writer1

Kənan Hacı

Məqalə sayı

193
clock11:42 calendar-gray 19 İyun 2013 view-gray1100 dəfə oxunub
view-gray1100 dəfə oxunub

Gecə içib qəbiristanlığa getdik, ağlamağa

İstanbulda tapdığım dost

İstedad sözü adətən sənət adamlarına şamil olunur, amma heç bir sənət sahibi olmayan sıradan insanların da istedadlısı olur- istedadlı insan. İstedadlı insanlar şeir yazmasa, rəsm çəkməsə, hər hansı bir yaradıcı işlə məşğul olmasalar da onların həyat tərzi yaradıcı adamlara stimul verir. Belə insanlar həmişə olub, bu gün də var. Çox təəssüf ki, bu cür insanlar toplumun diqqətindən kənarda qalır.

Sahib haqqında yazmaq qərarına gələrkən fikirləşdim ki, bir neçə köşə yazımda onun adı keçib, “Ezamiyyət” hekayəmi ona həsr etmişəm, “Özgə planetdən gələn səs” hekayəsindəki qəhrəmanlardan birinin adı Sahibdir. Bütün bunları Sahib qürbətdə - vətəndən uzaqlarda yaşayanda yazmışam.

Beş ildir ki, Türkiyədə yaşayır, deyəsən, bir az da yaşayışından razıdır. Təki olsun. Ötən beş ildə özünün dediyinə görə, dostlardan ən çox zəng vurub kefini soruşan mən olmuşam. Bizi bir-birimizə bağlayan məqamlar çoxdur; bir kənddə doğulmuşuq, eyni mühitdə böyümüşük, atalarımız əliqabarlı, sadə zəhmət adamı idilər. Allah onun atası Poladxan kişiyə, anası Almaz xanıma qəni-qəni rəhmət eləsin. Son dərəcə işıqlı insanlar idilər, onlardan sonra elə bil həyatımızın rəngləri sozalıb.

Yadımdadır, bir dəfə Sahibin qardaşı Səbirxanla gecənin bir aləmi içki havasına qəbiristanlığa üz tutduq, vahiməli sükutun yuxusunu pozan addımlarımız Poladxan kişinin və Almaz xanımın yanaşı qəbirlərinə çatanda kəsildi... Sonra bu qoşa məzarın böyründə çömbəldik və göz yaşlarının leysanı başladı... Sahib onda uzaqlarda idi...

Sahib atasının dəfninə gələ bilmədi, o ağır günlərdə uzaq və zalım qürbətdə nələr çəkdiyini anlamaq o qədər də çətin deyil.

Hər dəfə zəngləşəndə soruşurdum ki, nə vaxt gəlirsən, ay zalım? Hər dəfə də “bəlkə bu yay gəldim” deyirdi. Yay ötürdü, aramsız yağışlar, soyuq küləklər başlayırdı, ümidim üzülürdü. İl ilə calanırdı, o isə hər dəfə vədinə xilaf çıxırdı. Artıq ümidimi birdəfəlik üzmüşdüm, son vaxtlar zəng vuranda daha nə vaxt gələcəyini soruşmurdum, bir-birimizdən hal-əhval tutub sağollaşırdıq.

Deyir, sən saydığını say, gör fələk nə sayır. Heç ağlıma gəlməzdi ki, günlərin bir xoş günündə İstanbula səfərə çıxacağam və bu böyük, möhtəşəm şəhərdə Sahibi axtarıb tapacağam, Sahib taleyin bu sürprizinə heç cür inana bilmirdi. Avtobusumuz Qara dənizin sahili boyu şütüyəndə bloknotuma yazdım: “...taleyi taleyimizə bənzəyən bu şəhərdə səni aramaq qədər gözəl heç bir şey yox, qardaşım!..”

İstanbulda birlikdə olduğumuz qısa müddətdə əski günlərə qayıtdıq, kövrəldik. Görüşümüzə əməlli-başlı sevinirdi: “Səndən ötrü çox narahat idim. Çox şükür, səni iyi gördüm!” dedi.

Anamın vəfatından sonra tək yaşayırdım, Sahib məni dörd divar arasında tək qalmağa qoymurdu, hər gün görüşürdük, söhbətlərimizin sonu olmurdu, xəlvət bir guşəyə çəkilirdik, birinci badədən sonra Sahib şeir oxumağımı istəyirdi və mən də oxuyurdum... Sahib qürbətə yollandı və mən yenidən tənha qaldım. Nazim Hikmət nə gözəl deyib:

Keçib getmiş günlər, gəlin,

Rakı için, sərxoş olun,

Tütəkdə şarkılar çalın,

Bu kədər öldürdü məni...

Bir gün dostlarla Lənkərana hüzr məclisinə gedirdik. Bakı-Astara qatarına minib kupedə yerimizi rahatladıq. Gecə saat ikinin yarısı telefonuma tanımadığım nömrədən zəng gəldi. Sahib deyəndə ki, mən artıq Bakıdayam, şoka düşdüm. Düzü, gələcəyinə inanmırdım. Səhəri günü Lənkəranda hüzr məclisinə baş çəkdik, gecəni Cəlilabadın Qarazəncir kəndində bir dostumun evində qalası olduq.

Səhər taksiylə Bakıya qayıtdım və tezcənə evə baş çəkib kəndə yollandım. Axşam Sahibi türklər demiş, meyxanəyə götürdüm. “Nerde eski ramazanlar...” deyib xatirələrə baş vurduq. Çoxdan bəri içkiylə vidalaşmağıma rəğmən, masamıza şərab gəlməsini istədim.

...Avtobusumuz Boğaziçindən keçib İstanbulu arxada qoyanda ancaq Sahib haqda fikirləşirdim; görən tale bizə bir daha görüşmək fürsəti verəcəkmi? Aşağıdakı şeir yazıldı:

Naxışlı göylərin çeşnisi

Göylərə minarələrilə

naxışlar salmış camilərin əbədiliyi

müsafirlərə bir şeyi anlatmaq istəyir-

sən çox balacasan arzularınla,

sabaha ümidinlə, sevgin, nifrətinlə...

Yeddi təpəli şəhərdə

ayrılıqdan öc aldıq, Sahibciyim!..

ötən günlərin xiffəti dağ çəkdi bizə,

anıların şirin ağrısı

bəbəyimizi sızlatdı...

səni qürbətdə tənha qoyub

qayıdıram vətənə,

yenidən görüşmək ümidi

sarı yarpaq kimi titrəyir ürəyimdə.

Naxışlı göylərin bir çeşnisi də sənsən,

Sahibciyim!..

İstanbulun rəsmini asdım gözlərimdən;

Zatən, biz ayrılmadıq ki!..

...Və biz yenidən görüşdük.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020