibimdə üzərində Nizaminin əksi olan 500 manat vardı. O vaxtkı kursla bu, 5000 rus rublu, indiki kursla isə bizim 10 qəpiyə bərabər idi. O pula həmin gün iki qutu “President” siqareti düşürdü.

İlk milli valyutamız rus rublu ilə 1:10 nisbəti üzrə buraxılmışdı. Ona görə nisbətən yaşlı nəslin denominasiyaya (pulun üzərindəki sıfırların silinməsinə) uyğunlaşması çətinliklə müşahidə olunurdu. Məzun “vinetka”sı üçün atamdan 2500 manat pul istəmişdim. O da elə bilmişdi ki, 250 manat istəyirəm....

Biz təkcə müharibə gedən ölkənin yox, həm də kasıb və avam ölkənin uşaqları idik. İnternet nə olduğunu bilmirdik, mobil telefon və noutbukun şəklini də görməmişdik.

Görsəydik, yəqin düşünərdik ki, ömrümüz bunları canlı görməyə çatacaqmı? Amma Elman Türkoğlunun oğlu Məhəmməd Əmin tam fərqli ölkədə böyümüşdü. O, internetin də, mobil telefonun da, kompüterin də nə olduğunu bilirdi. Məhəmməd Əmin Bakı küçələrində şütüyən bahalı maşınlara baxanda zəngin bir ölkənin vətəndaşı olduğunu da anlamamış olmazdı. Sinif yoldaşları cibindən 600-800 manatlıq “Samsung Galaxy”, “iPhone 5” çıxaranda bəlkə də utandığından “mobil telefon gəzdirməkdən zəhləm gedir” deyir, dərhal da əlini atıb cibindəki Çin istehsalı olan 40 manatlıq “Nokia” telefonunu söndürürmüş. Elman Türkoğlu buraxılış imtahanlarının nəticələrini öyrənmək üçün oğluna 1 manat verərkən cibində daha neçə 1 manatlıq qalıbmış – özündən və Allahdan başqa kimsə bilə bilməz.

Bu, təkcə Elman Türkoğlunun yox, həm də onun simasında hərəkatçılar nəslinin faciəsidi. Onlar hər şeylərini hərəkat uğrunda qoydular. Müharibələrdən və həbsxanalardan keçdilər, aclıq və yoxsulluq gördülər, mükafatları isə ya döyülmə, ya da aşağılanma oldu. Sonucda zəlzələdən, ya vəlvələdən çağdaş zamanın çağırışlarına cavab verə bilmədilər. Necə deyərlər, “inqilab öz balalarını yedi”.

1990-cı illərin yeniyetmələri artıq valideyn olublar. Gələcək üçün məsuliyyət daşıyan biz valideynlər bir həqiqəti anlamalıyıq – öz uşaqlarımızın və bizim (o vaxtkı) düşüncələrimizdə ciddi fərqlər var. Onlar bizdən daha zəki və daha ağıllı ola da bilərlər, olmaya da.

Amma dünyagörüşlərinin bizdən dəfələrlə geniş olması şübhəsizdi. Bu dünyagörüşü onlara varlı ölkənin vətəndaşları olduqlarını dərk etməyə imkan verir. Varlı ölkələrdə isə kasıblıq qürur mənbəyi sayılmır. Bu üzdən cocuqlarınızı “Vətən sağ olsun!”, “pis günün ömrü az olar”, “atan azadlıq və demokratiya uğrunda mübarizə aparır” kimi nağıllarla aldatmağa cəhd etməyin! Onsuz da inanmayacaqlar...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020