writer1

Aliyə

Məqalə sayı

997
clock08:45 calendar-gray 20 Mart 2014 view-gray3818 dəfə oxunub
view-gray3818 dəfə oxunub

Kosam niyə öldü?

Aliyə yazır...

Ağ dana, ay ağ dana

Ağ dana gedər qağdana

Qağdanı qar basıbdır

Bəs nə yesin ağ dana?

Səmənini hazır alan adamlarıq. Yazın gəlişinə bu şeri bədahətən deyən adam qədər sevinə bilmərik.Hərçənd qışın qaramatından, soyuğundan, yoxsulluğu açıb –ağardan qarından cəzana gələnadamların ümidi göyərir:Yaz gəlir!

Hələ xeyli qədimlərdə buralarda uzanan qışı qorxutmaq, təhqir edib qovmaq üçün tamaşa mərasimlər keçirirlərmiş.

«Kəvsəc» oyununda qışın mənfur obrazı bir təlxəyin simasında ümumiləşirmiş. Bu təlxəyə cır-cındır geyindirir, üz-gözünü kömürlə, unla gülməli vəziyyətə qoyur, ələ salır, qatıra tərsinə mindirib, əlinə tükü tökülmüş bir qarğa verib kəndləri gəzdirirmişlər. Yazağzı keçirilən “Kövsəc” oyunları qışa nifrətin, onu yola salmaqla yazı gözləmək, çağırmaq kimi mahiyyəti vardı.

Novruzun Torpaq çərşənbəsində keçirilən «Cütçü Şumu» mərasim şənliyi əkinçiliklə bağlı idi. Bu mərasimdə kəndin zəhmətkeş, namuslu adamlarından biri Cütçü baba seçilirmiş. Cütçü baba ilk cüt düzəldən, əkin əkməyi öyrədən insanın obrazı idi. O nəğmələr oxuyur, vəsfi-hallar söyləyirdi. Hətta öküzlə cütçünün deyişməsini təsvir edən tamaşalar da göstərilirmiş. Adamlar bu mərasim keçirilərsə ilin bərəkətli keçəcəyini düşünürdülər.

Kütləvi şənlik mərasimləri improvizə və zarafatlarla bol olurdu.

Borca getdim samana

Pislik qaldı yamana

Mart, gözüvə barmağım,

Yaza çıxdı oğlağım....

«Martla qarının deyişməsi»ndən seçilib. Qarının qışı qovub çıxara bilməyən martla deyişməsi Novruz Bayramında göstərilən tamaşalardan olub. Bu tamaşanın sözləri və dramaturgiyası olsa da improvizələr bol imiş.

A kosa, kosa, gəlsənə....

Novruz mərasiminin ən parlaq oyun tamaşası və günümüzdə ən məşhur olanı «Kosa –kosa» oyunudur. Bura kəndirbaz və hoqqaçı (gözbağlayıcı, tryuk göstərən) aktyorlar da aid idi. Kosa-kosa oyunlarında bu oyunların iki əsas personajı vardı. Kosa və keçəl. Qədimlərdə kosa obrazı şəri, pisliyi, səfaləti obrazlaşdırırdı. Sonralar isə Kosanın xeyirxah, gülərüz, zarafatcıl maskaları meydana çıxıb. Adətən uzun və arıq, donqar burunlu təsvir edilir.

Keçəlin iki maskası çox yayılıb-bu günədək də o iki cür təqdim olunur: lovğa, təkəbbürlü, qorxaq, heyvərə və cəsur, fəndgir, ağıllı. Bu günədək oynanılan «Kosa öldü», «Kosa ikicanlıdır», «Kosa keçi alır» və s. Xalqın sevdiyi, gözlədiyi oyun –süjet saxlanılmaqla məsxərə tamaşaları oynanılır. Bu tamaşalar da improvizələrlə dolğunlaşıb.

Bu gün müxtəlif bayram tədbirlərində, televiziyanın bayram proqramlarında oynanılan «Kosa-kosa» oyunları sanki o tamaşalardan bir iqtibasdır, Kosa və keçəl «qoruyub saxlamalı olduğumuz» eksponatdır, improvizələrə can atsalar da ona toxuna bilmirlər, o,dirilib bayram sevincinə qoşula bilmir, əksinə bu vurhavurun qarşısında başqa cür gülünc olur, bayağılaşır. Sanki bu «a kosa kosa gəlsənə» yox, «a kosa kosa, ölsənə...» oynayırıq. Niyə dirilik, yeni gün, həyat rəmzi olan obrazlar tamaşalar bu qədər rəngsiz, ölüdür? Kosa niyə bizdən küsdü?

Novruz Bayramı ilə əlaqədar oynanılan meydan tamaşalarıözünəməxsus, maraqlı, orqanik və sərbəst keçirilirdi. Bu tamaşaların iki əsas cəhəti vardı - vəziyyətə uyğun improvizələr və tamaşaçı ilə - camaatla səmimi atmosferdə sözatma, zarafatlaşma. Bu sərbəstlik yoxsa,bəlkə kosanı da keçəli də rahat buraxaq?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020