writer1

Səhər Əhməd

Məqalə sayı

175
clock08:30 calendar-gray 08 Aprel 2013 view-gray2100 dəfə oxunub
view-gray2100 dəfə oxunub

Salam almayanlar arasında yaşamaq

Səhər Əhməd

Həyat bir neçə notdan və onun çoxlu təkrarından ibarət, uzun , üzücü bir nəqarət.

Bu gün bayram, sabah matəm.

Onları nə vaxt yaşadın ki, indi ildönümləri yaxandan əl çəkmir.

Bu yaşadığın həyatın əsli deyil, bəlkə, surətidir, bəs onda hanı bu həyatın əsli?!

Uzun, üzücü bir nəqarət.

Sən yenə solo oxumaq istərdin, lakin imkansız, “Bir çayda yalnız bir dəfə çimmək mümkündür”.

Sən özündən ən azı yaşca nə qədər böyük olan fikri dəyişə bilməzsən, onunla döyüşə bilməzsən, ancaq barışa bilərsən.

Bilirəm, çətindir, çoxdan sözə çevrilmiş, dırnağa (hasara) alınmış bu fikirlərin əhatəsində yaşamaq.

Cəmiyyətdən kənar, xəyali səhralar çoxdan zəbt edilmiş, “yeni torpaqlar” kəşf olunmuş, dənizlər keçilmiş, göylər ayaqlanmış.

Körpülər dilənçilərin, parklar, küçələr səfillərin.

Burdan qaçmağa yer yox, qanad açmağa yer yox, bayraq sancmağa yer yox, nə meydan var, nə zindan.

Qürbət də özgələrin, Vətən də.

Uzun, üzücü bir nəqarət.

Əsrlərdir bir şairin salamını “rüşvət deyildir deyə” almayanların içində yaşamaq qədər üzücü.

Ədalətin nə vaxtsa qalib gələcəyi fikri ən axmaq və ən qoca ümid. İnsanın ən böyük rəqibi zaman, onun üçünsə ən dəyərsiz olan insan düşüncələri.

Tarixin ən arxaik sözü-“Azadlıq”.

Daha heç bir quldan Spartak olmaz, ən böyük qul və ən böyük məğlub odur.

Piyadalar ən yaxşı halda vəzirə çevrilər, şaha yox.

Bu dünyada məğlubiyyətlər də təkrardı və təkrar məğlubiyyətin “anası” deyil, balasıdır və balaladıqca cılızlaşar məğlubiyyətlər.

Bu qəmi yemə, dünyanın bu iylənmiş qəmini. Səni udan o balıq da özündən böyüklərin yemidi. Heç bir ömür bitmiş fikir deyil, onsuz da, çünki heç bir fikir bitmir, əslində.

Torpaq heç kimdən adını soruşmur, sonda hamı onun üçün naməlum bir insan cəsədidir.

Və deməli, sonda gülən yenə də zamandır və elə ən kədərlisi də onun məhz sonda gülməsidir.

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Bunları etsəniz milyon qazanacaqsınız - Məsləhətlər
21:00 13 Noyabr 2019
Məhşur rejissor yeni filmə başladı
19:00 13 Noyabr 2019
Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə
18:25 13 Noyabr 2019
Biz bu yazıçını niyə oxumalıyıq? - Etimad Başkeçid yazır...
17:42 13 Noyabr 2019
Cizgi filmlərimiz Polşada nümayiş olunub
17:00 13 Noyabr 2019
Həmyerlimiz sabiq prezident haqqında film çəkdi
16:22 13 Noyabr 2019
Vısotski ilə dostluq edən, Nəzakət Məmmədovanı sevən, adam döyməyə görə həbs olunan şair
15:37 13 Noyabr 2019
Bakıda fotosərgi açılıb
14:45 13 Noyabr 2019
“Oğlum bilir ki, anası əxlaqsız olmayıb” – Fədayə Laçın
14:00 13 Noyabr 2019
Xalq rəssamı: "Vəzifəlilərlə dostluq edə bilmirəm" - Müsahibə
13:20 13 Noyabr 2019
Mirzə Cəlilin qohumları Azərbaycana gəlir - İlk dəfə
12:47 13 Noyabr 2019
Mən indi heç kiminəm, de görüm, sən kiminsən?... - Elnaz Eyvazdan Şeirlər
12:05 13 Noyabr 2019
Hekayə müsabiqəsinin qalibləri elan olunacaq
11:33 13 Noyabr 2019
Feministlər kinoteatrı dağıtdılar
11:12 13 Noyabr 2019
Tanınmış aparıcı aktrisa anasını belə təbrik etdi - Fotolar
10:50 13 Noyabr 2019
Bakıda İtaliya Mətbəxi Həftəsi keçiriləcək
10:00 13 Noyabr 2019
İngiltərədə yaşayan azərbaycanlı şair: “Gizli təşkilat yaratmışdıq” - Müsahibə
08:55 13 Noyabr 2019
Gənc yazar Toppuşbacı ilə veriliş aparacaq
01:11 13 Noyabr 2019
"Ustad" dərgisinin 31-ci sayı nəşr olundu
20:11 12 Noyabr 2019
Bakıda müasir incəsənət biennalesi keçiriləcək
19:28 12 Noyabr 2019