news-inner
clock15:19 calendar-gray 05 May 2021 view-gray4815 dəfə oxunub
view-gray4815 dəfə oxunub

“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə

Kulis.az “Ulduzlu çərşənbə” layihəsindən müğənni Vüqar Muradovun müsahibəsini təqdim edir.

- Vüqar, bildiyimiz qədər, ayağınızı fubol oynayanda sındırmısız. İndi necəsiz?

- Şükür Allaha, indi yaxşıyam. Hə, iki yerdən sınmışdı. Belə deyək, ayağımın altını gördüm. Onsuz da zədəli ayağıydı, sınmağa çoxdan bəndiymiş.

- Hadrut-Füzuli tərəfdə döyüşdə oldunuz. Hətta şəhid Teymur Abbaslıyla bir yerdə döyüşmüsnüz. Bir az bu haqda danışardınız.

- Ruhu şad olsun. Teymur şəhid olan qardaşlarımızdan biridir. Sonradan bilmişəm siyasətçi Tural Abbaslının qardaşıdır. Döyüş yoldaşlarımızın şəhid olmaları hamı kimi məni də məyus elədi. Müharibədə olan insan üçün sonradan müharibədən danışmaq çətindir. İtkisiz müharibə olmur.

- Əvvəl hərbi xidmətdə olmusunuz?

- Yox, olmamışam. Yararsız hərbi bilet alanlardan da deyiləm. Əsgər olmaq üçün ən çox can atanlardan biri olmuşam. Bülbül adına musiqi məktəbini bitirmişəm. Bir az ailə vəziyyəti, bir az maddi cəhətdən imkansızlıqdan akademiyanı oxuya bilmədim. O vaxt mədəmdə problem varıydı. İndi də o problem qalır. Bir ildən bir, iki ildən bir mədəmdən ciddi müalicə alıram. Mədəmə və bir ayağımın altının düz olmasına görə, çənə probleminə görə məni hərbi xidmətə aparmadılar. Amma həmişə əsgər olmaq istəmişəm. Silahlara çox böyük marağım vardı. Onda da xahiş eləmişdim aparsınlar. Ay oğul, hara gedirsən? Ayağın düz, mədən pis gündə, çənənlə bağlı problemin var - deyib, məni qəbul eləməmişdilər.

- Çənənizlə bağlı problem nə idi?

- Alt çənə üst çənədən çox qabağaydı, yemək yeyəndə çətinlik çəkirdim. Bu problem on beş yaşım olanda yaranmışdı. Təbii, sonralar aradan götürdük. Mərhum Mirzə Babayevin qardaşı oğlu Teymur Babayevin köməyiylə qüsuru aradan qaldırdıq. Allah hər ikisinə rəhmət eləsin. Amma mədə əməliyyatına girmədim. Onda gərək mədəmin 4/3-nü götürəydilər. Bunu qəbul eləmədiyim üçün müalicələrlə özümü qoruyuram.

- Bəs bu problemlərlə müharibəyə necə getdiniz? Nədənsə düşünürəm ki, birdən-birə veriləsi qərar deyildi.

- Birdən-birə deyildi, əlbəttə. Mən heç vaxt qorxaq insan olmamışam. Həyatda heç nədən qorxmamışam, qorxmuram da!

- Ölümdən də qorxmursunuz?

- Nə ölümdən, nə də başqa bir şeydən. Ayağım sınıb, baxıram ayağıma, gülürəm. Kənardan baxıb deyirlər, can, ayağın sınıb, sənə əziyyətdir. Deyirəm, ayaqdır da, sınıb, bunu niyə belə böyüdürsünüz? Ya da sual verirlər, sənə futbol lazımıydı? Bəli, lazımıydı. Onu mən bilirəm, mənə lazımdır, ya yox. Sən məni çox istəyirsənsə, ancaq şəfa dilə. Yoxsa mənasız suallar vermə. Elə danışırlar, elə bil, doxsan beş yaşım var, qocalmışam. İnsana idman lazımdır. İdmanda ən peşəkar insanların da ayağı, qolu sınır. Mən mübariz insanam. Sağalım, yenə futbol oynayacam, idmanla məşğul olacam.

- Prinsipial insansız.

- Bəli, prinsipial, inadkar insanam. Belə deyək, indi mənim futbola qarşı içimdə aqressiya var. Futbolu canlı kimi görürəm. Deyirəm, elə bilirsən, ayağım sındı deyə, səni bir də oyanamayacam? Sənə görə ayağım yenə də sınsa, sağalıb səni oynayacam.

- Məğlubiyyət ağırdır...

- Otuz altı yaşıma qədər məğlub xalqın nümayəndəsi olaraq vicdan əzabı çəkmişəm. Mən özümü qeyrətli hiss edə bilməmişəm. Qeyrət anayla, bacıyla olmur. Qeyrət Vətənlə olur. Ana-bacı qeyrəti sənin ailənə məxsusdur. Dünyanın çox yerlərini gəzmişəm. Elə qardaş Türkiyənin özündə əvvəl bizə əzik kimi baxırdılar. Çox pis hissdir. İndiyə qədər yaşadığım həyatdan məmnun deyildim. Karantindir, bir tikə çörəyi çətinliklə qazanıram, amma xoşbəxtəm. Əvvəl yağlı tikə yeyirdim, özümü xoşbəxt hiss eləmirdim. Bəlkə də çoxları bu hissi o qədər dərindən anlaya bilmir, tamam başqa hissdir. Səmimi sözümdür! Müharibə iştirakçısı oldun-olmadın, bir vətəndaş kimi bunu dərindən duymaq lazımdır. Başı dik gəzmək tamam başqa bir şeydir. İnsan hər hansı qüsuruna görə başqalarının yanında həmişə utanıb sıxılır. Bax bu da eyni bir şeydir. Çox ölkələrdə erməni lobbisi güclü olub. Mənşəyi bilinməyən xalqlar həyasız olur. Ürəyimdən həmişə keçirmişəm ki, kaş mənim düşmənim erməni yox, daha ciddi xalq olardı. Kişinin düşməni gərək kişi olsun. Çeçen olardı, inquş olardı, amma mərd xalq olardı. Bircə erməni olmazdı.

- Şou-biznesdən niyə məhz Vüqar getdi?

- Şou-biznes deyəndə, işin nə olur-olsun, sən vəzifəni yerinə yetirirsən. Orda sənət keçmir. Hər kəs özünə cavabdehdir. Pis çıxmasın, mən özümü daha yaxşı tanıyıram, nəinki siz.

- Dəvət olunduğunuz verilişlərə baxanda, nədənsə elə bilmişəm, kimlərəsə nələrisə sübut eləməyə çalışırsız. Yəni, mən bunu bacardım. Elə bil kimlərəsə qarşı aqressiyanız var.

- Hə, amma çox səhv eləmişəm. Sən nəyisə sübut eləməyə çalışsan da, çalışmasan da, insanlar səni olduğun kimi qəbul edəcək.

- Peşmansınız?

- Çox peşmanam. Zamanım, hisslərim gedib. Əslində, hər şeyin yaxşı olmağı üçün çalışmışam. Yola verən insan olmamışam.

- Nə vaxtsa, qarşınıza çıxan xoşbəxtliyi prinsiplərinizə görə itirmisiz?

- İtirmişəm. Hər şeyimi itirmişəm. Amma heyfsilənmirəm.

- Bayaq peşman olduğunu dediniz.

- Nəyisə, kimisə itirdiyimə görə yox, yalnız hisslərimi itirdiyimə görə peşmanam.

- İtirdiklərinizi qaytarmaq şansınız olsa necə?

- Qaytarmaq şansım var. Maddi cəhətdən deyirəm. Mənəvi tərəfdən isə... Güclü insanam. Özüm-özümü tərbiyə eləməyi bacaran insanam.

- Özünü tərbiyələndirmək necə olur?

- Özüm özümlə danışıram. Səhvlərimi, düzlərimi öz-özümlə söhbət edəndə ayıra bilirəm.

- Müharibə həyata baxışınızı dəyişdi?

- Müharibə məni daha da qorxmaz elədi. Dişini qıcıyan canavar kimiyəm. Erməni təzədən nəsə eləsə, hazır vəziyyətdəyəm.

- Müharibədən sonra psixoloqdan dəstək almısınız?

- Psixoloq yanına gedəcəm. Qax rayonunda Sarıbaş kəndi var. Dağıstanla sərhəddir. May ayının əvvəlləri düşünürəm ki, gedim ora, on-on beş gün dərviş həyatı yaşayım. Mənim üçün ən yaxşı psixoloq indi oralardır. Telefondan, sosial şəbəkədən, ümumiyyətlə, məni narahat edən hər şeydən uzaq yaşamaq istəyirəm. Çoban paltarımı geyinim, əlimdə çomağım, qoyunumu otarım, saxsı qablarda ocaqda yeməyimi, lavaşımı özüm bişirim.

- Neçə ildir tək yaşayırsınız?

- İyirimi üç ildir tək yaşayıram. On dörd yaşımdan...

- Adətən, təkliyə öyrəşən insanlar dərviş həyatını sevir.

- Demirəm, yanımda kimsə olmasın. Yanımda dostdan, tanışdan kimsə ola bilər. Ancaq pozitiv olmaq şərtiylə. Neqativ insan ən yaxınım da olsa, məsafə saxlayıram. Onsuz da kifayət qədər özümü neqativliyə kökləmişdim.

- Neqativliyiniz nədən qaynaqlanır?

- Uşaqlıq travmalarından. Və cəmiyyətdə baş verən hər hansı pis hadisəyə emosional yanaşmağım, düzəlməyən bir şey uğrunda çaba göstərməyim məni neqativə gətirib çıxarmışdı. İnsanların bir-birini alçaltması, təhqir etməsi, bir-birinə kin saxlaması yorur məni və hər zaman bunların əleyhinə olmuşam. Mübarizə aparmışam. Mübarizələrimə görə çox təhqirlər eşitmişəm. Sonra görmüşəm, düşünən insan onsuz da təhqir eləməz. Edirsə, deməli, düşünməyi bacarmır. Arsız olmaq istəyirəm. Tam səmimi deyirəm, yaşamaq üçün, xoşbəxt olmaq üçün arsız olmaq istəyirəm.

- Bəzən kənardan ancaq özünü düşünən insan təəssüratı da bağışlayırsız.

- Mən özünü düşünən olsaydım, indi kirayədə qalmazdım, üç-dörd yerdə evim olardı. Ucuz maşınım ustalarda qalmazdı. Kənardan niyə elə görünmüşəm, anlamıram. Görüntü olaraq məni həmişə kobud biliblər, amma həmişə yaxşı insan olmağa çalışmışam.

- Yaxşı insan olmağa məcbursunuz?

- Məcburam. Pis ola bilmirəm, əksinə, daha da yaxşı olmağa çalışıram.

- Üzr istəməyi bacarırsız?

- Təbii. İdeal insan deyiləm. Kiçik də olsa, qüsurlarım var. Bəzən kobud olub qarşı tərəfə acı söz deyirəm, üç dəqiqə keçmir, bağışlamasını istəyirəm. Heç vaxt o təkəbbürüm olmayıb.

- Bir ara nişanlı olduğunuzu demişdiniz. Sonra nə oldu?

- Sadəcə alınmadı. İndi o xanım ailəlidir. Bu haqda danışmaq mənə yaraşmaz. Xoşbəxt olsun. Yəqin, onlar da müsahibəmi oxuyarlar. Üstümdə haqları varsa, halal eləsinlər. Mən də nə haqqım varsa, halal edirəm. Gözəl, uzunömürlü ailə olsunlar. Sadəcə xasiyyət baxımından bir-birimizə uyğun gəlmədik.

- Məşhur verilişdə atanızla bağlı səsləndirdiyiniz “Ona haqqımı halal eləmirəm” fikrinizi insanlar tənqidlə, təhqirlə qarşıladılar.

- Ümumiyyətlə, təhqir etmək şərəfsizlikdir. Dünyada bundan ağır şərəfsizlik tanımıram. Hər insanın şəxsi fikri var. Bacarırsan, o fikrə sayğı duy, bacarmırsan, susmağı öyrən. Məni təhqir edən nə qədər insan var, hamısı mənim üçün vicdansızdır. Vicdanı olan insan tanımadığı insanı təhqir eləməz. O ki qaldı atamla bağlı dediyim sözlərə, sonra peşman oldum. Uşaqlıqdan aldığım bir travmaydı. Atamı həqiqətən çox istəyirəm. Onun ayağına dəyən daş mənim başıma dəysin. Amma atama qarşı içimdə bir boşluq var. Sevgisizlik sindromu, qayğısızlıq sindromu var. Köhnə kişilərdəndir. Uşağı bir az oxşasam, yolunu azar düşüncəsi var. Siz gedin, Qax rayonuna, Qüdrət kişinin qonağı olun, sizə az qala ürəyini verəcək. Dünya gözəli insandır. Lap bir ay, bir il qalın evində, pislik görməzsiniz.

- Onda sərtliyi ancaq öz övladlarına qarşıdır.

- Ancaq öz övladlarına qarşı!

- Bəs ananız necəydi?

- Anamdan sevgi görməsəydim, bəlkə də indi həyatda yoxuydum. Sevgini də, qayğını da anamızdan hədsiz dərəcədə görmüşük. Anam alman dili müəlliməsiydi. “Nemes” kimi qadınıydı. Dürüst, vicdanlı... Həyatımda bir dəfə də olsa, anamın yalanını görmədim. Yalan deyirəmsə, vicdansızam. Yalanın “y” hərfi də anamda olmayıb. Bizə görə atamla çox mübahisəsi olub. Atam kommunistiydi. Əmilərim atamdan tamam fərqliydi. Atam həmişə bizə “xalxın uşağı”ndan misal gətirirdi. Mən də “xalxın atası”ndan danışırdım. Öz əmilərimdən, qonşumuzdan məsəl çəkirdim.

- O sözlərdən sonra münasibətiniz necədir?

- Üç-dörd aydır danışmırıq. Küsmüşəm atamdan. Müharibədən gələndən sonra bir dəfə "Balam" sözünü eşitmişəm. Sonra görmüşəm, yox, atam burda da sevgisini göstərmir. Küsdüm ki, səhvini görsün. "O, böyükdür, böyük nə eləsə düz edir" düşüncəsi çox dar düşüncədir. Elə söz yanlış sözdür axı. Mən o böyüyə məcbur eləmişdimmi məni dünyaya gətirsin?

- Sabah öz övladınıza atanız kimi ola bilərsiniz?

- Övladıma atam kimi olacağamsa, heç ata olmayım. Demək istədiyim budur ki, ailə də, övlad da mənim üçün əzizidir. Qadınım da həmçinin. Arvad-uşaqlarımın anası yox, qadınım deyirəm. Bəzən görürsən, telefona qadınlarının adını "Ev", "Uşağın anası" yazırlar. Yoldaşından danışır, əvvəlcədən üzr istəyir. Utanıb üzr istəyəcəksənsə, niyə evlənirdin? Bu düşüncələr mənə tamam yaddır.

Mən övladımla dost olacam. Bir şeyi etiraf edim. Əslində, mən narkoman da ola bilərdim, cinayətkar da. Uşaqlıqdan sevgi görməyənlər travmalı olur. Onda özgüvən çatışmazlığı olur. Mən bu günə qədər özgüvənimi yerinə otuzdura bilməmişəm. Uşaqlıqdan aldığım travmalara görədir. Atam efirdə çəkdiyim məsələ görə çox pis olub. Nə istəyirəm? İstəyirəm, mənə sevgini açıq-aşkar göstərəsən. Çətin iş deyil. Yenə də deyirəm, ata, mən səni sevirəm, sənin yolunda başımı qoyaram, ancaq səni bağışlaya bilmirəm. Atamın mənə ən böyük qəzəbi mənim subay olmağımdır. Qucağına nəvə versəm, bilirəm ki, başqa cür davranacaq. Atam nəvə görsün deyə özümün də, başqa insanın da həyatını pis günə qoya bilmərəm. Dörd nəvəsi var. Sağlıq olsun, nə zaman qismət olsa, o vaxt olacaq. Azərbaycanda heç bir gəncə saxta evlilik, saxta ailə münasibəti arzulamıram. Bir anlıq ehtirasın qurbanına çevrilməsinlər. Bir-birilərini tanımaq üçün vaxt ayırsınlar.

- Vüqarla xoşbəxt olmaq istəyən xanım onu neçə il əvvəldən tanımalıdır?

- İllə deyil. Baxırsan, iki-üç ildir görüşürlər, danışırlar, ailə qurduqdan qısa bir müddət sonra ayrılırlar. Burda tək xarakterdən söhbət getmir, özəl, məhrəm məsələlər var. Deyirlər, sevgi nədir? Deyirəm, sevgi, ehtiras və qarşılıqlı hörmətdir. İkisindən biri olmayanda münasibət uzun çəkmir. Məsəl çoxdur. Adicə atamla bağlı fikirlərimi yazanda nə qədər insanın mənlə həmfikir olduğunu gördüm. Ailə travma yaşamaq üçün deyil. Mənim kimi travmalı insan ölkədə nə qədər desən var. Natiq Dağlaroğlu var. Həm şəxsiyyət olaraq, həm də söz ustası kimi möhtəşəmdir. Verilişin axşamı İnstagramda canlı yayım açdım. Bu mövzu haqqında danışmağa başladım. Rəy yazdı ki, məni təcili canlı yayıma qoş. Qoşdum. Mənə dedi, çox şadam ki, bu mövzuya toxunmusan. Cəsarətlisən! Mən özüm də arada övladlarımın üstünə haqsız yerə qışqırıram, o sevgini göstərmirəm. Sən sanki məni ayıltdın. Balalarını yığdı başına, dedi, bunlara qurban olum. Ən çox üstünə qışqırdığım balam indi yatıb, mən gedib onu öpəcəm, sonra rahat yatacam. Mən orda özümü saxlaya bilmədim, atamı təsəvvür elədim. Kaş həmin anda atam mənə zəng edəydi ki, oğlum, sən mənim balamsan. Onu desin, sonra gəlib alnıma gülləylə vursalar da olar. Qoy atamın sevgisini görən an ölüm elə. Çox şey istəmirəm ki! Əslində, mən pis heç nə deməmişəm. Atam bu gün də mənə xoş söz desə, uşaq kimi yanına qaçaram.

- Bir az sənətdən danışaq. İndiyə qədər neçə mahnı bəstələmisiniz?

- Altı-yeddi yeni yazdırdığım mahnı var. Onun üçünü özüm bəstələmişəm. Birinin adı " Sabina"dır. Digərləri "Kasıb bir oğlanam", "Kefim əladır, dəyməyin mənə" mahnılarıdır.

- Hamısı toy mahnılarıdır?

- "Kefim əladır, dəyməyin mənə" məclis mahnısıdır. "Sabina" bütün Sabinalara həsr olunur. Xüsusi bir xatirəm yoxdur. Sadəcə, o adda dostlarım çoxdur. Qafqaz ritmində olan mahnıdır. "Bir qadınım" adlı mahnı da var. İki xanımın biri sözünü yazıb, o biri bəstələyib. O mahnı hal-hazırda aranjimandadır. Yeni ifaları “youtube” kanalımda paylaşacam.

- Müğənnilərdən ən yaxın dostunuz kimdir?

- Çoxuyla yaxşı münasibətim, dostluğum var. Vüsal Hacıyevin adını çəkə bilərəm. Həm də sinif yoldaşı olmuşuq. Sonra, bəstəkar Hacı Nazim, muğam ifaçısı Tural Salmanov tez-tez bizə gəlirlər.

- Yaxın günlərdə xanım müğənnilərdən kiminləsə duetiniz gözlənilir?

- İlhamə Qasımovayla yaxınlarda duet düşünürəm. Özünə demişəm. Bir-neçə xanım nəzərimdə var. Amma özlərinin xəbəri yoxdur.

- Kitab oxuyursunuz?

- Yox, daima oxumuram. Yadımda da qalmır. Bizim görkəmli yazıçılarımız, şairlərimiz var ki, zamanında oxumuşam. İndi oxumağım alınmır. Əvvəlcə ruhumun sağlamlığını bərpa eləməliyəm.

- Fərqli görünüşünüz, diksiyanız var. Mütəmadi idmanla da məşğul olursuz. Hansısa seriala, filmə dəvət almısız?

- Gələn ay Oqtay Nəbinin bir ssenarisi əsasında çəkilən "Soyğunçu" filmində baş roldayam. Artıq qərar verilib. O film mənim üçün bir keçid olacaq.

- Belə başa düşdüm ki, kitab oxumaqdan çox, filmlərə baxmağı sevirsiz.

- Filmə baxmağı həddindən çox sevirəm. Ən çox sevdiyim yerli filmlərdən komediya janrında olan "Bəyin oğurlanması", "Yol əhvalatı", "Bəxt üzüyü" filmləridir.

- Xarici filmlərdən ən çox bəyəndiyiniz hansıdır?

- Nikolas Keycin, Mel Gibsonun, Brüs Uillisin filmlərini çox sevirəm. Türk filmlərindən Mahsun Kırmızıgülün filmlərinin hamısına baxmışam. Mistikanı, fantastikanı sevmirəm.

- Özünüzü komediya janrında görürsüz?

- Əlbəttə. " Bozbash pictures"də ərəb rolunda oynamışam.

- Rusiyaya toya dəvət alırsınız? Həmkarlarınız toylardan ölkəyə qayıda bilmirlər.

- Yox, mən toy bazarına getməmişəm.

- Axı Rusiyada toylara getmisiniz?

- Toya getmək başqadır, toy bazarına girmək başqa.

- Naxçıvana da toya getmirsiniz?

- Karantindir. Vətəndaş kimi qaydaları əməl eləmək borcumdur.

Döyüşdən qayıdan müğənni ilə müsahibə" data-description="gallery" alt="“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə"> Döyüşdən qayıdan müğənni ilə müsahibə" data-description="gallery" alt="“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə"> Döyüşdən qayıdan müğənni ilə müsahibə" data-description="gallery" alt="“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə"> Döyüşdən qayıdan müğənni ilə müsahibə" data-description="gallery" alt="“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə"> Döyüşdən qayıdan müğənni ilə müsahibə" data-description="gallery" alt="“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə"> Döyüşdən qayıdan müğənni ilə müsahibə" data-description="gallery" alt="“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə"> Döyüşdən qayıdan müğənni ilə müsahibə" data-description="gallery" alt="“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə"> Döyüşdən qayıdan müğənni ilə müsahibə" data-description="gallery" alt="“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə"> Döyüşdən qayıdan müğənni ilə müsahibə" data-description="gallery" alt="“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə"> Döyüşdən qayıdan müğənni ilə müsahibə" data-description="gallery" alt="“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə"> Döyüşdən qayıdan müğənni ilə müsahibə" data-description="gallery" alt="“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə"> Döyüşdən qayıdan müğənni ilə müsahibə" data-description="gallery" alt="“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə"> Döyüşdən qayıdan müğənni ilə müsahibə" data-description="gallery" alt="“Buna görə atamı heç vaxt bağışlamayacam” - Döyüşdən qayıdan müğənni ilə müsahibə">

Oxşar xəbərlər

Xəbər lenti

"Yeddi oğul istərəm" filminə çəkildiyinə görə peşman olub ağlayan Xalq artisti - Maraqlı faktlar
21:00 22 İyun 2021
Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd edilib
19:30 22 İyun 2021
Şuşa ilə bağlı yeni qurum yaradıldı
18:47 22 İyun 2021
Dinlə, gör nə deyir bu dəli-dəli...
18:02 22 İyun 2021
Aqşin Yenisey: "Ədəbiyyatımız reanimasiya xəstəsidir" - Müsahibə
17:15 22 İyun 2021
Evində ölü tapılan Çingiz: bu gün dünyasını dəyişən rejissor kimdir?
16:26 22 İyun 2021
Türkiyə növbəti il "Avroviziya"da iştirak edəcəkmi?
15:44 22 İyun 2021
Xətai Akvarel Qalereyasından maraqlı tədbir
15:01 22 İyun 2021
Pandemiya harınlamışlara dərs oldu – Müğənnilər toy sevincini bölüşür
14:10 22 İyun 2021
Azərbaycanlı rejissor vəfat etdi
14:01 22 İyun 2021
Mədəniyyət Nazirliyində seçkilər keçiriləcək
13:19 22 İyun 2021
Sevdiyi qızın qrup yoldaşını döydü, həbsxanada şəkər xəstəliyi tapdı, oğlunun ölümünə görə gəlinini təbrik etdi - Xəlil Rzadan 10 qeyri-adi fakt
12:37 22 İyun 2021
Vandamın qudası niyə gündəm olur? - Mətbuatın sirri
12:01 22 İyun 2021
Sözümüzün Cahangiri - Müşfiq Şükürlü yazır
11:30 22 İyun 2021
Bir şairi öldürdülər – Günün Şeiri
11:00 22 İyun 2021
Anarın hekayəsi Monteneqronun populyar saytlarında
10:30 22 İyun 2021
Tanınmış şair vəfat etdi
09:56 22 İyun 2021
Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm
09:01 22 İyun 2021
Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021