Litvalı tərcüməçinin BSU-da görüşü keçirilib

Litvalı tərcüməçinin BSU-da görüşü keçirilib
7 may 2013
# 14:24

Kamal Abdullanın “ Yarımçıq əlyazma ” romanını Litva dilinə tərcümə edən Lione Lapinskijene ilə Bakı Slavyan Universiteti Yaradıcılıq fakültəsi tələbələrinin görüşü keçirilib.

Bu barədə BSU Yaradıcılıq fakültəsindən məlumat verilib. Xanım Lapinskijene tələbələrə Litvadakı ədəbi proseslərdən söhbət açıb və bildirib ki, “Litvada 1965-ci ildən ənənə halını almış böyük Bahar Poeziya günləri keçirilir. Bu, müstəqillik dövründən sonra daha da genişləndi. Artıq neçə ildir ki, Bahar Poeziya günləri bütün Litvanı əhatə edir. Müxtəlif şəhərlərdən gələn şairlər yaradıcılıqlarını nümayiş etdirirlər”.

Daha sonra Kamal Abdullanın Litvaya səfərindən söhbət açan Lapinskijene qeyd edib ki, “Kamal Abdullanın Vilnusa gəlişi bizim üçün böyük şərəf oldu. Kamal Abdulla ilə birlikdə Litvanın və bir çox ölkələrin məşhur nəşriyyatlarının, müəlliflərinin, kitab sevənlərinin qatıldığı Litva Beynəlxalq Kitab Yarmarkası çox möhtəşəm kitab sərgisidir. Bu il 14-cü dəfə baş tutan yarmarkada dünyanın bir çox dövlətləri təmsil olundular”.

Qarşılıqlı səmimi söhbət şəraitində keçən görüşdə xanım Lione Lapinskijene Yaradıcılıq fakultəsinin tələbələrinin suallarını cavablandırdı. Tələbələrin suallarına cavab olaraq xanım Lapinskijene bildirdi ki, ümumilikdə Litva dilinə tərcümə edilən Azərbaycan yazarlarını müəyyənləşdirməklə məşğuldur: "Tərcümə üçün maraqlandığım müəlliflər təkcə indiki ədəbi nəsli deyil, eyni zamanda Sovet dövrünün yazarlarını da əhatə edir".

Özünün də yaradıcılıqla məşğul olduğunu, ancaq hələ əsərlərini dərc etmədiyini bildirən qonaq bunun üçün münasib zaman gözlədiyini bildirdi: "Hər sözün öz zamanı var".

# 4714 dəfə oxunub

Oxşar xəbərlər

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər