O, bilmir ki... – Yazar xanım Seymur Baycana cavab verdi

O, bilmir ki... – Yazar xanım Seymur Baycana cavab verdi
17 iyul 2021
# 22:02

Kulis.az "Həzz" romanının müəllifi Nazlı Çələbinin yazıçı Seymur Baycanın onun haqda yazdığı yazıya cavabını təqdim edir.

Seymur Baycan "Həzz" adlı kitabım barədə yüksək fikirlər bildirərək, məni "Milli sərvətimiz" adlandırıb. Buna görə, ona səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Tərifdən əlavə sağlam tənqidi fikirlərini də bildirib ki, onunla razılaşıram, çətin də olsa qəbul edirəm.

Bəs niyə çətin?

Çünki Seymur Baycan məni şəxsən tanımadığı üçün, hansı çətinliklər və maneələrlə kitab yazdığımdan xəbərsizdir. Nəzərinizə çatdırim ki, mən həkiməm və yazdığım hər bir əsərə həkim prizmasından yanaşmışam. Bu da ədəbiyyat aləmində çalışan peşəkar insanlar üçün qüsurlu görünə bilər, anlayışla qarşılayıram.

Həkimlikdən əlavə həm də parapsixoloqam. Parapsixologiya - gözlə görülməyən kainat hadisələrini öyrənən bir elmdir və mən hər əsərimdə imkan dairəsində bu elmdən az da olsa məlumat əlavə etmişəm. Həm də bu məlumatları, sadə insanların daha yaxşı dərk etməsi üçün elmi dildə yox, ən sadə, danışıq dilində çatdırmışam.

"Həzz" kitabında 1992-ci ildə Türkiyəyə seksual əsirliyə verilmiş Azərbaycanlı qızın gündəliyini orijinal halında, yəni ədəbi dilə çevirmədən yazmağım da Seymur bəydə "dil kasadlığı", "söz bazasınn" azliği kimi hisslər oyadıb. Bütün əsərlərim real hadisələr əsasında yazılıb, obrazlar və dialoqlar realdır. Bu üzdən orijinallığı qorunub saxlanılıb. Müəyyən səbəblərdən kitabların redaktə və korrektəsi zəifdir ki, bu da onu redaktə edənlərin vicdanına buraxılır. Lakin bu qüsurlar düzəldilə biləndir.

Əsərlərimin hamısı kəskin süjetli kriminal janrda və kino stilində yazilıb. Kifayət qədər ciddi və vacib mövzulardır. Hazırda daha maraqlı bir mövzuda - "Oğurluq bədən " adlı əsər üzərində işləyirəm. Bu dəfə ruhlar aləminin reallıqla əlaqəsini elmi faktlarla daha dəqiq və anlaşılan şəkildə oxucularıma çatdıracam.

Mənim əsərlərim, yalnız hansısa bir cinayətin araşdırılmasından ibarət deyil. İnformativ xarakterli olaraq bu cinayətlərin törədilməsinə səbəb olan psixoloji durumları açıqlayır və insanları düşünməyə vadar edir.

Bu yazımı oxuyan səlahiyyətli şəxslərdən xahiş edirəm ki, Azərbaycanın detektiv xanımına, kitablarimın yenidən redaktəsi və korrektəsi istiqamətində köməklik göstərsinlər ki, Seymur bəyin göstərdiyi çatışmazlıqlar aradan qalxsın və əsərləri böyük oxucu kütləsinə utanmadan tanıtdıra bilək.

# 5766 dəfə oxunub

Oxşar xəbərlər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5  məşhur əsər

"Kosmik ritm", siyasi şah əsər, "Vyana qanı"... - "Valsın Kralı"ndan 5 məşhur əsər

13:30 3 iyun 2026
Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

Həbsxanadan Parisin məşhur salonlarına... - Fransa Müasir İncəsənət Ensiklopediyasındakı yeganə azərbaycanlı rəssam

15:00 2 iyun 2026
“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

“Mən Allahdan pul istəməyə utanıram” - Sevinc Elsevərin uşaq şeirləri

12:00 1 iyun 2026
Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

17:00 30 may 2026
"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

"Kim çağırdı bu ölümü?" - Fikrət Sadıqın şeirləri

15:00 30 may 2026
Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

Erotik "Venera" tabloları ilə məşhurlaşan Fransua Buşe kim idi?

11:30 30 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər