writer1

Murad Köhnəqala

Məqalə sayı

106
clock14:36 calendar-gray 26 Aprel 2013 view-gray1667 dəfə oxunub
view-gray1667 dəfə oxunub

Erməni tələbə ilə davam

Layihə-Mənim universitetim

İnstituta qəbul oldum. Bizi iki-iki yataqxana otaqlarına təyin elədilər. Mən Aleksandr adlı rus şair tələbə yoldaşımla dördüncü mərtəbənin 401-ci otağına düşdüm.

Qəbul olduğum haqda evimizə teleqram vurdum və ilk dərs ayı - sentyabra hazırlaşmaq üçün Moskvadan kəndə qayıtdım. Kənddə artıq şadlıq məclisinə tədarük görmüşdülər. Səfil həyat keçirən oğlunun ali məktəbə qəbul olmasına şübhə ilə yanaşan atam dərhal məndən tələbə biletimi soruşdu. Atamın mənə etibarını bu qədər itirdiyinə görə ürəyimdə incisəm də tələbə biletimi çıxarıb ona verdim. O, tələbə biletini görüb sevindi və təbrik eləyərək məni öpdü.

... Sentyabr ayına bir neçə gün qalmış tələbələr artıq yataqxanaya yığışmışdıq. Dedilər, sentyabr ayını kolxozda kartof yığmağa sərf edəcəyik. Bizi avtobuslara gətirib Moskva ətrafındakı Volokolamsk rayonundakı bir istirahət mərkəzinin binasında yerləşdirdilər.

Hər gün səhər yeməyindən sonra yerli avtobuslarla kolxoza gedirdik. Traktorlar kartofu qazıb tökür, biz isə qızlı-oğlanlı kartofu əllə kisələrə yığaraq traktorlara yükləyirdik. Burada bizə iş paltarı kimi qalın sırıqlı, şalvar və çəkmə vermişdilər.

Dərslər başlayana kimi biz biri-birimizlə yaxşıca tanış olmaq fürsəti qazandıq.

Ərzaq mağazası yanımızdan uzaqda yerləşdiyinə görə hərdən traktoristlərə pul verirdik ki, yolüstü bizə araq alıb gətirsinlər.

Günorta yeməyini birbaşa təsərrüfat sahəsinə gətirirdilər.

Üstümüzdə simvolik olaraq iki nəfər nəzarətçi vardı. Onlardan biri İvan Kiriloviç adlı mülayim xarakterli, yaşlı idman müəllimimiz, o biri isə 3-cü kurs tələbəsi, Tehran adlı erməni idi. Tehran mənə həmişə yeganə azərbaycanlı kimi hörmətlə yanaşırdı.

Yağışlı günlərdə bizi Volokolamsk və ərafdakı rayonların müxtəlif yerlərinə ekskursiyaya aparırdılar. Burada əsasən müxtəlif ucalıqlarda tikilmiş qədim arxitekturalı kilsələrə baxmağa gedirdik. Biz İkinci Dünya müharibəsi ərəfəsində Moskva ətrafında almanlara güclü müqavimət göstərmiş məşhur Panfilovçuların girdiyi səngəri də gördük. Qəhrəman döyüşçülərin kənarlarını ağacla hördükləri səngərlər olduğu kimi dururdu. Burada müharibə zamanı dişli təkəri partlamış bir tankı da heykəl kimi pyedestala qaldırmışdılar.

Bizə qonşu pansionatda isə tərkibi əsasən qızlardan ibarət olan Mədəniyyət İnstitutunun tələbələri yerləşmişdi. Hər bazar günü axşamlar bizim pansionatın klubunda diskoteka təşkil edirdilər. Qonşuluqda yerləşən “Mədəniyyətin tələbələri” də bizim kluba tans eləməyə gəlirdilər...

Günlərin bir günü işdən qayıdarkən tacik tələbə dostlarımla otaqda xəlvətcə bir-iki araq içdik. Onlardan ayrılanda televizor otağından səs-küy eşitdim. Gəldim ki, tələbə yoldaşlarım futbola baxırlar. Soruşdum, oynayan kimlərdi. Dedilər, SSRİ ilə yığması ilə Türkiyə yığması oynayır. Dərhal əlimi-əlimə sürtüb ucadan dedim ki, mən Türkiyəyə azarkeşlik eləyəcəm. Bu zaman qabaqdakı stolların birində oturan Tehran mən tərəfə çönüb dedi, ara, sən nə üçün Türkiyəyə azarkeşlik eləmək istəyirsən? Dedim, kimə azarkeşlik edəcəyimi səndən soruşmayacam ki!

Əslində mən heç vaxt futbol azarkeşi olmamışam, sadəcə, türk olduğumuzu təzəcə anladığımız üçün o vaxtlar “mən türkəm!” sözünü fəxrlə dilə gətirirdik.

Tehran ayağa qalxıb dedi, bilirsənmi, sən Sovetlər ölkəsinin vətəndaşısan, Türkiyə isə bizim düşmənimizdi? Dedim, özündən iftira uydurma, nə Türkiyə, nə də türklər heç kimlə düşmənçilik eləmir. Tehran coşaraq üstümə qışqırdı ki, sən televizor otağını tərk eləməlisən! Dedim, bu sözünə görə qələt eləyirsən, sən burda futbol yox, kartof nəzarətçisisən. Tehran coşaraq üstümə hücum çəkdi. Yanındakılar onu yüngül müqavimətlə tutub saxladılar. Erməninin bu hərəkətindən beynim qızdı və cumub onu vurmaq istədim. Bu tərəfdə də uşaqlar məni saxlayaraq bizi araladılar. Mən əsəbi halda televiziya otağını tərk elədim.

Uzun stolları olan yeməkxanamızda səhər yeməyi vaxtı baxdım ki, Tehran düz qarşımda oturub. Dünənki söhbəti yada salmamaq üçün baxışlarımı ondan yayındırmağa çalışdım. Təzəcə çay içməyə başlamışdıq ki, Tehran ironiya ilə məndən: “Sən hələ də Türkiyəyə azarkeşlik edirsən?”- deyə soruşdu. Onun dünənki hərəkətinin üstünə indi də özünü ətrafdakılara güclü göstərmək arzusunun gəldiyini duydum və beynim qıjıldadı. Sözləri ağzından çıxar-çıxmaz qəfil yerimdən durub onun başını qarşısındakı mannıkaşaya soxdum. Özünü komandir kimi aparmaq istəyən erməni artıq rüsvay olmuşdu. O, qışqıraraq stulun üstünə qalxıb üzündəki kaşanı silə-silə stolu ayaqlayaraq mənim tərəfə keçmək istədi. Yanındakılar yenə onu tutub saxladılar. Səs-küyə İvan Kiriloviç gəldi. Tehran o tərəfdən qışqıra-qışqıra dedi ki, səni institutdan qovdurmasam, məndən alçaq adam yoxdu! Mən də öz növbəmdə dedim, institut-zad hərləmirəm, bir də mənimlə qarşılaşsan səni qırıq-qırıq eləyəcəm.

Axşam pansionata qayıdanda İvan Kiriloviç Tehranı sakitləşdirmək üçün tələbələri yığıb mənə şifahi töhmət elan elədi.

Bu söhbətə yəqin ki sonrakı yazımda davam eləyəcəm.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020