writer1

Səhər Əhməd

Məqalə sayı

197
clock08:15 calendar-gray 08 Yanvar 2013 view-gray1651 dəfə oxunub
view-gray1651 dəfə oxunub

Tort dadında yazı

Uşaqlıqda tez-tez gözdən itməyi sevərdim. Evdəkilər axtarıb məni ya bir ağac dibindən, ya zirzəmi küncündən tapardılar.

İllər keçib amma mən hələ də gizlənməyə bir yer tapmamışam. Hələ də o fikirdə qalıram ki, nə qədər ki insan öz tənhalığının dekorasiyasını tapmayıb, özünü tam ifadə edə bilməyəcək.

Hansısa mövzu ətrafında heç vaxt rahat bir şəraitdə düşünə bilmirəm. Bəzən ən izdihamlı bir küçədə yazı masasından daha yaxşı “işləyirəm”. Yad adamların içində istədiyimi fikirləşməkdə sərbəstəm. Çünki onlar mənim “kodumu” bilmirlər, fikirlərimə nüfuz etmək şansları yoxdur.

Vay o gündən ki, hansısa yazının havası adamı evdə, özü də istirahət günü yaxalaya. Bir vaxtlar valideynlərimdən gizləndiyim kimi indi də öz uşaqlarımdan gizlənmək lazım gəlir. Çünki beynində hər hansı mövzunu süjetə salmaq haqda fikirləşərkən uşağa riyaziyyatdan kömək etmək cəhənnəm əzabıdır. Yalnız bir tərəfi verilmiş kvadratın perimetri və sahəsi haqda fikirləşmək mənim nəyimə lazımdı?

Düşünüb çıxış yolu tapıram. Uşaqlara meyvəli bir tort boyun oluram, əvəzində isə onlar mətbəxə keçməyəcəklərinə söz verirlər. Mən iş otağında heç nəyə nail olmuram. Kitab rəfindən üzümə boylanan yazıçıların gözü qabağında nəsə yazmağa əlim qalxmır. Mətbəxdə isə ancaq evdar qadınam, burda nə yazıçılar, nə də oxucular qarşısında öhdəliyim yoxdu.

Həm də yalnız yazı yazmağa sərf olunan vaxtı itki hesab edirəm, yaradıcılıqla ən yaxşı sintez olunan isə mətbəx işləridi, çünki hər ikisində fantaziya sonsuzdu.

Tort üçün lazım olan ərzaqları soyuducudan çıxarıb masanın üstünə yığa-yığa beynimdəki fikirləri də bir-bir nəzərdən keçirib işə başlayıram. Hərdən hansısa ərzaqla problemim yaranır, ya hansısa fikri ifadə etməkdə çətinlik çəkirəm. Amma sonda nəticə yaxşı alınır.

Tortdan bir dilim kəsib, özümə bir stəkan çay süzürəm və beynimdəki yazını son dəfə nəzərdən keçirib hər iki məhsulun “dadına baxıram”. Düzdü, tort daha mükəmməl çıxıb, amma yazı mənə daha çox ləzzət edir.

Bir azdan-uşaqlar bu tortu həzmi-rabedən keçirirkən mən klaviaturaya sarılıb bu fikirləri öz beynimdən kompüterin yaddaşına köçürməklə məşğul olacam. Bu mövzudan əbədi olaraq yaxa qurtaracaq və xeyli rahatlayacam. Ən azı bir neçə gün-yeni mövzu düşüncəmi işğal edənə qədər. Bu zaman özümü güclü və enerjili hiss edəcəyəm. Dünyadakı bütün kvadratların sahəsini və perimetrini tapacaq qədər güclü. Axı dəqiq elmlərin də öz ləzzəti var.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

"Nizami və musiqi" mövzusunda elmi konfrans keçirildi
18:46 14 Aprel 2021
Alimlərimiz Əlişir Nəvai konfransında
17:56 14 Aprel 2021
Nə qədər acı olsa da, Seymur haqlıdır – Cavanşir Yusifli yazır...
17:05 14 Aprel 2021
Pamuku təzə romanına görə niyə linç edirlər?
16:20 14 Aprel 2021
Anar qazi-şairlərlə görüşüb
15:40 14 Aprel 2021
Öləcəyini bilə-bilə vertolyota minən Milli qəhrəman - Türkiyə prezidenti ondan nə xahiş etmişdi?
14:55 14 Aprel 2021
Ruhumuzun mistikası - Ibrahim Ibrahimli yazır
14:12 14 Aprel 2021
Ziyalılar Prezident Administrasiyasına müraciət etdi
13:31 14 Aprel 2021
Şah İsmayıl Xətainin kitabı nəşr olundu
12:47 14 Aprel 2021
Azərbaycandan borc istəyən Atatürkün məktubu - Nadir fakt
12:05 14 Aprel 2021
Kanalizasiyada ölən Əhməd məhəlləni necə xilas etdi?
11:25 14 Aprel 2021
“Tik-tok”da videosu çıxdığına görə döyülən qadın
10:44 14 Aprel 2021
Tanınmış rejissor vəfat etdi
10:15 14 Aprel 2021
"Ürəyim istəyən qədər boşboğazlıq etmək istəyirəm" - Seymur Baycanla müsahibə
09:00 14 Aprel 2021
Mərakeşdə Azərbaycanla bağlı kitab nəşr olundu
18:59 13 Aprel 2021
Gənc yazarla görüş keçiriləcək
18:08 13 Aprel 2021
44 günlük müharibəyə həsr edilən şeirlər kitabı çıxdı
17:21 13 Aprel 2021
Bir əliylə köksünü tutmuş... – Orxan Vəlidən seçmə şeirlər
16:45 13 Aprel 2021
Niyə kitab oxumalıyıq?
15:54 13 Aprel 2021
Kamal Abdullanın hekayəsi Gürcüstanda çap olunub
15:01 13 Aprel 2021