writer1

Cavanşir Yusifli

Məqalə sayı

75
clock12:00 calendar-gray 28 İyul 2021 view-gray753 dəfə oxunub
view-gray753 dəfə oxunub

İşıqları keçirib yazanlar

Kulis.az professor Cavanşir Yusiflinin “Bir nəfər üçün yazmaq” essesini təqdim edir.

Bu dünyada ən intim, heç kəsin təşrif gətirə bilmədiyi yer yazıçının yazı masasıdır.

Başqa şeylərdən fərqli olaraq onu gün işığına, açıq səma altına çıxarmaq olmaz. Olarsa, mənası, mahiyyəti itər. Başqa bir şeyə çevrilər.

Hətta bütün işıqları keçirib pərdə arxasında keçib yazanlar olub. Qələm öz işığı ilə işləyir.

Ya bəlkə dayanıb gözləyir ki, hərdən ildırım çaxsın, şimşək oynasın, onların işığı düşəndə yazsın. Bilinmir. Siqaretlər çəkilir, kül külə qarışır. Bu mühitdə, bu xəfə yerdə yazıçı külünü siqaretin tüstüsünə, siqaretin külünə qarışdırır. Səni heç kəs, heç özün də görməməlisən. Başqa bir şəxsə çevrilirsən. Özünlə söhbət edirsən. Sözünüz tərs düşə bilər. Özünü bağışlamazsan. Ürəyin ağrıyar. Amma yenə bu pıçıltılar davam edər.

Bu yazının kiminçün yazıldığını heç biriniz kəsdirməz. O adam bu dumandan, bu küldən doğulacaq. Ancaq bircə nəfər. O kimdisə naqil olmalıdır. Sənin ağrını canından keçirib ətrafa buraxmalıdır. Dözsə, tab gətirsə. Sən bir nəfər üçün yazırsan, ancaq onu düşünürsən, bütün dünyanı ayaqların altına qoyub ürək ağrını sözə çevirirsən, amma söz tükənir.

Yazmaq istədiklərin sözə sığmır. Keçirdim qəlbimi yüz-yüz gözəlin / heyran baxışının odu içindən / mən onu vermədim, verə bilməzdim…. çünki sənin üçün saxlamalıydım / saxlamalıydım ki, mən onu sonra, verəm gözlərinin cəfalarına…

Şeirdən adda-budda misralar gəlir, yaddaşın köz kimi yanıb-sönür, hər şey qəlbindədi, ovcunun içindədi, amma sən bunları sözə çevirə bilmirsən. Hər gələn küləyə, hər gələn sözə könül verməmək, ən munisini, ən təmizini gözləmək, lap dünyanın sonuna qədər…

Sən kənardan, efirdən gələn səsləri eşitmirsən. Karsan hər şeyə. Bir adamı gözləyirsən. Əli ürəyinin üstündə. Orta əsrlərdə yazılan şeirləri bu nöqtədən baxıb oxuyun. Ancaq bir nəfər üçün yazılan qəzəl. Gərçi canandan dili-şeyda üçün kam istərəm, Sorsa canan bilməzəm, kami-dili şeyda nədir?

Bu, bəzi füzulişünasların fikrincə, söz oynatması deyil, ağrıyan ürəyin dözməyib bütövlüklə sözə çevrilməsidir. Bütün izmlərin bir anda külə çevrilməsidir. Ancaq “izm” görsənirsə, demək, o adam tapılmayıb, yarı yolda qalıb. Demək, sən hamı üçün yazmısan, demək, bu yazdığın hamının gözü qabağında doğulub.

Bu gün hamıya yazılan, hamının oxuması həsrətini çəkən şeirlər, hekayə, povest və romanlar nəfəs almaq üçün yox, nəfəs kəsmək üçündü. Nəfəs qısıldıqca kitab gözdən düşür, oxunduqca cırılıb atılan səhifələr gəlir göz önünə, səhifələr cırıldıqca külək onları titrək əliylə tutur, bilmir neyləsin…

O bir nəfər yaradılmasa, dünyaya gəlməsə, yazı yolda qalacaq, azmış kimi…

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur Amerika filmi yenidən çəkiləcək
18:51 16 Sentyabr 2021
Azərbaycanlı professor vəfat etdi
18:15 16 Sentyabr 2021
Azərbaycanlı şair: “Hər ay ABŞ-dan mənə pul gəlir” – Müsahibə
17:31 16 Sentyabr 2021
Mədəniyyət Nazirliyi məlumat yaydı - Mətn
17:05 16 Sentyabr 2021
Çingiz Abdullayev şeir oxudu – Fotolar
16:15 16 Sentyabr 2021
Əri qorxusundan onu boşadı, çadrasını Cəfər Cabbarlı açdı, anası qızına görə dinə qarşı üsyan elədi - İlk kinoaktrisamızın ağlagəlməz həyatı
15:28 16 Sentyabr 2021
Millət vəkili Salam Sarvanı təbrik etdi - Foto
14:56 16 Sentyabr 2021
Özbəkistanla müştərək film çəkəcəyik
14:00 16 Sentyabr 2021
Benzinin bahalaşmasına haqq qazandıran millət vəkilləri – Sərdar yazır...
13:15 16 Sentyabr 2021
Səyavuş Aslanın küçədə qalan oğlu ilə bağlı rəsmi açıqlama - Foto
12:24 16 Sentyabr 2021
Acun azərbaycanlı olduğunu açıqladı – Video
12:18 16 Sentyabr 2021
Mübariz İbrahimovun yaxın dostu olmuş taksi sürücüsü: “Hər gün bizim idman zalına gəlirdi” - Maşından reportaj
12:06 16 Sentyabr 2021
Bukerin qısa siyahısına düşən əsərlər nədən bəhs edir?
11:35 16 Sentyabr 2021
Ölkəmizdə yeni layihə: Uşaqlar nağıl yazacaq
11:01 16 Sentyabr 2021
Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşdı - Açıqlama
10:25 16 Sentyabr 2021
Əməkdar artistimiz dünyasını dəyişdi
10:15 16 Sentyabr 2021
Xarkovda Nizami Gəncəvinin abidəsinin açılış olub - Foto
09:57 16 Sentyabr 2021
Üzü örtülü qadınla necə evlənməli? – Zamin Hacı yazır
09:00 16 Sentyabr 2021
Nuru Paşa Cəfər Cabbarlıya nə hədiyyə etdi? - Tarixi fakt
21:00 15 Sentyabr 2021
"Amerika" adlı qızıl unitazı oğurlayan şəxs tapılmır - Foto
18:43 15 Sentyabr 2021