writer1

Murad Köhnəqala

Məqalə sayı

106
clock11:05 calendar-gray 30 Yanvar 2013 view-gray2020 dəfə oxunub
view-gray2020 dəfə oxunub

“Aqşinin toyunu Ağdamda edək!”

1.“Zakuska” davası

İki mininci ilin əvvəlləri idi. Yazı-pozu adamları əsasən “Baksovet” metrosu yaxınlığındakı Qubernator bağının çayxanasına yığılırdı. Bu ərəfələrdə mən Şərif Ağayar, Rövşən Naziroğlu, Zahir Əzəmət, Aqşin, Mövlud, İntiş kimi yeni nəsil yazarlarla orada tanış olmuşdum. Bir gün həmin yazarlar məni yaşca özlərindən on-on beş yaş böyük olan, daim gənclərlə birgə dolaşan Yafəs adlı bir şairlə tanış elədilər.

Yafəs, doğma rayonu Cəbrayılın işğalından sonra ailəsi ilə Bakıda məskunlaşmışdı. Gündüzlər “Əzizbəyov” metrostansiyasının yanındakı böyük bazarda xırda alver eləyib ailəsini dolandırır, həm də düşəndə gənc yazar dostlarına yüngülvarı qonaqlıq da verirdi. O, gündəlik çaxçuxla başını qatar, gah kartof, gah yumurta, gah da quru balıq satardı. Yolum “Əzizbəyov”dan keçdiyinə görə axşamlar evə dönəndə hərdən Yafəslə görüşərdim. Mənimlə bir çaynik çay içib, söhbət eləməyin dərdindən Yafəs alverini, hər gün enib-qalxdığım pilləkənin üstünə köçürmüşdü. Yaxınlıqdakı topdansatış mağazasından bir vedrə yumurta alar, üstünü palçıqlayıb kənd yumurtası adına camaata sırıyardı. “Qazanc” onun qanını o qədər coşdurmuşdu, hətta bir dəfə mənə və Şərifə də o yumurtaları kənd yumurtası adına “itələmişdi”.

Əli çaxçuxda olduğuna görə Yafəsdə həmişə çaypulu və araqpulu tapılırdı. Sonralar Yafəsin strateji əhəmiyyətli bir sirrini də üzə çıxartdıq, sən demə, o, iri pullarını büküb corabının başında gizlədirmiş...

Hə, məni düz pilləkənlərin üstündə gözləyərdi. Qış vaxtları metrodan gec çıxanda soyuqdan qulaqları qızarmış Yafəs üstümə cumub, “Allah insafını kəssin, gəl çıx daa!” deyərək məni məzəmmət eləyərdi. Artıq neçə vaxt idi biz biri-birimizə isinişmişdik. Ona görə gecələr evə qayıdanda şəhərdəki dostlardan bir az tez ayrılar, özümə “Yafəs vaxtı” saxlayardım. Tapışan kimi, bazar ətrafında gecə vaxtlarına qədər açıq olan çayxana-kafelərin birində oturub söhbət eləyirdik. Yafəs belə çayxana söhbətlərini çox sevdiyindən dərhal yumurta-vedrəsini, nə bilim, quru balıqlarını aparıb harasa təhvil verərdi. Biz çayxanada ədəbiyyatdan-zaddan danışar, gənc yazarların yazdıqlarını müzakirəyə çıxarardıq. Onda Yafəs “Yafəs Məftun” təxəllüsü ilə qafiyəli şeirlər yazırdı.

Bu təxəllüsə görə bir dəfə şair Maşallah Məftun küçədə Yafəs Məftunun qarşısını kəsərək belə demişdi: ”Azərbaycanda bir dənə Məftun var, o da mənəm! Mən gözəllik məftunuyam, bəs sən kimsən?” Yafəs də cavabında: “Mən isə dağların, dərələrin, buz bulaqların, doqquz iqlimli Azərbaycan torpağının məftunuyam, bildin?!” Maşallah Məftun Yafəs Məftunun bu cavabından başa düşmüşdü ki, onlar ayrı-ayrı sahənin mütəxəssisləridi. Ona görə Yafəsdən xoş niyyətlə ayrılmışdı.

Yaşının çoxluğuna baxmayaraq, yeniliyə meylini hiss etdiyim üçün hər dəfə ona real həyatdan sərbəst vəzndə yazmağı, simvolikadan uzaqlaşmağı tövsiyə eləyirdim. Yafəs uzun müddət sərbəst şeirə girişməkdən qorxurdu, lakin sonralar yeni-yeni, müxtəlif sərbəst şeirlər yazmağa başladı.

Bir gün Yafəs mənə dedi ki, “sütül” yazarlar axşamüstü “Ulduz” metrostansiyasında bir “ucuzxana”ya yığılırlar, bəlkə ora gedək? Mən dərhal razılaşdım, gecə həmin kafeyə getdik. Orda bizi gənc yazarlardan Sadiq Elyer, Elsevər, Firuz, İntiş, Aqşin, Şəhriyar, Zahir Əzəmət, Xalid Şürük qarşıladılar. Kafedə qulluq eləyən kişi də “ədəbiyyat ölüsü” idi. Ona görə uşaqların yığdığı cüzi pula hər dəfə araqlı bir süfrə açırdı.

Sözsüz ki, biz içəri girəndə onlar çox sevindilər. Yəni, ən azı Yafəsdən bir-iki arağın pulu çıxacaq. Həmin gün metro bağlanana qədər yeyib-içdik. Sonralar tez-tez o kafedə yığılardıq.

Bir axşam Aqşin, mən, bir də Yafəs, olan-qalan maddi gücümüzü ortaya qoyub, həmin kafeyə getdik. Pulumuz bir arağa, bir turşuya, bir də bir pay yeməyə çatırdı. Ofisiant kişi bizə bir dənə yeddi yüz əlli qramlıq araq, bir nimçə qırmızı kələm turşusu, bir də kotlet qayğanağı gətirdi. Qayğanaq üç yumurta və üç kotletdən inşa edilmişdi. Dərhal yeyib-içməyə girişdik. Arağı tez-tez süzürdük ki, metro bağlanana qədər içib axırına çıxaq. Bir də baxdım ki, Aqşinlə ikimiz bir kotleti bölüb, yeyənə kimi Yafəs fısıldaya-fısıldaya öz kotlet payını, bir də o birisinin yarısını yeyib. Sözsüz ki, qayğanağın da yarıdan çoxunu “öz yuvasına” daşımışdı.

Biz sonuncu badələri qaldıranda “zakuska” üçün salat boşqabında yalnız üç dilim qırmızı kələm qalmışdı. Yafəs bir əli ilə badəsini, o biri əli ilə isə çəngəlini yuxarı qaldıraraq söylədi ki, mən bir sağlıq demək istəyirəm. Biz dərhal razılaşdıq. Yafəs dedi, mən arzu eləyirəm bu gənclərdə qanadlı ilham (çəngəli kələmin birinə sancdı), can sağlığı (çəngəli ikinci kələmə sancdı) və vətənə-torpağa məhəbbət (üçüncü kələmi də çəngəlinə taxıb nimçəni tam “lütlədi”) daima zəngin olsun! O, gənclərə arzularını sadaladıqca artıq çəngəlinin ucunda özü üçün “zakuska” tədarükü eləmişdi. Mən baxdım ki, Yafəs bizim də kələm payımızı yeyəcək, cəld ayağa durub onun çəngəl tutan qolunu burdum və çəngəlin ucundakı kələmin ikisini geri, nimçəyə qaytardım. Mən onu tərki-silah elədikdən sonra, həyat uğrunda gedən bu mübarizənin məğzini bir az gec anlayan Aqşin mənə güvənərək birdən zorla ayağa qalxıb yekəpər Yafəsə: “Kələmi hara aparırsan, əə?”-deyə çəmkirdi və dərhal mənim arxamda gizləndi.

***

2. Aqşinin “toyu”.

Yafəs biznesini getdikcə genişləndirərək dəmiryol vağzalına gəlib çıxmışdı. O, vağzalın yaxınlığındakı “podval” ayaqqabı sexlərindən ayaqqabı götürüb, sexin qarşısında satır, sexə müştəri çağırırdı. Aqşinə isə Moskvada yaşayan əmisi birinci kitabına hədiyyə olaraq “Neftçilər” metrosu tərəfdə ikiotaqlı bir mənzil hədiyyə eləmişdi. Artıq çox zaman yeyib-içmək məclislərimizi Aqşinin həmin mənzilinə salırdıq. Kimin nə qədər pulu var, ortaya qoyurdu.

Bir gün yenə Yafəslə Aqşingilə getdik. Həmişə olduğu kimi evdə bir neçə nəfər vardı. Biz dəmləşəndən sonra dedim, gəlin Aqşinə toy eləyək. Uzun şnurlu “traynik”i əlimə alıb exo ilə elan elədim ki, mən tamadayam. Toyu başladıq. Mən oyun havası səsləndirəndə hamımız durub oynayırdıq. Arada “mikrofon” vasitəsilə şeirlər deyir, bəyimizə xoş arzular diləyirdik. Mən hərdən bəyin anasını, xalasını, əmisini, dayısını söz deməyə dəvət edirdim. Çağırılanların yerinə uşaqların özləri rola girib danışır, bəylə gəlinə oğul-uşaq, nəvə toyu, qoşa qarımaq kimi xoş şeylər arzulayırdılar. Yadımdadı, ən çox “qudalar” gələndə oynadıq. Axırda söz demək üçün “mikrofon”a Yafəsi dəvət elədim. “İndi isə sözü ölkəmizin ən qaçqın şairi Yafəs Türksəsə verirəm!” – dedim də, Yafəsin uzun, sarı paltosunu əynimə keçirib, onun rolunda bir qaçqın sağlığı başladım. Sağlığı: “Arzu edirəm bu toyu gələn il bu vaxtı Cəbrayılda, Şuşada, Laçında, Ağdamda eləyək!” sözləri ilə sona çatdırdım. Yerdən sürəkli alqışlar gəldi.

Mən paltonu yerinə qoyanda, nəzərimi qoltuq cibindəki iri kağız çəkdi. Bu, siqaret blokunun səliqə ilə cırılmış uzun bir parçası idi. Maraq üçün kağızı çıxarıb baxdım. Gördüm kağızda üstdən aşağı təxminən belə bir siyahı vardı: “Xasay +23 manat, Nədir – 16 manat, Şəmil + 34 manat, Qurvan – 7 manat” və s. Mən həmin yazılar rəngində qələm tapıb, “minus”ları “plyus” elədim, rəqəmləri də, ağlıma necə gəldi, artırıb-azaltdım və paltonu yerinə asdım. Sən demə, bu kağız borc-xərc dəftərçəsi olaraq Yafəsin yeni biznesini əhatə eləyirmiş.

Yafəs səhər tezdən işə gedəndə, ondan bir həftəlik haqq-hesabı sorurlar. O, da qoltuğundan mən düzəltdiyim siyahını çıxarıb, hesab çəkməyə başlayır. Qarışmış haqq-hesabdan təngə gələn sex işçiləri Yafəsi möhkəm döyərək şübhəli şəxs qismində onu işdən qovurlar. Beləcə, novator şair Yafəs Türksəs bir müddət qaçqınlıq pensiyası ilə dolanmağa məcbur oldu. Lakin çox keçmədi ki, yenilikçi şair loxladığı “nanay məmurların” pulu ilə “Yazar” adlı ədəbiyyat qəzeti təsis elədi...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020