writer1

Ramilə Qurbanlı

Məqalə sayı

170
clock08:30 calendar-gray 08 İyun 2013 view-gray4067 dəfə oxunub
view-gray4067 dəfə oxunub

Lənətə gəlmiş adətlər

Hərdən “lənətə gəlsin belə adəti” demək istəyirəm, amma sözlərimi dişlərimin arasında sıxıb əziyyət verirəm, çıxmağa qoymuram. Niyə? Çünki bu da adətimizdir. Lənətə gəlmiş adət.

İndi mühafizəkarlar qılınclarını sıyırıb üstümə gəlməyə hazır olacaqlar - bu fikri oxuyan kimi. Tələsməyin, lütfən, görün nə demək istəyirəm, bəlkə ürəyinizdən olacaq?!

Bəzi məsələlərdə mən də sizin yanınızdayam-mühafizəkaram. Məsələn, “böyük-kiçik yeri bilmək”, böyüyünə hörmət, kiçiyinə diqqət göstərmək lazımdır. Əks halda, sabah sənin özünə heç kim hörmət qoymayacaq.

Böyük qapıdan girəndə kiçik ayağa qalxmağa məcbur deyilsə də əgər oturmağa bir yer varsa, kiçik onu böyüyə verməlidir, özü ayaq üstdə qalsa da olar-bunu da qəbul edirəm və özüm şəxsən belə də hərəkət edirəm.

Evdə kişini hörmətə mindirən də qadındır, hörmətdən salan da-bunu da düzgün “fəlsəfə” hesab edirəm. Ümumiyyətlə, bir çox adət-ənənələrimiz var ki, bunun olması ilə fərəh duyuram, yavaş-yavaş sıxışdırılıb unudulmasına heyfsiləndiyim adətlərimiz də var.

Di gəl, bu toy adətimizin zaman-zaman aşılanıb gəlib bu iyrənc vəziyyətə salınması məni yandırır.

Dünən toyda idim. Ağız deyəni qulağın eşitmədiyi, zövqsüz-səviyyəsiz mahnıların tüğyan elədiyi, ağsaqqalların içib dinləməli saz havasına əl götürüb oynamağa çalışdığı (o musiqiyə oynamaq olmur), yeməklərin urvatsızcasına üst-üstə yığılıb tökülüb qaldığı (bağışlasın ərzaq məhsulları-zibil kimi) bir toyda.

Nə var, nə var, desinlər ki, filankəsin toyunda yeməklər tökülüb qaldı (hansı səbəbdən o qədər əhəmiyyətli deyil). “Desinlər ki”, “deməsinlər ki” – görk üçün eləmək adətimizdən zəhləm gedir. Bax, bu qəbildən olan adətlərimiz lənətə gəlsin, inşallah!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Səməd Vurğun 50 yaşında ölməyibmiş – Filosof yazır...
08:58 24 Sentyabr 2020
Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020
Qəni Camalzadənin sosial-bədii nəsri - Aydın Xan yazır
16:47 23 Sentyabr 2020
“Uliss”in tərcüməçisi dünyasını dəyişdi
16:08 23 Sentyabr 2020
Aqil Abbas: "Dağlıq Qarabağda vətəndaşlığımızı qəbul edən ermənilərlə işimiz yoxdur"
15:30 23 Sentyabr 2020
Şəbnəm Tovuzlunun erotik dərdi
14:49 23 Sentyabr 2020
Lalə Məmmədova həmkarlarını qınadı: "İcra başçılarından qorxurdunuz?"
14:06 23 Sentyabr 2020
Elçin Əfəndiyev: "Çox yaramaz iddiadır" -Məktub
13:29 23 Sentyabr 2020
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
12:51 23 Sentyabr 2020
Mirzə Cəlili aldatmışdı, Müşfiq onun evinə pəncərədən girirdi – Komediyamızın banisi haqqında maraqlı faktlar
12:06 23 Sentyabr 2020
“Azərbaycan tarixində atılmış 5 ən yanlış addım” kitabının imza günü olacaq
11:17 23 Sentyabr 2020
İnternet yoxdursa, necə olacaq? – Əyalətin təhsil dərdi
10:45 23 Sentyabr 2020
Nobel mükafatının təqdimat mərasimi təxirə salındı
10:16 23 Sentyabr 2020
Tom Kruzun kosmosa gedəcəyi tarix bəlli oldu
09:44 23 Sentyabr 2020
Ömər Faiqin İngiltərədə yaşayan nəticəsi: "Mirzə Cəlil babamın qollarında can verib" - Müsahibə
09:00 23 Sentyabr 2020
Tanınmış bəstəkara ağır itki üz verdi
18:41 22 Sentyabr 2020
Tarkovski ilə bağlı kadrarxası çəkilişlər hərraca çıxarılacaq
18:04 22 Sentyabr 2020