writer1

İlqar Rəsul

Məqalə sayı

110
clock15:42 calendar-gray 17 İyun 2013 view-gray1143 dəfə oxunub
view-gray1143 dəfə oxunub

Sənin dünyandakı Adam

İlqar Rəsul yazır

Zülmət gecələrin qaranlıq adlı divarlarında ən çox sevdiyini-artıq budünyada olmayan Ananı axtarıb tapmaq üçün bəzən iki gözünü istənilən kor adamın bir əlinə dəyişməyə hazır olursan. Belə havalarda barmaqların ucundakı hissiyyat burnunun ucundakı eynəkdən daha işıqlıdır. Yerə döyəcləyərək irəlilədiyin çoxdan ağacından qoparaq qurumuş əsa bəzən qarşıdan gələn insandan daha etibarlıdır.....

Divar daşlarının arasındakı cığırlar əlində əl ağacı olmayan korlar üçün dünyanın ən gözəl prospektidir. Məhz o prospekt səhəri heç vaxt açılmayacaq gecənin əbədi sakinlərini rəngi sakitlik olan axşamlarda yolundan sapdırmadan evlərinə qaytara bilir...

Əslində insan evə girəndə içəridən çölə çıxmış sayılır. Bizim evimiz əvvəllər dünyanın özü olub. Sonra "ev" adlı xırda çöllər yaradıb dünyanı bir günün təxminən yarısı qədər tərk etmişik hər gün. Azca dərindən düşünəndə görürük ki, əslində gecələr hamı dünyanı tərk edir hansısa dəlmə-deşiklərə girməklə. Yəni böyük evin gecə hissəsi kiçik çöllərin hesabına boşalıb insansız qalır. Ona görə də bomjlar, səfillər, evsiz-eşiksizlər bu böyük evin ən sadiq sakinləri sayıla bilirlər...

Əslində tərk etmək insanın mahiyyətində var. Evi, doğma şəhəri, məmləkəti, və nəhayət dünyanı. Amma bütün bu tərketmələr öz başlanğıcını ana bətnindən götürür. İnsan ana bətnini tərk edincə başlayır bu proses... Əvvəl ana bətni, sonra doğum evinin nömrələnmiş çarpayısı, sonra doğum evinin özü, sonra məktəb, sevgililər və sevdiklərin, düz şəxsi ölümünə qədər hər şey və hər kəs tərk edilir. Hətta məzarı daçürüyüb torpağa qarışaraq tərk edir insan...

Məzarların qiyməti əslində onların daşının bahalığı ilə yox, içindəkinin kimliyi ilə müəyyənləşir. İnsan üçün ən qiymətli məzar valideynin uyuduğu məzar olmalıdır əslində... Bir ömrün ortalarında həyat yoldaşı və ya övladın məzarı varsa, artıq bu hansısa kobud qanunauyğunsuzluğun təzahürüdür və üzərlərinə heç bir qiymət qoyula bilməz...

Uzaqda bir körpü var. O körpü nəhəng bir odun üzərindən keçərək bu dünya ilə o dünyanı birləşdirir. Dərsə getməyən uşaqlara məktəbdə "qayıb" qoyulduğu kimi, vaxtında valideyn məzarını ziyarət etməyən övladların da adına göylərdə "gəlmədi" yazılır. Valideyninə sayğı duymayanlar o körpünün üstündən o körpünün altındakı oda yıxılıb alovu daha da gücləndirəcəklər ki, o dünyaya valideyni ilə görüşməyə tələsən korların belə yolu daha da işıqlı olsun...

İnsanlığın ən kor məhəbbəti Anaya olan məhəbbətdi məncə... O qədər kor ki, başqa bir kimsənin məhəbbətilə gözdən salına bilməz..

Ana hansı dünyada olursa olsun, sənin dünyandadı həm də...

Mənim Anam bu dünyada deyil artıq. Heç olmayacaq da. Amma mən o dünyada olacam. Ona görə də çalışıram göylərdə adıma "gəlmədi" yazılmasın...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tağıyev haqda film Britaniyada yer tutdu
12:47 20 Aprel 2021
Hər kəsin ürəyinə dağ çəkən həkim: Müəmmalı ölümündən iki saat əvvəl canlı yayımda idi...
12:01 20 Aprel 2021
İstərdim məni şillələsin...
11:20 20 Aprel 2021
Taksi sürücüsünün telefonunda mənə göstərdiyi şəkil – Günel yazır...
10:39 20 Aprel 2021
Sosial ağrıya çevrilən ölüm - İradə Musayeva yazır
10:01 20 Aprel 2021
Tanınmış musiqiçi vəfat etdi
09:35 20 Aprel 2021
Əli Əmirlidən yeni hekayə: Mələk əmi
09:00 20 Aprel 2021
Fransız rəssamın əsəri 30 milyon dollara satıldı
19:00 19 Aprel 2021
Nazirliyin film layihələri müsabiqəsinin seçim mərhələsi başa çatıb - Siyahı
18:07 19 Aprel 2021
Evli ola-ola sevdiyi nişanlı qız kim idi? – Məşhur şairin bacısı qəbiristanlıqda onun ən böyük sirrini açdı - Reportaj
17:16 19 Aprel 2021
Mədəniyyət Nazirliyində yeni komissiya yaradılıb
16:35 19 Aprel 2021
Aşıq Ələsgər yaradıcılığı Belarus portalında
15:54 19 Aprel 2021
Hara baxır axı bu polislər? – Amildən yeni minimalist şeirlər
15:12 19 Aprel 2021
Özünü tanımaqda çətinlik çəkən Seymur Baycan
14:32 19 Aprel 2021
Xanım, 100 manat və huşsuz kişi - Yeni hekayə
13:44 19 Aprel 2021
Yazıçılar Birliyinə üzv olanda atası dəvə kəsdi: Məşhur şairin maraqlı həyat hekayəti
13:01 19 Aprel 2021
Flora Kərimovanı Allahsız edənlər
12:09 19 Aprel 2021
Ay gecikən məhəbbətim – Günün şeiri
11:25 19 Aprel 2021
Hosteldə ölən qızları söyənlər
10:39 19 Aprel 2021
Tanınmış aktyor vəfat etdi
09:29 19 Aprel 2021