news-inner
clock14:30 calendar-gray 26 Aprel 2021 view-gray2601 dəfə oxunub
view-gray2601 dəfə oxunub

62 il səhnədə oldu, Həsən Turabov onu işsiz qoydu, ölüm ayağında övladları ilə zarafatlaşdı - Fuad Poladova gizli gül göndərən Xalq artisti

Kulis.az Xalq artisti Sofa Bəsirzadə haqqında maraqlı faktları təqdim edir.

Sofiya Bəşir qızı Bəsirzadə 28 fevral 1918-ci ildə Kazan quberniyasının Çukan kəndində anadan olub. İki yaşında olanda ailəsi Bakıya köçüb və Sofiya xanım azəri türkcəsini mükəmməl öyrənib. Bakıdakı 3 saylı beynəlmiləl məktəbdə ibtidai təhsil alıb. Sonra 134 saylı məktəbdə orta təhsilə yiyələnib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyinə üzv olub.

***

Əsil soyadı Vəzirovadır. Atasının nəsil şəcərəsinə görə səhnəyə ilk addımlarından tamaşaçılar arasında “Bəsirzadə” kimi tanınıb. Bəzi proqram və afişalarda adı "Sofa" kimi yazılıb. Teatr kollektivində də ona "Sofa xanım" deyə müraciət ediblər.

1936-cı ildə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin ilin noyabrından başlayaraq, Milli Dram Teatrın tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda rola alıb. 1 sentyabr 1938-ci ildə - üçüncü kursda oxuyan tələbə-aktrisa teatrın aktyor truppasına qəbul edilib.

***

Gənclik illərinsə Sofa xanım daxili işlər orqanlarında çalışan Soltan Vəzirov adlı biri ilə tanış olur. Bir-birinə məhəbbəti yaranan cütlük bir müddət sonra ailə qururlar. Soltan bəy heç vaxt Sofa xanımın aktrisa olmağına qarşı çıxmır.

Bu evlilikdən onların Camal və Kamal adlı iki oğlu doğulur. Lakin, 1971-ci ildə Sofa xanımın həyat yoldaşı qəfil dünyasını dəyişir. Bundan sonra o, tez-tez övladlarına deyir ki, məni atanızın yanında dəfn edərsiniz.

Sofa xanım dindar qadın olub, o, namaz qılıb, oruc tutub. Bir dəfə isə Kəbəni ziyarət edib.

Teatr səhnəsində 62 ildən çox çalışan aktrisa bütün yaradıcılığı boyu səhnədə və kinoda əsasən ikinci planda görünüb və xarakterik obrazlar yaradıb. Onun səhnə görkəminin təravəti həmişə göz oxşayıb. Həm qəhrəmanlıq, həm məişət, həm mənfi emosional rolları bütün incə çalarları ilə təqdim edən və sözün əsl mənasında, klassik aktyor nəslinə sadiq qalan bir sənətkar olub.

***

Yüzdən çox obraz ifa edib. "Lənkəran xanının vəziri", "Oqtay Eloğlu", "Od gəlini", "Yaşar", "Dönüş", "Solğuri çiçəklər", "Şeyx Sənan", "Səyavuş", "Canlı meyit", Fedra ("Dəlilər", "Təhminə və Zaur", "Müfəttiş" kimi tamaşalrda maraqlı obrazlar yaradıb.

Sofiya Bəsirzadə ondan artıq bədii filmə çəkilib. Ömrünün son illərini Bakı Bələdiyyə Teatrında çalışıb. Sənət və ailə sevgisini eyni paylaşan aktrisa hər iki sahədə özünü təsdiq etməyi bacarıb. Xoş xasiyyəti, sənətinə sona qədər sevgisi, həmkarlarına ehtiramı ilə yaddaşlarda qalan sənətkar həmişə sevilib. Onun Azərbaycan müəlliflərinin əsərləri ilə yanaşı, Avropa və rus klassiklərinin tamaşalarında oynadığı rollar da əvəzedilməzdir. Sofya Bəsirzadə səhnə fəaliyyətinə görə 1955-ci il 30 aprel tarixində Əməkdar artist, 1974-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

***

1990-cı illərin əvvəllərində Akademik Milli Dram Teatrının rəhbərliyi Həsənağa Turabov Sofa Bəsirzadə də daxil olmaqla bir neçə qocaman aktyoru teatrdakı işindən azad edir. İşsiz qalan aktyorlardan Sofa Bəsirzadə, Məhluqə Sadıqova və Muxtar Avşarov sonradan Amaliya Pənahovanın yaratdığı Bələdiyyə Teatrında işə düzəlirlər.

Xalq artisti Fuaf Poladov haqqında kinoşünas Aygün Aslanlının yazdığı “Skafandrlı adam” adlı kitabda nəql edir: “Hər dəfə premyera günü otağıma gələndə stolumun üstündə gül görürdüm. Kostumerdən içəri kimin girdiyini soruşurdum, demirdi. Otağın açarlarından biri də onda olurdu. Amma bir dəfə ağzından qaçırtdı. Sən demə, gülləri Sofa xanım, Sofa Bəsirzadə gətirirmiş.”

***

Aktrisanın böyük oğlu Camal Vəzirov anasını xatırlayarkən deyir: “Anamın balaca, çoх gözəl bir yastığı var idi. Qastrollara gedəndə o yastığı özü ilə aparır, yalnız o yastıqla dincələ bilirdi. Bir gün bağa gedəndə yastığı yadından çıхıb evdə qalmışdı. Mənə zəng vurub dedi ki, yastığımı gətir. Anamın ölümünə inanmıram. Elə bil o, indi də mənim yanımdadır. Evdə hər şey mənə anamı хatırladır. Hara baхıramsa, anamın nəfəsini, ətrini duyuram. Hər gün dönə-dönə başımın üzərindən asdığım şəklinə baхıram.”

Günlərin birində Sofa xanım mədəsində güclü ağrılar hiss edir. Oğlanları tez təcili yardım çağırırlar. Həkim aktrisanın vəziyyətinin ağır olduğunu və onun çox yaşamayacağını deyir. Sofa xanımın tezliklə vəfat edəcəyini bilən ailə onu dincəlib istirahət etməsi üçün sanatoriyaya yerləşdirir.

***

Bir müddət sonra yatağa düşür. 1999-cu il dekabrın 31-də Sofa xanım övladlarını başına yığır, onların kədərlənməməsi üçün deyib-gülüb zarafat edir, “Bir gün gələn bir gün getməlidir” deyir.

***

Xalq artisti 2000-ci il yanvarın 4-də vəfat edir. Onun Fəхri Хiyabanda dəfn edilməsi üçün yer ayrılsa da, öz vəsiyyətinə uyğun olaraq həyat yoldaşının yanında dəfn edirlər.

news-inner-user

18716 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Azərbaycan–ispan danışıq kitabçası” çap olunub
18:18 12 May 2021
Azərbaycan bəstəkarlarının əsərlərinin toplusu Şuşada təqdim olundu - Foto
17:41 12 May 2021
"Xarıbülbül" musiqi festivalı başlandı
15:00 12 May 2021
Mənim Tanrım gözəllikdir, sevgidir - Hüseyn Cavidin şeirləri
14:24 12 May 2021
Ağadadaş Ağayev əməliyyat öncəsi fotosunu yaydı
13:09 12 May 2021
30 ilin ən gözəl müjdəsi
12:04 12 May 2021
Tanınmış aktyor vəfat etdi
12:00 12 May 2021
Bu gün Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır
10:12 12 May 2021
İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən, İran şahının sevimlisi olan Xalq artisti
09:03 12 May 2021
Sonsuz - Şərif Ağayarın hekayəsi
17:00 11 May 2021
Filmimiz Braziliyada beynəlxalq festivalda sertifikata layiq görülüb
15:50 11 May 2021
Soljenitsının Nobel almasının gizlinləri
14:45 11 May 2021
İntəhasız acı nəğmə - Qorki haqqında esse
13:25 11 May 2021
Sevgiliyə gül uzadan əllərin tənhalığı - Ramil Əhməddən yeni şeirlər
12:00 11 May 2021
Tom Kruz mükafatlarından imtina etdi - Qalmaqal
11:30 11 May 2021
“Qarabağa sülh, sevgi və ümid” adlı xeyriyyə konserti keçiriləcək
10:26 11 May 2021
II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı - Azərbaycanlı qaçağın film kimi həyatı
09:00 11 May 2021
Berlin Film Festivalı açıq havada keçiriləcək
17:35 10 May 2021
Musa Dədə əbədiyyət yaşında
15:51 10 May 2021
Çingiz Qənizadə: “Kəramət Böyükçölü maliyyələşdirib üstümə göndərənləri yaxşı tanıyıram” – Müsahibə
14:30 10 May 2021