writer1

Etimad Başkeçid

Məqalə sayı

51
clock11:47 calendar-gray 17 May 2011 view-gray1056 dəfə oxunub
view-gray1056 dəfə oxunub

Avtobuslar haqqında donquldanma

Gündə azından dörd dəfə ictimai nəqliyyatdan istifadə edirəm və hər dəfəsində bir daha əmin oluram ki, bizim metroda və avtobuslarda gedib-gəlmək üçün insan xüsusi vərdişlərə yiyələnməlidir.

Bizim öz təyinatı üzrə ictimai, servis səviyyəsinə və insanlarda doğurduğu mənfi emosiyalara görə isə antiictimai nəqliyyat Buddanın özünü belə hövsələdən çıxarmağa qadirdir.

Bakının yerüstü nəqliyyatı (yeraltı nəqliyyatın dərdi ayrıdır) mənə kütlə instinkti ilə yaşayan başıpozuq kaftar sürüsünü xatırladır. Adamın ətini yeyib, sümüyünü belə çölə atmayacaq dərəcədə bizə doğma olan kaftar sürüsünü.

Bir dəfə bir yerdə demişdim ki, adam bizim nəqliyyata adam kimi minir, amma ifrazat kimi xaric olunur.

Bəşər övladının “Dayanacaq” adlanan ixtirasını biz profanasiya etmişik. İnsanlarımız dayanacaqlardan cin iynədən qorxan kimi qorxurlar. Dayanacaqdan mümkün olduğunca aralıda durmağa çalışırlar. Avtobus sürücüləri üçün dayanacaqlar olsa-olsa xatirə kompleksləri rolunu oynayır. Onların yanından avtobuslar yeldən qanad taxıblarmış kimi keçib gedirlər.

Yolların yaxasına səpələnmiş adamları dənləyə-dənləyə irəliləyən avtobuslar yalnız zahirən nəqliyyat vasitəsini xatırladır. Daxildən onlar siyənək çəlləyini və ya ekstremal tanışlıq bürolarını andırırlar. Avtobusda sürücünün “bir az da mehribanlaşın!” nidasını adamlar göylərin əmri kimi qəbul edirlər. Adi vəziyyətlərdə alınmaz qalanı xatırladan qızlarla oğlanlar teatral pozalarda elə maraqlı kombinasiyalar yaradırlar ki, bundan sonra abırlı adamlar evlənməli, qırx gün, qırx gecə toy çaldırmalıdırlar.

O qədər də uzaq olmayan keçmişdə avtobusa kişi girəndə arvadlar durub yer verərmişlər. İndi tərsinədir – avtobusa girəndə binəva kişilərin hamısının bir nəfər kimi ayaqda olduğunu görürsən. Çox nadir hallarda görürsən ki, başının üstünü kəsdirmiş arvadların hikkəli baxışlarına, eyhamlı işarələrinə baxmayaraq, bir nəfər kişi oturub, gözlərini zilləyib kitab oxuyur. Dodaqlarını tərpədə-tərpədə elə maraqla, elə həvəslə oxuyur ki, sən də suyulursan. Hətta avtobusun təkəri nagahan yolun ortasında ağzını nəqqara kimi açmış lyuka düşəndə belə gözlərini kitabdan ayırmır. Bu zaman anlayırsan ki, bu kişi, doğrudur, gözlərini xarab eləyir, amma əvəzində yerini arvadlardan qoruyub saxlayır. İctimai nəqliyyatda arvadların kişilərə göz verib, işıq verməməsini kitab oxumaqla protesto edir.

Bizim avtobus sürücüləri, gec və keyfiyyətsiz də olsa, adamları mənzil başına çatdırmaqla öz işlərini bitmiş saymırlar. Bir də görürsən ki, eyni nömrəli iki avtobus yolda qarşılaşdı, sürücülər yerə düşüb şəbeh çıxartmağa, bir-birinin ölüsünü-dirisini yamanlayaraq absurd teatrındakı kimi hərəkətlər eləməyə, bir sözlə sərnişinləri əyləndirməyə başladılar. Özü də buna görə onlar nə hökumətdən, nə də sərnişinlərdən əlavə haqq tələb etmirlər.

Bizim nəqliyyatın mərifətlərini sadalamaqla bitməz.

Başlayanda demişdik ki, bizim avtobuslarda hərəkət eləmək üçün adam xüsusi vərdişlərə yiyələnməlidir. Bunlardan ən başında gələni - özündə bizim həşəmətli manısların mahnılarını dinləmək vərdişidir.

İkincisi, getdiyin yerə vaxtında çatmayacağından yana darılmamalısan. Onsuz da, od olsan yalnız özünü yandıracaqsan. Alimlərin hesablamalarına görə, insan öz həyatının üçdə birini yatır, onda birini isə, yollarda keçirir. Amma, nə yazıq ki, bu hesablama yalnız qərblilər üçün keçərlidir. Bizdə yəqin ki, tərsinədir – ömrumüzün üçdə birini yollarda keçirir, onda birini isə yatırıq. Ona görə çox yatmırıq ki, çalışqanıq, yox, yuxumuzdan kəsib yollara calamalı olduğumuz üçün çox yatmırıq.

Üçüncüsü…

Dördüncüsü…

Üç nöqtələrin yerini doldurmağı sizə həvalə edirəm, əziz dostlar!
REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021