Türkiyə evimizdir - evimiz yanır 

Türkiyə evimizdir - evimiz yanır 
30 iyul 2021
# 13:51

Dünən hamımız bir xəbərə üzüldük.

Türkiyədə baş verən meşə yanğınları bizim ürəyimizi də yandırdı.

Bir millət iki dövlətdən də çox iki bədəndə bir can olduğumuzu hiss etdik.

Adamlar öldü, evlər məhv oldu, ağaclar yandı, heyvanlar tələf oldu...

Kaş o alovları söndürmək üçün ovcumda da olsa su daşıya biləydim.

Yəqin bir çoxları mənim kimi düşünür.

Kaş bir adamı, bir ağacı, bir canlını xilas edə biləydim o alovların içindən.

Yanan ağacların, meşələrin videolarını izləyirəm və yadıma Nazım Hikmətin bu misraları düşür:

"Yaşamak bir ağaç gibi tek ve hür
ve bir orman gibi kardeşçesine".

Bu misraları yazan şairin məmləkətinin ağaclarını, meşələrini necə oda vermək olar axı?!

Bir əhvalat var.

Kral Nemrut İbrahim peyğəmbəri yandırmaq üçün böyük alovlar hazırlayır. Bunu öyrənən bir qaranquş yanğını söndürmək üçün dimdiyində su daşıyır. Ona lağ edərək soruşurlar ki, sənin bu daşıdığın bir damcı su o boyda alova neyləyəcək? Qaranquş da cavab verir ki, eybi yox, heç olmasa səfimi bəlli edirəm, kimin tərəfində olduğumu görsünlər.

Biz də canımızdan bir parça olan Türkiyəmizin yanındayıq.

Necə ki, Türkiyə Qarabağ savaşında bizdən diplomatik və mənəvi dəstəyini əsirgəmədi, yanımızda oldu. Biz də o cür.

Avstraliyadakı meşə yanğınlarına da üzülmüşdük, pis olmuşduq, amma Avstraliyada baş verən həmin yanğınlar təkcə bədənimizi, dərimizi yandırmışdı. İndi isə bu ağrını ruhumuzda, canımızda hiss etdik.

Türkiyə bizim üçün qardaş, ya da varlığı bizə bəs olan yaxın bir qohum, dost, yoldaş kimidir.

Adamları adamlarımız, dağları dağlarımız, ağacları ağaclarımız, dənizləri dənizlərimizdir.

Türkiyə evimizdir!

Türkiyə sənsən, mənəm, bizik!

Canın bir də heç vaxt yanmasın, Türkiyəm!

Can Azərbaycan həmişə səninlədir!

# 9086 dəfə oxunub

Oxşar xəbərlər

Vəziyyət o qədər pisdir ki,  Elxan Elatlı da kirayədə yaşayır

Vəziyyət o qədər pisdir ki, Elxan Elatlı da kirayədə yaşayır

14:25 14 fevral 2025
Niyə evtanaziya əcəldən daha yaxşıdır?

Niyə evtanaziya əcəldən daha yaxşıdır?

17:00 11 fevral 2025
Vətənə, millətə xəyanət, uşaq istismarı

Vətənə, millətə xəyanət, uşaq istismarı

12:00 23 yanvar 2025
Sənət Allah üçündür

Sənət Allah üçündür

09:00 22 yanvar 2025
Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
Jurnalistləri və saytları söyən adamlar

Jurnalistləri və saytları söyən adamlar

14:14 6 yanvar 2025
# # #