news-inner
clock16:28 calendar-gray 15 Yanvar 2013 view-gray2136 dəfə oxunub
view-gray2136 dəfə oxunub

“Abbas Abdulla Fikrət Sadıqı da döyüb”

Kulis.az-ın suallarını yazıçı, rəssam, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Psixologiya üzrə fəlsəfə doktoru Mahirə Abdulla cavablandırır.

- Mahirə xanım, mümkünsə son ürəkbulandırıcı hadisə barədə danışaq. Abbas Abdulla yaxşı şairdir, Azərbaycanı Türkiyədə təmsil edib, ağsaqqaldır. İndi nə baş verib ki, o, belə bir addım atıb?

- Abbas Abdullanın türkçülüyünə mənim böyük hörmətim olub hər zaman. Onun xətrini çox istəmişəm. Balaş Azəroğlu, Fikrət Sadıq və Abbas Abdulla ilə bir otaqda oturmağı özüm üçün xoşbəxtlik hesab eləmişəm. Onlara hər zaman ehtiramla yanaşmışam. Amma Abbas Abdullanın lap əvvəllərdən şıltaq təbiəti var. Əqidəsinə hörmətim olduğu üçün heç vaxt onunla aramızda problem yaranmağa imkan verməmişəm. Abbas Abdulla “Ulduz” jurnalında işlədiyi vaxtlarda mənim şeirlərimi çap edib. Çox təəssüf edirəm ki, birlikdə oturduğumuz otaqda ona görə mən çox çətin vəziyyətə düşdüm.

- Mümkünsə o otaqdan da danışaq. O otaq nə üçündür, nə məqsədlə sizə ayrılıb?

- AYB-də sədrin, 4 katibin, sədr müavininin, təbii ki, kabinetləri var. Olmalıdır. Mətbuat xidmətinin katibinin, kadrlar şöbəsinin rəisinin, baş mühasibin, mühasibat işçilərinin, sədrin müşavirinin, təsərrüfat şöbəsinin ayrıca kabinetləri var.

AYB-də yeganə yaradıcılıq otağı məsləhətçilərin oturduğu otaqdır. Orada nəsr üzrə məsləhətçi, yəni mən, şeir üzrə məsləhətçi Fikrət Sadıq və məsləhətçi Abbas Abdulla otururuq. Eyni zamanda AYB-yə qəbulla bağlı ekspert qrupunun sədrliyini də mənə tapşırıblar. Mən 2008-ci ildə AYB-yə məsləhətçi kimi gəlmişəm. Sonra qəbul məsələsində çoxlu söz-söhbətlər olduğu üçün qəbul məsələsini də mənə tapşırdılar. Həm də qəbul üzrə ekspert qrupunun rəhbəriyəm. İlk işim toz-torpaq içində olan 700 sənədi araşdırmaq oldu. Əslində sənədlərə baxılandan sonra, qəbul olunmayanlar geri qaytarılmalıdır. Ancaq burda bəzi sənədlər götürülmüşdü, qalanları isə baxımsız halda idi. Mən 700 sənədin hamısına baxdım. İçərisində çoxlu istedadlı adamların sənədləri vardı. Məsələn, Kənan Hacının sənədlərini mən tapıb çıxardım və onu AYB-yə qəbul etdik. Mən qəbul elədiyim adamların çoxu istedadlıdır.

- Mahirə xanım, cəmiyyət üçün də maraqlıdır AYB-yə qəbul proseduru. Anar müəllim Kulis.az -a müsahibəsində də demişdi ki, qəbulla bağlı problemlər var. Ümumiyyətlə, AYB üzvü olmaq üçün nələr lazımdır?

- Mən ekspert qrupunun sədri təyin ediləndən sonra çalışmışam bu məsələdə nizam-intizam olsun. Bizə daxil olan sənədlərin qeydiyyatını aparıb, ədalətlə araşdırırıq. Növbəli və növbəsiz qəbullar olub. Elə istedadlı gənclər olub ki, onları birbaşa qəbul etmişik.

- Deməli qəbul növbəli aparılır?

- Qəbul həm növbəlidir, həm də növbəsiz. Gənclərin böyük bir qismi paralel olaraq qəbul olundular AYB-yə. Gənc Ədiblər Məktəbindən gələn gənclər növbəsiz üzvlüyə qəbul olundu. Təbii ki, bu böyük dəstənin içərisində istedadlı gənclər də vardı.

- Qəbul üçün əsas şərtlər hansılardır?

- Mütləq üç rəy olmalıdır. Üç rəydən ikisi hökmən müsbət olmalıdır.

- Kimlər rəy verə bilər?

- Burda xüsusi şərt yoxdur. Tanınmış, hörmətli, etimad olunan yazıçı və şairlər rəy verirlər. Mən heç vaxt rəy verənlərin adını açıqlamamışam. Çünki, problem yarana bilər. Əmin olun ki, mənim çalışdığım müddətdə, mənim nəzarətimlə AYB-yə istedadsız adamlar qəbul edilməyib. Ancaq mənim nəzarətimdən kənarda, rəhbərliyin istəyi ilə qəbul edilənlər də var. Bu barədə isə heç nə deyə bilmərəm. Mən heç vaxt istedadlı insanların qarşısını kəsməmişəm.

- AYB üzvü olmaq üçün kitab çap etdirmək şərti varmı?

- Əgər yaşlı yazardırsa belə şərt olur. Amma mən bunun tərəfdarı deyiləm. Bəzən 30 kitabı olan müəllifin yazdıqlarında bir dənə də ədəbiyyat nümunəsinə rast gəlmirsən. Amma elə gənc olub ki, bir-iki şeiri çap edilib, oxuyanda bilirsən ki, istedadlıdır, gələcəyi var. Prezident təqaüdünün verilməsi dəhşətli bir vəziyyət yaratdı. AYB-yə ciddi axın başladı. Elə adam var ki, 30 kitab gətirib. Cild-cild kitab gətirib AYB üzvü olmaq istəyən yaşlı insanlar daha çoxdur. 70, 80 yaşında insanlar gəlib deyir ki, mən AYB üzvü kimi ölmək istəyirəm. Mən başımla cavabdehəm ki, biz istedadlı adamları kənarda qoymamışıq. Amma təəssüf ki, istedadsızlar da yol tapıb.

- Siz neçə adamı üzv etmisiniz AYB-yə?

-300-dən çox olar yəqin ki... Amma bir il öncə mən AYB rəhbərliyinə müraciət etdim ki, qurultay öncəsi qəbulu dayandıraq. Yoxsa bu axının qarşısını almaq çətin olacaqdı.

- Mahirə xanım, çətin də olsa Abbas Abdulla ilə bağlı insidentə təkrar qayıtmağınızı xahiş edəcəyəm. Bu hadisə necə baş verib?

- Həmin hadisənin səbəbkarı Məlahət Qəmbərovadır. O, ştatda “Azərbaycan” jurnalının “məktub qeydiyyatçısı” olsa da, AYB katibi Arif Əmrahoğlunun kabinetinin qarşısındakı otaqda oturur və kitab nəşri ilə bağlı müəyyən işlər görürdü. Uzun müddətdir ki, Məlahət öz otaq yoldaşı ilə yola getmirdi və tez-tez mübahisə edir, söyüşürdülər. Nazik arakəsmədən bu söyüşləri Anar müəllim eşitməyə bilməzdi. Arif müəllim onlardan Anar müəllimə şikayət etdi. Təbii ki “Azərbaycan” jurnalında Məlahətə yer olmayacaqdı.

Məndən otağımızda yer olub-olmadığını soruşdular, dedim ki, otaqda yer yoxdur, üç məsləhətçi oturur, ekspert qrupu işləyir, qəbul sənədləri var. Ona görə də məni davaya cəlb etmək üçün əsəb gərginliyinə görə özünü idarə bilməyən Abbas Abdullanı öyrədib üstümə göndərdilər. Altı ildir Abbas Abdulla, Fikrət Sadıq, rəhmətlik Balaş Azəroğlu ilə bir yerdə oturmuşuq. Hamısından kiçiyəm, hamısına hörmət-izzətlə yanaşmışam. Onlar otağa daxil olanda da, çıxanda da ayağa qalxmışam, onlara ehtiramla yanaşmışam. AYB-də hamı bilir ki, Abbas Abdullanın səhhəti pozulub, son aylarda daim şikayətlənir, maaşı, təqaüdü aşağıdır, dərmana pul tapmır. Səbəbsiz yerə insanlara hücum çəkir, əl qaldırır, söyür, təhqir edir və s. Ən qəribəsi də budur ki, etdiklərini sonradan boynuna almır. Guya hər şey yadından çıxır.

- Siz dediniz ki, bu davanı təşkil ediblər. Sizcə bunu kimlər və nə üçün təşkil edə bilərdi?

- Bilirsiniz, Abbas Abdulla maddi durumundan narazıdır. Ola bilsin hər ikimizi pis vəziyyətdə qoymaq üçün bu addımı atıblar. Kimlər ki Məlahətin bizim otaqda oturmasını istəyirdi, bu onların işi ola bilər.

- Deyirsiniz ki, Abbas Abdulla təkcə sizinlə yox, başqa həmkarları ilə də dava edib. Məsələn, Abbas Abdullanın kimlərlə problemi var?

- Abbas Abdulla Məlahətlə eyni otaqda oturan xanıma hücum edib, onu vurub. Məsələni Anar müəllimə deyəndən sonra, Anar müəllim Abbas Abdullaya deyib ki, işə gəlmə. AYB-nin qarşısında Fikrət Sadıqa hücum edib. AYB katiblərindən birinin sürücüsü ilə də mübahisə edib. Bir sözlə onun bu cür hərəkətləri çox olub.

- Abbas Abdulla sizə hücum edəndə siz ona qayçı çəkmisiniz?

- Dekabrın 3-ü iş gününün sonunda Abbas Abdulla otağa gəldi. Məndən soruşdu ki, bu qız niyə gəlib otaqda oturmur? Dedim, otaqda yer yoxdur. Başıaşağı işləyirdim, qəfildən oturduğum yerdə mənə hücum etdi. Paltosunu başıma vurdu. Ömrümdə eşitmədiyim ağır söyüş etdi (doluxsunur). Səsə gələnlərin köməyi ilə onu güclə otaqdan çıxartdıq. Mən şoka düşdüm. Söyüş söyə bilmirəm, dilimdə kobud sözlər yoxdur. İndiyə qədər heç kəs mənimlə kobud və söyüşlə danışmayıb. Amma kiməsə zədə yetirmək əlimdən gəlməz. Köməyə gələnlər olmasaydı, otaqda daha ciddi problem ola bilərdi.

- Bəs Sayman Aruzla aranızda yaranan problemin səbəbi nədir?

- Sayman AYB-yə gələndə ona ilk dəstək verənlərdən biri mən olmuşam. Güney məsələsi mənim üçün çox həssas məsələdir. Düşünürəm ki, Güney azad edilsə, Qarabağ problemi də həll olunar. Millətçi və vətənpərvər bir yazıçı kimi Saymanın gəlişi mənim ürəyimcə olub. Ancaq Fərid Hüseyn və Şəhriyar Del Gerani həbsdə olanda Saymanın AYB-nin Natəvan klubunda bir çıxışı məni özümdən çıxardı. Məsələn o çıxışında dedi ki, Quzey Azərbaycan vətəndaşları elə o fars köləsı olan güneyli “soydaş”larımızın əlində əsirdirlər. Əlavə etdi ki, azərbaycanlılar demək olar ki, millət kimi formalaşa bilməyiblər.

Bu ifadələrə görə mən Saymanın sözünü kəsdim. Bir türk yazarı kimi ona etiraz eləmək mənim haqqım idi. Sonradan Sayman özündən qəhrəman düzəltmək üçün məsələni böyütdü və mətbuata çıxardı. Mən isə onun əməllərindən şikayət məqsədi ilə AYB sədri Anar müəllimə məktub yazsam da, məktuba baxılmayıb.

- Və bütün bu qalmaqallardan bezdiyiniz üçün artıq işə getmirsiniz. Eyni zamanda təltif olunmağınızla bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə AYB sədri Anarın göndərdiyi təqdimatdan imtina edirsiniz...

- Bəli, o hadisədən sonra ciddi stress keçirtdim, üstəlik mətbuatda hörmətdən salındım. İndiyədək qan təzyiqimi normaya sala bilmirlər. Mənim orada beynimə qan sıza, ürəyim dayana bilərdi. Ona görə işə getmirəm ki, bülletendəyəm, müalicə olunuram. Bülletenin birini artıq AYB-yə təqdim etmişəm. Amma yanvarın 11-nədək AYB-dən heç kəs məni axtarmayıb. Anara müraciət edib xahiş edirəm, Azərbaycan qadın yazarlarına diqqətsizliyə və şəxsən AYB rəhbərliyinin mənə qarşı sayğısızlığına etiraz olaraq mənim təltif olunmağım barədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə göndərilən təqdimatdan imtina etsin. Bütün bu hadisələrdən sonra, mən AYB-dən heç nə gözləmirəm.

P.S. Mahirə Abdulladan müsahibə dünən alınıb, bu gün isə Yazıçılar Birliyi onunla bağlı bəyanat yayaraq, onu şər və böhtan söyləməkdə ittiham edib...

Oxşar xəbərlər

Xəbər lenti

Xurşudbanu Natəvana layihə həsr olundu - Video
12:20 15 Avqust 2020
Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020