Yeniyetmələrə fövqəladə hallarla bağlı təlim keçilir

Yeniyetmələrə fövqəladə hallarla bağlı təlim keçilir
25 aprel 2013
# 14:18

Xəzər İnkişaf Fondu tərəfindən aprel ayının ortasından icra edilməyə başlanmış «Fövqəladə vəziyyətlərdə təhlükəsizlik tədbirlərinin yeniyetmələr arasında təbliği» layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənir.

Bakı şəhəri Xəzər rayonunun Şüvəlan, Türkan və Zirə qəsəbələrində yaşayan və təhsil alan yeniyetmələr arasında 4 ay müddətində icra ediləcək layihənin məqsədi fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında biliklərin verilməsi və onların bu istiqamətdə təbliğat-maarifləndirmə fəaliyyətinə cəlb edilməsindən ibarət olacaq.

Layihənin vəzifəsi göstərilən ərazilərdəki seçilmiş 3 orta ümumitəhsil məktəbində fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında barədə geniş məlumatların yayılması, sagird və digər kateqoriyadan olan yeniyetmələr arasından bu haqda biliyin icmalarda yayılması üçün dəstək qruplarının formalaşması, onların müxtəlif təbliğat aksiyalarının təşkil edilməsi yolu ilə problemə ictimaiyyətin diqqətinin cəlbidir. Fəaliyyətlər müddətində təkcə təlimlər, görüşlər və dəstək qrupları ilə iş deyil, eləcə də birgə seminarlar keçirməklə yeniyetmələrin kreativ yanaşmalarından yaralanmaqla problemə diqqəti qeyri-ənənvi metodlarla cəlb etməyə nail olunacaq.

Göstərilən ərazilərdə yaşayan, oxuyan və işləyən ümumilikdə 60 nəfər gənc layihənin dəstək qrupu kimi layihədən birbaşa, daha 500 nəfər isə ondan dolayısıyla faydalanacaqları nəzərdə tutulub. Layihənin icrası başa çatdıqda davamlılığını təmin etmək üçün fəal benefisiarlarla virtual və vaxtaşırı birbaşa görüşlər təşkil edilməklə əlaqə saxlanılacaqdı. Onlar müvafiq layihə və proqramlara cəlb olunacaq.

# 3336 dəfə oxunub

Oxşar xəbərlər

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər