news-inner
clock15:24 calendar-gray 05 Mart 2013 view-gray2767 dəfə oxunub
view-gray2767 dəfə oxunub

39 dövlətin yas tutduğu adam

“O, fantastik enerjiyə, dəmir iradəyə malik, sərt, amansız bir şəxs idi və İngiltərə parlamentində tərbiyə almış mən onunla rəqabətdə heç nə edə bilmirdim”. Bunu Londonda, Lordlar palatasında çıxış edən Çörçil deyirdi...

***

“İndi pərəstiş var, ancaq şəxsiyyət yoxdur”. Naməlum müəllifindən.

Şolxov isə belə deyirdi: “Düzdür, şəxsiyyətə pərəstiş vardı, amma şəxsiyyət də vardı”.

Bunlar hamısı bu gün ölümündən 60 il keçən Stalin barədə deyilənlərdir.

Rəsmi versiyaya görə 21 Dekabr 1879-cu ildə Gürcüstanda, Qori şəhərində anadan olmuşdu. Ailənin ikinci uşağı idi.

Kasıb çəkməçinin və kəndli qızının ailəsində böyümüşdü. 11 yaşı olanda atası vəfat etdi. 1888-ci ildə onu Qoridə möhkəm nizam-intizamın hökm sürdüyü kilsəyə qoydular. 1894-cü ildə isə Tiflis seminariyasına daxil oldu.

Amma buranı bitirə bilmədi, qovuldu. Bəlkə də elə bu faktın özü sonradan balaca İosifin həyatında önəmli bir rol oynadı.

Əslində bu başqa söhbətin mövzusudur. Kilsədən çıxıb, nə vaxtsa kilsələri yıxan birisinə dönəcəyini heç ağlına belə gətirməzdi.

Stalin şəxsiyyət idi. Buna heç kim şübhə etməsin. Çox az tarixi şəxsiyyət tapmaq olar ki, düşmənləri onun barəsində müsbət danışmış olsun. Stalin o tarixi şəxsiyyətlərdəndir ki, hətta düşmənləri belə onun barəsində müsbət fikirlər söyləməyə məcbur idilər. Və onun xarizması qarşısında aciz idilər. Yenə Çörçilə qayıdaq: “Stalin Yalta konfransı keçirilən zala daxil olandabiz hamımız, sanki komanda verilmiş kimi ayağa durduq və farağat vəziyyətində dayandıq”.

Stalin tayı-bərabəri olmayan diktator idi. Hətta o qədər qorxunc bir diktator ki, 60 il əvvəl elə bu gün mühafizəçisi belə onun otağına girməyə cəsarət etmirdi: Ölü Stalindən belə qorxurdular.

Maraqlı həyat yolu olub. Təkcə elə bu faktlar nəyə deyirsən dəyər.

1905-1906-cı illərdə Qafqazda 10-dan çox bank qarət edib. Dəfələrlə həbs edilib və sürgündən qaçıb. Gürcü, rus və yunan dillərini bilirdi. Sənədlərə dərkənarları müxtəlif dillərdə qoyurdu. Necə deyərlər, “mırta”...

Şərabı və konyakı çox sevib, araqdan isə zəhləsi gedib. Rəsm çəkməyi və şeir yazmağı xoşlayıb.

Stalin partiya yoldaşlarının sədaqətini yoxlamaq üçün 3 dəfə istefa verib, amma qəbul olunmayıb. "Neçə səs verilməsi deyil, səslərin necə sayılması vacibdir" tarixi kəlamının müəllifi də odur.

Kinolarda, ədəbiyyatda seks səhnələrini sevməzdi, əsəbiləşərdi. Yorulanda rus xalq mahnıları oxuyardı. Maraqlıdı, ateist ədəbiyyatdan zəhləsi gedərdi, onu “makulatura” adlandırardı.

Stalinin ölüm günü dünyanın 39 ölkəsində milli matəm günü elan olunmuşdu.

Və...Və on minlərlə adam onun ölümünə inanmırdı, onu ölümsüz hesab edirdi.

Amma o öldü.

Düz 60 il əvvəl, martın 5-i.

Oxşar xəbərlər

Xəbər lenti

Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın - İlqar Kamil yazır...
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020