writer1

Sevda Sultanova

Məqalə sayı

869
clock09:01 calendar-gray 06 May 2021 view-gray11432 dəfə oxunub
view-gray11432 dəfə oxunub

Abırsızlıqla azadlığın sərhədi itəndə

Milli teleməkanda abırsızlıqla azadlığın, ifadə azadlığı ilə ədəbsizliyin sərhədini itirən aparıcıların sayı artmaqdadır. Çox güman ki, onlar bu anlayışlar arasında fərqin nədən ibarət olduğunu dəqiq bilmirlər. Efir mədəniyyəti, danışıq, sual vermək, insanlarla necə bir davranış sərgiləmək mədəniyyətinə malik olmadığından, onların aparıcılığı sosial şəbəkələrdə zamanla gündəmə gələrək, müzakirə edilir.

Murad Dadaşov Xəzər TV-nin rəhbərliyində yer alandan sonra Zaur Kamal davranışını bir qədər dəyişdi, dəvət olunan qonaqlarla hörmətlə danışmağa başladı, qısacası, özünü çəki-düzənə saldı. Hətta hiss olunurdu ki, birbaşa efirdə əvvəlki davranış modelini üzə çıxarmamaqdan ötrü özüylə mübarizə aparır.

Daha sonra isə adı çəkilən kanaldan tamamilə uzaqlaşdırıldı!

Lakin bu dəfə ona ARB telekanalı qucaq açdı və o, sözügedən kanalda “Həmin Zaur” adlı proqramla fəaliyyətə başladı. Problem ondadır ki, “Həmin Zaur” onun digər layihələrindən qətiyyən fəqlənmir, mahiyyət və format eyni olaraq qalır.

Xəzər TV-də müəyyən çərçivəyə salınan Zaur Kamal yeni iş yerində yenidən qol-qanad açdı və əvvəlki aparıcı kimliyinə qayıtdı: təkəbbürlü manera, aşağılayıcı ton, cəfəng, mənasız suallar, ictimai və sosial əhəmiyyəti bir tərəfə, əyləncə estetikası, dəyəri olmayan dedi-qodu səviyyəsində suallar... Burda problem, əlbəttə ki, təkcə Zaur Kamalda deyil. Funksionallığı olmayan, təcrübə verməyən, boş-boş söhbətlərlə dolu proqramın efirə vəsiqə almasında ARB telekanalı daha çox məsuliyyət daşıyır.

Telekanal yeni ad və efir konsepsiyasına iddia eləsə də, faktiki olaraq bu, şou proqramlara aid deyil. Yəni, əyləncə verilişləri siyasətində heç bir yeniliyə imza atmayan telekanal bu sahədə keyfiyyətli, yeni aparıcılar, şəxsiyyətlər yetişdirmək üçün zəhmətə qatlanmayıb. Əksinə, Zaur Kamalın bayağı, məzmunsuz verilişini efirə cəlb etməklə, sadəcə, adı dəyişməklə yenilik edib. Çünki Zaur Kamalın hazır auditoriyası var və əsas keyfiyyət, planka yox, onun reytinq (“Həmin Zaur” proqramının reytinq göstəriciləri haqda əlimizdə konkret, dəqiq rəqəmlər olmasa da, Youtube kanalında yerləşdirilən buraxılışlarından izləyicisinin çox olduğu bəllidir), reklam (pul) gətirməsidir. Telekanallar üçün bu faktorlar əsas olduğundan əlbəttə ki, etik-estetik, keyfiyyət kriteriyaları arxa plana keçir. Və asan yola qaçan telekanallar şou-prqoram anlayışına yeni, fərqli yanaşma tapa bilmir, yaxud istəmir.

Zaur Kamal bir qisim həmkarı kimi özünü veriliş aparıcısı kimi yox, məhkəmə salonundakı hakim kimi aparır. Əslində, verilişinin qonaqlarının da bəziləri niyəsə özünü müttəhim qismində aparır, Zaur Kamaldan çəkindiklərini bəyan edirlər. Çəkingənliyin əsasında isə onların güman ki, Zaur Kamalın verilişinə populyarlaşmaq vasitəsi kimi baxmaları dayanır. Bu səbəbdən böyük auditoriya qarşısında onun aşağılayıcı ritorikasına qatlanmalı olurlar.

Üstəlik, çoxunun istedadı olmasa da, bu veriliş onlara imkan verir ki, tamaşaçı zövqünü manipulyasiya edərək, kütlə düşüncəsində ciddi, sanballı sənətkar imici formalaşdırsınlar. Onların bu arzusunu yerinə yetirən aparıcının hər cür davranışını özlərinə rəva görürlər. Kanal rəhbərliyi də təbii ki, reytinq xartirinə baş verənlərə göz yumur.

Milsalçün, verilişlərdən birində Zaur Kamal müğənni Vəfa Şərifovaya özəl həyatı ilə bağlı qeyri-etik, eyhamlı suallar (ərindən qorxub-qorxmaması, ailə dağıtmaqda özünü günahkar hiss edib-etməməsi) ünvanlayır. Vəfa Şərifova da ürkək-ürkək, müticəsinə ona cavab verir. Daha sonra canlı efirdə müğənnidən qardaşına (yəni müğənninin qardaşına) 1000 manat pul verməsini istəyərək, düşük, mənasız məişət-ailə söhbətləri və sualları ilə verilişi guya əyləncəli, maraqlı etməyə çalışır, nəsə yaradıcı intriqa yaradır.

Yaxud başqa bir buraxılışda meyxanaçıları-müğənniləri yığıb, necə dolanmaqları, hardan, kimdən pul almaqları ilə bağlı sorğu-suala çəkir. Sanki, müğənnilər məmurdurlar və gəlirləri haqda hesabat verməlidirlər. Getdikcə onun sualları absurd həddə çatır: Evlisən ya subay? Niyə övladın yoxdur? Neçə ildir olmur? Kimdən borc alırsan? Borc aldığın adam pulu hardan tapır? İşləyirmi, sənə borca pul verir? İşləmirsə, pulu hardan tapır?

Lakin Zaur Kamala dözməyənlər də tapılır ki, etiraz edərək efirdən gedirlər. Misalçün, aparıcı ilə məhəllə “razborkası” formatında mübahisədən sonra klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu, meyxanaçı Yaşar Qafanlı efiri tərk ediblər. Bütün bu rəzillik arxa “sokaklarda” yox, əhəmiyyətli təcrübə, nümunə verməli olan telekanalda baş verir.

Hələ beş-altı il əvvəl Kulis.az -da Zaur Kamala bir neçə sual ünvanlamışdım. O suallar aktuallığını bu gün də itirməyib:

- Aparıcılığınız, müsahiblərlə davranışınız, proqramlarınızın məzmunu, səviyyəsi çox müzakirə olunur. Sizin efirdə formalaşan obrazınızı gerçəklik kimi qəbul etməliyik, yoxsa bu obraz arxasında tanımadığımız, fərqli bir Zaur var?

- Azərbaycan teleməkanında sizin kimi uzunmüddətli şou aparıcısı qalmaq üçün hansı keyfiyyətlər tələb olunur?

- Tez-tez vurğulayırsınız ki, tamaşaçıları əyləndirməyə çalışırsınız. Bir əyləncə və şou proqramının kriteriyaları sizin üçün nədən ibarətdir?

- Nəyə əsasən deyirsiniz ki, sizin proqramlar ailə üçün nəzərdə tutulur? Sizin proqramlarda ailəvi olan konkret nədir?

- Publikanızın kimliyi sizin üçün önəmlidirmi?

- Verilişlərinizdən birində sizin üçün səviyyəni qorumağın əsas olduğunu qeyd etmisiniz. O zaman sizin proqramlar səviyyənin meyarıdırmı?

- Müsahiblərinizlə aşağılayıcı tonda danışmağınız jurnalistika qanunlarına, peşəkarlığa zidd deyilmi, yoxsa sizin nəzərinizdə normaldır?

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021
Mədəniyyə nazirliyi yeni müsabiqə elan etdi
18:22 21 İyun 2021
Məşhur aktyor dünyasını dəyişdi
17:43 21 İyun 2021
Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi
17:11 21 İyun 2021
Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
15:39 21 İyun 2021
Şair, yazıçı, müğənni, bəstəkar…
14:49 21 İyun 2021
Fulya Öztürk: “Film təklifinə çox təəccübləndim” – Video
14:01 21 İyun 2021
Qarbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi – Dövlət katibimizin faciəvi sonu
14:01 21 İyun 2021
“Dünyanın sülh kitabı”nda azərbaycanlı yazıçı da yer aldı
13:35 21 İyun 2021
Dədə Süleyman: "Ayıb olmasın deyə, atam adımı dəyişdi" - Müsahibə
12:52 21 İyun 2021
El Romanın imza günü keçiriləcək
12:49 21 İyun 2021
Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
12:11 21 İyun 2021
Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt
11:30 21 İyun 2021
Aysel Əlizadə yazarlara çağırış etdi: “Bu təklifimə qoşulun”
11:01 21 İyun 2021
Fulya Öztürkdən film çəkilsinmi?
10:22 21 İyun 2021
“Cəfər Cabbarlı Səməd Vurğuna niyə “Mən yazıçı deyiləm” demişdi?” – Nəvəsi 90 illik sirləri açdı - Müsahibə
09:00 21 İyun 2021
Əhli-kef
11:01 20 İyun 2021
Kamyunun arvadı bu ssenariyə etiraz etdi – “Yad” filmində baş verənlər
16:31 19 İyun 2021
Müğənni Sılanın kitabı çap olundu
15:41 19 İyun 2021