writer1

Qan Turalı

Məqalə sayı

228
clock10:00 calendar-gray 10 İyun 2013 view-gray4752 dəfə oxunub
view-gray4752 dəfə oxunub

Erməniylə birləşib əfqanları öldürmüşdük...

Zakir Sadatlının "Əfqanıstan uçurumu" romanı haqqında

Müharibə əsl ədəbiyyat mövzusudur: Qan, nifrət, qəzəblə dolmuş ürəklər, o ürəklərin arxasınca aradabir oyanan xoş duyğular, üzbəüz dayanan əsgərlər, o əsgərləri cəbhəyə göndərən dövlət, millət idealları…

Qarabağ müharibəsi haqqında kitab yazan amerikan jurnalist Tomas de Vaal şuşalı döyüşçünün arzusunu yazır: Həmişə arzu edirdim ki, uşaqlıq dostum Surenlə üzbəüz gəlməyək.

Eyni şey Surenin də arzusudur.

Arzular nə zaman gerçəkləşir ki…

Rəqəmlərlə Əfqan savaşı

1978-ci ildə sovet qoşunlarının tərkibində 7500 azərbaycanlı Əfqanıstana yollandı. Onlar SSRİ-nin işğal siyasətinin icra etməli idilər. 208 azərbaycanlı həlak oldu, onların 7-si itkin düşdü. Əfqanıstan müharibəsinin 17 veteranı Qarabağ döyüşlərində milli qəhrəman adını aldı.

Qarabağ müharibəsində bizim tərəfdən muzdlu əfqan döyüşçüləri də vuruşmuşdu. Bir neçə il qabaq üzbəüz vuruşanlar indi çiyin-çiyinə dayanıb erməniyə güllə atırdılar. Əfqanıstanda çiyin-çiyinə vuruşan veteran azərbaycanlılar və ermənilər indi üzbəüz dayanmışdı.

1979-cu ildə başlayan Əfqanıstan müharibəsi xalqımızın XX əsrdə girdiyi ikinci müharibə idi. I Dünya Müharibəsində (1914-1918) azərbaycanlıların hərbi mükəlləfiyyəti yox idi, cəmi bir diviziya müharibədə iştirak etmişdi.

II Dünya Müharibəsi bütün ağırlığı ilə xalqımızın üstündən keçdi, cəbhəyə göndərilən 600 min nəfərin yarısı həlak oldu. Qarabağ müharibəsini də nəzərə alsaq Əfqanıstan müharibəsi bu müharibələr arasında ən ədalətsizi idi. Biz zalım tərəfdən qoşulmuşduq.

Əfqanıstanda Sovetlərin itkisi 15 mindən artıq idi, əfqanlar isə 2 milyondan çox adam itirmişdilər. Bununla belə SSRİ Əfqanıstanda qalib gələ bilmədi, ABŞ da əfqan mücahidlərinə rəsmi şəkildə yardım edirdi. Amma 2001-ci ildə ABŞ özü Əfqanıstanı işğal etdi, SSRİ kimi o da bataqlıqda ilişdi, hələ də çıxa bilmir.

Amerika da SSRİ kimi Əfqanıstanı xilas etmək üçün gəldiyini deyirdi.

“Xilaskar” ordu

Bəli, şuşalı döyüşçünün arzusu kimi bir arzuları yox idi sovet-azərbaycanlı əsgərlərin.

Ola da bilməzdi, Əfqanıstan hara, Azərbaycan hara… Amma onlara verilmiş “Sovet ordusunun döyüşçüsü üçün yaddaş” vərəqəsində ölkədə yaşayan xalqların siyahısı yazılmışdı: əfqanlar, taciklər, özbəklər, xəzərlər, türkmənlər…

Hamısı müsəlman, çoxu türk…

Sovet əsgərlərinin döydüyü nəvə və babanın dilini anlamayan tərcüməçi hardan biləydi ki, onlar özbəkdirlər və azərbaycanlı əsgər Aslanov onların danışığını anlaya bilər.

19 yaşlı kənd uşağı Zakir Sadatlı SSRİ-nin Əfqanıstan işğalı ilə başa çatan çoxgedişli, bir ucu Amerikaya bağlanan mürəkkəb siyasi kombinasiyaları anlamağa macal belə tapmadan Əfqanıstan dağlarına atılır və sadəlövhlüklə düşünür ki, o əfqan xalqını xilas etməyə gəlib.

Həmin o xalqın iki milyon dinc sakini bu müharibədə öldürüləcəkdi.

Lakin mürəkkəb siyasi kombinasiyalar zəminindəki bu müharibənin əsl mahiyyətini anlamaq çətin deyildi.

Sovetin iynəli bombası sınamaq üçün dinc sakinlərin seçilməsi və sovet “humanizmi” ilə qocaları azad edib bu cavanları sınağa göndərmək hissəsi sovet ordusunun mahiyyətini anlamağa yetir.

Məlum olur ki, “xilaskarlar” olmasa bəşəriyyət daha yaxşı xilas ola bilər.

İşğalçı əsgərin mərhəməti

Deyirlər insandan insanlığı çıxsaq yeridə qalan obıvatellikdir.

Müharibə də əslində budur, o iqlim insanın içindəki yırtıcılığın özünü biruzə verməsi üçün münbit şəraitdir.

Hamı demirmi müharibədə ölüm adidir.

Amma Zakir Sadatlı deyirdi ki, ölüm heç zaman adiləşə bilməz.

Adiləşmədi də…

Çünki insanın içindəki insanlıq cövhəri var.

Heç nə adiləşə bilməz.

Bu kitab da haqsız bir davanı avtomatı ilə müdafiə etməyə məcbur olan bir əsgər haqdadır.

Onun insanı hissləri ölmür, ən ağır vəziyyətlərdə belə o hisslər ayağa qalxır.

İşğalçı bir ordunun əsgərinin mərhəməti heç zaman əskik olmur.

Bəlkə müharibə insanlara qəddarlıqlarını göstərmək üçün bir bəhanədir?!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Nəriman Qasımoğlu: “Atam sovet dövrünə görə tövbə elədi” - Müsahibə
21:00 28 İyul 2021
Sənət müsabiqəsi elan olundu - Mükafat fondu 50 min avro
19:00 28 İyul 2021
Qobustanda Hindistan qalereyası açıldı
18:20 28 İyul 2021
“Ev dustağıyam” kitabının təqdimatı olub
17:25 28 İyul 2021
Bu mənəm - şairlərin yuxusuna gizli kamera yerləşdirən – Güneydən şeirlər
16:40 28 İyul 2021
Bakıda yeni fotosərgi açılacaq
16:00 28 İyul 2021
“Nimdaş” müxbirin dönər sifarişi - Ulucay Akif yazır...
15:29 28 İyul 2021
Müslüm Maqomayevin heykəlinin yeri müəyyənləşdi
15:01 28 İyul 2021
Səndən ayrılanda, dağlar, cavandım - Günün şeiri
14:15 28 İyul 2021
Boşanmadan ikinci qadınla evləndi, ölümündən sonra oğlu meydana çıxdı, müəmmalı qəzada öldü – Səxavət Məmmədovdan 10 maraqlı fakt
13:30 28 İyul 2021
Səməd Səmədovun dəfninə gəlmədilər - Giley
12:40 28 İyul 2021
İşıqları keçirib yazanlar
12:00 28 İyul 2021
Dərnəgülün qansoranları – Vüsal yazır…
11:20 28 İyul 2021
“Fəryad 2” filminə kişi axtarırlar – 15 manata
10:40 28 İyul 2021
Müğənni 56 yaşında öldü
10:05 28 İyul 2021
Votsapda beş roman yazan xanım: “Mənim davam internetdəki əxlaqsız kişilərlədir” - Müsahibə
09:00 28 İyul 2021
Homoseksual kralın aşiq olduğu bəstəkar
21:00 27 İyul 2021
Özbək şairi 44 günlük müharibədən kitab yazdı
18:51 27 İyul 2021
Adam öldürmək istəyirəm - Yeni hekayə
18:01 27 İyul 2021
Bakıda caz müsabiqəsi elan olunub
17:09 27 İyul 2021