news-inner
clock10:03 calendar-gray 04 Avqust 2021 view-gray1017 dəfə oxunub
view-gray1017 dəfə oxunub

Yazıçı həmkarını sərt tənqid etdi: “Fiaskodur!”

Kulis.az yazıçı-esseist Əli Novruzovun Sahilə Yayanın “Şeyx” romanı haqqında yazdığı “Ferrarisini satan Şeyx” yazısını təqdim edir.

Romanın adıŞeyx, müəllifin soyadı əvəzinə türkcə təxəllüs –Yaya, yənipiyada. Kitabın annotasiyası azərbaycanlıŞumeysatla erməniSənanın mürəkkəb münasibətləri haqqında bir romanın anonsunu verir.

ŞeyxSənansözləri oxucuda müəyyən bir təsəvvür yaratmaq üçün artıq kifayətdir. Müəllif Sahilə Yaya müasirŞeyx Sənandastanı yazmağa iddialıdır. Müəllif öz qarşısına çətin bir vəzifə qoyub və onun vəzifəsi həm də buna görə çətindir ki, müasir Azərbaycan ədəbiyyatındaŞeyx Sənanmövzusunda şedevr saya biləcəyimiz əsər artıq mövcuddur – Hüseyn Cavidin eyniadlı dramı.

Şeyx Sənanmövzusunda yazmağın plankasını Hüseyn Cavid artıq müəyyən edib. Bu mövzuda yeni əsər yazmaq istəyən müəllifin həmin plankadan aşağı düşməyə ixtiyarı varmı? Görəsən Sahilə Yaya öz qarşına qoyduğu bu vəzifənin öhdəsindən layiqincə gələ biləcəkmi?

Sahilə Yayanın qarşısında çox ağır yol görünür. Klassik tərzdə yazacaqsa,ən azındanHüseyn Cavid səviyyəsində bir əsər ərsəyə gətirməlidir. Üslubda, yanaşmada, forma və məzmunda Hüseyn Caviddən tamam fərqli, amma sənətkarlıqda ona bərabər bir əsər yazmalıdır; bu mövzunu dövrümüzün ideya və baxışları, ədəbi çağırışları və estetik prinsiplərinə uyğun şəkildə yenidən işləməli, milli ədəbiyyatdabaşqa birŞeyx Sənanyaratmalıdır. Yaxud daŞeyx Sənanmövzusunu post-modern dekonstruksiya prosesindən keçirib tamamilə yeni bir əsər ortaya qoymalı, bununla da Hüseyn Cavidin klassik əsəri ilə sənətkarlıq baxımından hər cür müqayisə cəhdlərini kökündən kəsməlidir.

Romanı oxumağa başlayan kimi yuxarıdakı suallara müsbət cavab almağın çətin olacağına dair ilkin təəssürat formalaşır. Eləilk səhifədəbaş qəhrəman donuz sosiskası yeyir, transseksuallardan bəhs edən filmin qala gecəsində iştirak edir, latın rəqsləri oynanılan diskotekada ayaqlarını yorur. Belə məlum olur ki, Şumeysat öz sevgilisindən cəmi üç ay əvvəl ayrılıb – birinci fəslin giriş hissəsi başa çatmamış Şumeysatın başqa keçmiş sevgililərinin olduğunu da öyrənəcəyik. İlk səhifənin ən sonucu sətrində baş qəhrəman bu dəfə otel otağında şkafdan İncili götürüb bütün gecəni oxuyur. Bir sözlə, Şeyx Sənanın öz sevgisi uğrunda uzun illər boyunca sinə gərdiyi bütün məşəqqətləri və imtahanları Şumeysat həyat tərzi kimi, mexaniki qaydada artıq ilk səhifədə icra edir.

Bu zaman haqlı olaraq belə bir sual yaranır: donuz əti yeyən, transseksuallarla bağlı tədbirlərdə iştirak edən, diskotekalarda ayağını yoran, sevgililərini əlcək kimi dəyişənazərbaycanlıŞumeysatınerməniSənanla yekunda qovuşmasına onda hansı imtahanlar, məşəqqətlər, keçilməz sədlər mane olacaq? Axı biz qarşımızda kifayət qədər kosmopolit bir obraz görürük. Üstəlik, birinci fəslin girişində bu kosmopolitazərbaycanlıobraz uşaqlıqdan tanıdığı və əlaqəni itirdiyierməniSənanla Almaniyada qatar vaqonunda yenidən rastlaşır, xeyli sevinir, onunla Qara meşə regionunda ucqar bir qəsəbəyə gedir və bu ucqar qəsəbədə yalqız olmadığını xatırlayıb rahatlaşır.

Müəllifin hələ oynamadığı yeganə kart –etnik mənsubiyyətbu kosmopolit obraz üçün bu qədərmi əhəmiyyətli faktora çevriləcək?

Bir sözlə, müəllif özünü böyük bir dolaşığa salır, çözülməsi mürəkkəb bir düyün vurur. Əsər boyu bu düyünü açmaq müəllifdən həm ürək, həm də böyük sənətkarlıq tələb edəcək. Görəsən müəllif bu tələbləri qarşılaya biləcəkmi?

Bu yerdə romanın strukturu haqqında bir neçə kəlmə deməyin məqamı yetişib.Şeyxromanı üç fərqli zaman kəsimində baş verən hadisələri əhatə edir.

Romanın birinci qatındahadisələr çağdaş günümüzün Almaniyasında baş verir. Əsərin baş qəhrəmanı Şumeysat media təlimində iştirak etmək üçün Almaniyaya gəlir və heç gözləmədiyi halda qatar vaqonunda Bakıdan tanıdığı Sənanla rastlaşır. Şumeysatla Sənanın illər sonra gözlənilməz görüşü və sonrakı əhvalatlar birinci qatın süjet xəttini təşkil edir.

Şumeysatın Sənana təkrar rast gəlməsi onun keçmiş xatirələrini oyadır və Şumeysat 90-ci illərdə Bakıda keçirdiyi uşaqlıq illərini yada salmağa başlayır. Beləliklə,romanın ikinci qatıŞumeysatın uşaqlıq illərini təsvir edir.

Şumeysat həm də yazıçıdır. Şeyx Sənan haqqında roman yazır.Şeyxromanının üçüncü qatı da Şumeysatın yazdığı bu romandan ibarətdir.Romanın üçüncü qatıbizi uzaq X əsrə, Şeyx Sənanın dövrünə səyahətə aparan buroman içində romandır.

Bir sözlə, Sahilə YayaElif Şafakdan nəinki möhkəm təsirlənir, həm də onunAşkromanını yamsılayır, şparqalka kimi üzünü köçürməyə çalışır.Aşkromanı kimiŞeyxromanı da sufilik və sevgi mövzusu üzərində qurulur. SadəcəŞəmsMövlanəniburadaŞeyx Sənanəvəz edir,redaktor Ellaisəyazıçı Şumeysatlayer dəyişir. Sahilə Yaya sanki Elif Şafakın romanını təbdil edir, öz romanını yazarkənFəridəddin ƏttarHüseyn Cavidə nəzər salmaqdan daha çoxAşkromanını vərəqləyir.

Doğrudur, romanın bir yerində Şumeysat uşaq vaxtı Fəridəddin ƏttarınŞeyx Sənanəsərini kiril qrafikası ilə Azərbaycan dilində oxuduğunu bildirir, amma Əttarın belə bir əsəri, təəssüf ki, yoxdur.Şeyx Sənanrəvayəti isə ƏttarınQuşların söhbətiəsərində nəql edilir və bu əsər, yanılmıramsa, Azərbaycan dilində hələ nəşr olunmayıb.

Yazının əvvəlində bu mövzu üçün plankanı Hüseyn Cavidin müəyyən etdiyini və Sahilə Yayanınən azıbu plankaya çatmalı olduğunu qeyd etmişdim. Lakin Sahilə Yaya özü üçün planka olaraq Elif Şafakı seçir –Şeyxromanı sənətkarlıqda ən azıAşkromanına bərabər olmalıdır. Müəllif öz plankasını özü xeyli aşağı salır.

Romanın çağdaş dövrümüzdən bəhs edən qatı çox pis işlənmişbelletristikadır. Bu hissələr o qədər zəif yazılıb ki, onu çox rahatlıqlamalletristikada adlandıra bilərik. Şumeysat gəldi, Şumeysat getdi, durdu, oturdu, boğazına şərfi doladı, qapını açdı, qapını bağladı, ridikülünü çıxarıb üzünə ənlik-kirşan çəkdi. Şumeysatın psixoloji dərinliyi yoxdur, bizim qarşımızda, ifadəmə görə dönə-dönə üzr istəyirəm, dikdaban geymiş birфинтифлюшкаdayanıb. Bu cür dayaz obraz qətiyyən Şeyx Sənanın iztirablarını yaşayacaq, dərk edəcək, şüurlu şəkildə anlayacaq potensialda deyil.

Şumeysat həm də çox zəif yazıçıdır. Onun yazdığı roman – Şeyx Sənandan bəhs edən qat dəhşətli dərəcədə səthi, uşaqvarı mətndir, başdan ayağa stereotiplər və anaxronizmlər karnavalıdır. X əsrdən bəhs etməli olan bu hissədə, formalist məktəbin terminləri ilə desək, süjet (plot) yerli-dibli yoxdur, sadəcə fabula (story) var. Bu mətni yazmaq üçün yazıçı olmağa gərək yoxdur. Bəlkə Sahilə Yaya özü də qeyri-şüuri səviyyədə bu problemdən agahdır, ona görə də hər iki səhifədən bir Şumeysatyazıçı olması barədədünya-aləmə və hətta balaca uşaqlara car çəkir, ürəyində fikirləşir, yuxusunda görür, ötəri qeyd edir, Sənan və başqa obrazların dilindən təkrarladır (“mən də yazıçıyam”, “sən yazıçısan”, “siz yazıçısız”, “yazmağım mənim namazımdır”, “mən xislətən yazıçıyam”,“mənim yazıçılığım”,yazıçı beyni”və s. və i. a.).

Şumeysatkimi onun yaratdığıŞeyx Sənanobrazı da əslində karikaturadır. X əsrdə Məkkədə yaşayan Şeyx Sənan Konfutsi ilə qiyabi mükaliməyə girir, əski türk inancları ilə maraqlanır – halbuki, X əsrdə türklərin müsəlman dünyası ilə kütləvi təması yeni başlayırdı, onların mütləq əksəriyyəti hələ İslam dinini qəbul etməmişdi, onların inanclarıbizim üçünəskidir,Şeyx Sənan üçünisə çağdaş olmalı idi. Şeyx Sənan özü 30 yaşına yenicə qədəm qoysa da, xilafətin dörd bir yanına elm dalınca getməyə imkan tapıb – təsəvvür edin, təyyarə və qatarların olmadığı bir dövrdə Əfqanıstan və Hindistandan Mərakeş və İspaniyaya qədər böyük ərazinin elm ocaqlarını bir-bir gəzib, alimlərdən dərs alıb, mühazirələrə qulaq asıb.

Şeyx Sənandebat klubutəşkil edib öz tələbələrini yarışdırır, sonra onların çıxışlarına qiymət verir;üç aylıq kurslardamüridlər yetişdirib onları dünyanın hər yerinə yollayır. Müridləri nərd oynayır və Şeyx Sənan onları fərəhlə izləyir –zərlə oynanılan bütün oyunlar İslamda birmənalı günahdır. X əsrdə yaşayan Şeyx Sənanın tələbələri İbn Sina ilə Bəhmənyarı müzakirə edirlər, halbuki İbn Sina öz əsas əsərlərini 1012-ci, Bəhmənyar isə 1024-cü ildən sonra, yəni hər ikisi XI əsrdə yazıb. Əsərin başqa bir yerində İbn əl-Ravəndinin hələ sağ olduğu məlum olur. Ravəndi 911-ci ildə vəfat edəndə nə İbn Sina, nə Bəhmənyar hələ anadan olmamışdı.

Şeyx Sənan İslam dini haqqında XIX əsr Avropa şərqşünaslarının tezisləri ilə danışır. Əsərin ən əcaib yerlərindən biri Şeyx Sənanın öz icması və Şeyxlər Şeyxi qarşısında çıxış edərəkAllahın əvvəllər üç bütdən biri olduğu, sonra ərəblərin digər iki bütü rədd edib yalnız onu saxlaması, amma yenidən politeizmə qurşanması və Məhəmməd peyğəmbərin zühur edib Allahı yenidən tək tanrı kimi bərqərar etməsihaqqında oriyentalist təhlillər verməsidir. İcma bu çıxışdan nəinki məst olur, hətta Şeyxlər Şeyxi qərara gəlir ki, öz yeganə qızını bu ağıllı və savadlı – gənc və perspektivli oğlana ərə versin. Hadisə də vaqe olur X əsrin Məkkəsində.

Təkcə qalır Şeyx Sənanın yoqa ilə məşğul olması, müridlərinəmindfulnessdərsləri verməsi,yaşam koçukimi Instagram-da canlı yayıma çıxması.

İslam haqqında bu cür stereotip və klişelər, yanlış və gülməli bilgilər təkcə Şumeysatın düşüncə problemi deyil. Sahilə Yaya da İslam haqqında, yumşaq desək, məlumatsızdır. Sahilə Yayanın məlumatsızlığı bəzən elə adi situasiyalarda üzə çıxır ki, insan sadəcə heyrət edir. Məsələn, əsərin bir yerində çeçenlərin Şumeysatgilə möhür hədiyyə etməsi barədə adam karıxdıran cümlə var.

Müəllifin diqqətinə çatdırmaq lazımdır ki, çeçenlər bir qayda olaraq sünnidir və hətta sünniliyin sərt axınlarına mənsubdur. Möhür isə şiə müsəlmanların atributlarındandır. Möhür barəsində sünnilər və şiələr arasında heç də kiçik olmayan ixtilaf var. Sünni çeçenlərin bir dünyəvi azərbaycanlı ailəsinə möhür hədiyyə etməsi nə qədər inanılandır?

Ümumiyyətlə, İslam haqqında Azərbaycan cəmiyyətində həqiqətə uyğun olmayan iki uc stereotipik düşüncə tərzi var. Birinci düşüncə tərzi İslamı qəddar, əzazil, hər kəsin hüquqlarını tapdalayan, qadınların azadlığını boğan, az qala mütləq ədalətsizlik yaradan siyasi ideologiya hesab edir. İkinci düşüncə tərzi isə İslamı yalnız və yalnız sülh və qardaşlıq dini, pasifist və tolerant ideologiya kimi görür – yəni dində məcburiyyət yoxdur, qadınların başını bağlaması İslamda yoxdur, cihad ancaq intellektual və metaforik anlayışdır, peyğəmbərimiz onu təhqir edən müşrikləri bağışlayıb bağrına basıb və s. və i. a.

Əslində İslam dini bu iki uc yanaşmaya sığmayacaq qədər mürəkkəb və kompleks fenomendir. Bəli, əlbəttə, İslamdabirgəyaşayışvar, ammacihadda var. Qurandində məcburiyyət yoxdurdeyir, ammamüşrikləri harada görsəniz öldüründeyənqılınc ayəsidə var. İslam təkcə müqəddəs ayələrin, hədislərin, hökmlər, qadağaların məcmusu deyil, İslam həm də müəyyən tarixi şəraitdə formalaşmış, 1500 illik bir zaman kəsiyinin təsirini öz üzərində daşıyan, çoxsaylı interpretasiya və variasiyalarda mövcud olan siyasi və ictimai təsisatdır.

Sahilə Yaya İslamı kompleks şəkildə, bir bütün olaraq başa düşə bilmir, əvəzində özünün İslam haqqında stereotiplərini və klişelərini (yuxarıda haqqında danışılan ikinci yanaşma), həmçininİslamı necə görmək istədiyiniŞeyx Sənana proyeksiya edir.

Sahilə YayanınŞeyxkitabını tam bir makulatura olmaqdan xilas edən yeganə tərəfi romanın 90-cı illərdən bəhs edən qatıdır. Şumeysatın 90-cı illərdə Bakıda (əslində isə mətndən anlaşıldığı kimi Sumqayıtda) keçən uşaqlığı haqqında bu hissələr həqiqətən də ürəklə və səmimi yazılıb. Həyat və varlıq öz mürəkkəbliyi və barışmaz ziddiyyətləri ilə bu hissələrdə dolğun şəkildə inikas edir. Hiss olunur ki, müəllifin obrazlarının və hekayələrinin ən azı bəzilərinin gerçək həyatda prototipləri və orijinalları mövcud olub. Bu hissələri yazan müəllif oxucunun inamını və empatiyasını qazana bilir. Doğrudur, burada sentimentallığın barıtı bir qədər lazımından artıq olub, amma olsun, elə də böyük problem deyil.

Müəlliflərinbəzənriskli qərarlar verməsi ədəbiyyat tarixində təsir buraxan mühüm amillərdən biridir. Servantes əgər Don Kixotun kitabxanasının təftişi səhnəsi ilə öz əsərini bitirsəydi, öz dövrünün populyar janrlarından olan novella yazacaqdı. Nəticədə, bu gün bəlkə dəromanjanrı yerli-dibli olmaya bilərdi, ya da başqa bir formada mövcud olardı. Servantesin riskə gedərək yazmağa davam etməsi bir mənada əsərin xarakterini dəyişməklə bərabər, həm də ədəbiyyat tarixini dəyişmiş oldu.

Lakin təəssüf ki,mütləqhallarda müəlliflərin öz güclərini nəzərə almadan riskli qərarlar verməsi onların öz əsərlərini korlaması, məhv etməsi ilə nəticələnir. Sahilə Yaya da əgər Şeyx Sənan haqqındaromanyazmaq kimi avantyuraya getməsəydi, sadəcə 90-cı illərdən bəhs edən hissələri bayağı sentimentallıqdan təmizləyərək konsolidasiya edibuzun hekayəyazsaydı, nəfis və gerçəkçi bir əsər yaratmış olardı.

Bütün bu yazılanlara yekun vursaq, Şeyx romanına nə qiymət vermək olar? Müəllifin niyyətinə görə romanda üç fərqli zaman kəsimində baş verən hadisələr bir-biri ilə bağlantı qurub bitkin bir əsərlə nəticələnməli idi, amma müəllif sənətkarlıq baxımından öz gücünü düzgün hesablamadığı üçün bu niyyətini həyata keçirməyə müvəffəq olmayıb. Şeyx Sənan haqqında olan hissələr müəllifin İslam və sufilik barəsində məlumatsızlığı səbəbindən tamamilə fiaskodur. Kitabın geri qalan qismi isə zəif yazılmış belletristika ilə havayı yerə israf edilmiş yaxşı xam yazıçı materialıdır. Bir sözlə,ŞeyxromanıŞeyx Sənanmövzusunda yeni əsər kimi alınmayıb, sadəcəŞeyx Sənanmövzusunda yazmaq cəhdidir.

Nəhayət sonda yazının əsas sualına cavab verək:azərbaycanlıŞumeysatınerməniSənanla yekunda qovuşmasına hansı imtahanlar, məşəqqətlər, keçilməz sədlər mane olur? Heç nə. Sənan eyvanda siqaret çəkən yerdə ürəyi tutur, yıxılıb ölür.

azlogos.eu

news-inner-user

19962 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb - Video
17:00 18 Sentyabr 2021
Üzeyir Hacıbəyovun vida mərasimindən reportaj - Fotolar
16:30 18 Sentyabr 2021
Milli Musiqi Günü ilə bağlı Bakı Musiqi Akademiyasında tədbir keçirilib - Fotolar
15:31 18 Sentyabr 2021
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir - Fotolar
14:36 18 Sentyabr 2021
Yaqub Zurufçu xanımından niyə boşanmışdı? - Video
13:30 18 Sentyabr 2021
Mədəniyyət naziri: “Şuşaya onun ruhunu qaytaracağıq”
12:40 18 Sentyabr 2021
Fərhad Bədəlbəyli: "Artıq bu, həqiqətdir”
12:29 18 Sentyabr 2021
Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub - Fotolar
11:30 18 Sentyabr 2021
Nazirliyin bəstəkarlara vurduğu zərbə - Firudin Allahverdi yazır...
10:34 18 Sentyabr 2021
Cümhuriyyət ərəfəsində Üzeyir Hacıbəyovu İranda qalmağa vadar edən nə idi? – Vilayət Quliyev yazır
09:01 18 Sentyabr 2021
1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar
21:00 17 Sentyabr 2021
Azərbaycanlı skripkaçı birinci yerə çıxdı
19:16 17 Sentyabr 2021
"Arşın mal alan” Çində təqdim olunub - Fotolar
18:45 17 Sentyabr 2021
Məşhur İspan yazıçısı vəfat etdi
18:15 17 Sentyabr 2021
Azadlıq qılıncların oxuduğu nəğmədi – Rüstəm Behrudinin şeirləri
17:30 17 Sentyabr 2021
Təşəkkür edirəm ayaqlarımın səsinə - Yeni şeirlər
17:07 17 Sentyabr 2021
Sezen Aksudan yeni mahnı - Video
16:55 17 Sentyabr 2021
Məşhur tarzənə ev verildi
16:17 17 Sentyabr 2021
Bir sıra mədəniyyət işçilərinə fəxri adlar verildi - Siyahı
15:50 17 Sentyabr 2021
Deşikli daş pirinin möcüzəsi: İnanaq, yoxsa gülüb keçək?
15:30 17 Sentyabr 2021