Güneyli yazıçıdan erotik hekayə - Mətn

Güneyli yazıçıdan erotik hekayə - Mətn
15 fevral 2021
# 12:30

Kulis.az “Sözün güneyi” layihəsindən muğanlı yazar Elşən Böyükvəndin “Bayramın röyaları” hekayəsini təqdim edir.

Bu yazını Bayramın gündəliyini oxuyanda tapmışam. Azyaşlı uşaqlar, islamçılar və ağsaqqallar tərəfindən oxunması tövsiyə edilmir.

Tanrı insanı eybəcər yaradıbdır. İki qola, iki qıçaya nə gərək var idi axı? Nəyə yarayır bu qısa qollar, uzun qıçalar? Hansı düşüncəni, hansı sətirləri kağıza köçürüb bu əbədi kökəlib-arıqlamaq xəstəliyinə yoluxmuş adamlar, adam yox, qarınlar. Get-gedə dəyənəyə oxşayırlar. Əl ağacına çevrilməkdən ötrü can verirlər elə bil. Nədir bunlardakı bu baxımsızlıq, naköndəmlik? Heç bilmirəm - deyibən, yazırdı, yazır Bayram.

"İndi, bu qədər şair və yazıçı əlləri ilə yazmırlarmı?" - deyirsiniz, öz-özünüzə. Yox, əlləri ilə yazmırlar, hamısı dilləri ilə yazır. Yazıçı dili ilə yazar, əli ilə deyil. Əl sümük, ət və əsəb sistemindən başqa bir şey deyildir. Xəyalın gücü və dilin yaradıcılıq əzəməti qarşısında əl, qıç, ayaq, qol və lap başın kasası nədir ki? Sür-sümük və düşüncəsiz ət yığınından savayı. Şair dildən başqa bir şey deyil.

Ayaq, mədəni ölkələrdə yeriməyə və qeyri-mədəni ölkələrdə isə təpik və soncuq atmağa, əl isə işləməyə və bir az da əlləməyə yarayır, yalnız və yalnız əlləməyə. Əl hər şeyə toxunurmu bəyəm? Onda bu YALNIZ sözünü böyüdün, qabardın, bir tablo çərçivəsinə salıb otağınızın divarından asın.

Əlbəttə, bir neçə ay bundan öncə hələlik kağız üzərinə köçürülməmiş üç böyük romanımı danan, paxıl, qarnıqurdlu yekəpər dəlləyin çənəsinə elə yumuruq ilişdirdim ki, saman torbası kimi yerə sərildi. Mənim yumuruğumun adı-sanı dillər əzbəridir. Şeirlərimdən çox yumuruğum, ayğırlığmla tanınıram. Axı, məni Göbələkstan ölkəsində otarıbdılar. Ulu çobanın çomağı başım üstə olub hər zaman. Çomağın başım üstündən əskik olmasın, umuram! Hələ də ulu çobanımız, bığı eşmə, şeyi deşmə Məsud Rəcəvinin qapazları və sillələrinin dadı damağımda, başımdadır.

Onun ideoloji inqilabı, bütün evli qadınları ərlərindən boşatdırandan sonra siğə edib alması, uşaqları anaları və atalarından ayırıb boyunlarına minə-minə partiyanın ideoloji dərslərini keçməsi, hər səhər çağı yuxularımızı yazdırtması, gecələr yuxuda boşalandan sonra səhər çağı spermalı şortumuzu başımıza keçirdib Əşrəf düşərgəsinin həyətində milli marşın səsi altında hərbi parad keçirməyə məcbur etməsinə necə də darıxmışam. Şair demişkən “ol qədər cövr et mənə, ah etmək imkan olmasın”.

Ahhh, ürəyim çırpınmağa başladı yenə. Keşkə mən, qıllı, yekəpər, uzunqulaq kişi yox, qadın olardım. Elə gözəl, elə çəkici olurdum ki, ulu liderimiz məni bağrına basıb, yırtıcı şəhvəti ilə baldırlarımı qapıb, əzəldən-əbədə mənlə cütləşəydi. Sevişməyəydi, yalnız və yalnız cütləşəydi. Orasını orama tikəydi. Boşalması hey ləngiyəydi, o qədər ki, biz iç-içə yeriyib, iç-içə yatıb, iç-içə yaşayıb, iç-içə ölürdük. Əlbəttə, o, mənim içimə boşalsaydı indi mən də Xalq Mücahidləri təşkilatının lideri olmuşdum. Eynən Məryəm Rəcəvi kimi. Heyf ki, bütün diləklərim ürəyimdə qaldı, ürəyimdə basdırıldı hər zaman. Umsuq qalmaq mənim taleyimin ayrılmaz parçasıdır.

Arzular kərpicini üst-üstə düzə-düzə böyüdüm. Boyumun ucalığı, qarnımın yoğunluğu bundandır. Tanrı isə çox xəsis imiş. Yanğıdan əldən düşən arzuların közünü ürəyimə yapışdırıb, amma, məni bu əllər və ayaqlarımdan məhrum etmir. Keşkə məni ürəyimcə-istəyimcə yaradardı. Mən, bu əllər və bu ayaqları istəmirəm.

Tanrı bunları necə funksiyalı da edə bilərdi. Şeyin formasında əl və ayaq yarada bilərdi. Qollarımız şeyin gövdəsi, əllərimiz isə şeyin başı formasında olacaqdı. Qıçlarımız şeyin gövdəsi və ayaqlarımız şeyin başı şəklində yaranacaqdı.

Çox bacarıqsız və istedadsız tanrımız var imiş. İnsanı belə yaradan, cənnətlə-cəhənnəmi necə yaradıb görəsən?

Tanrının bu bacarıqsızlığını neçə qadını ovladığım zaman başa düşməyə başladım. Səhər çağı birinin pambığını dərirdim, günorta çağı başqasının buğdasını biçirdim və bütün şəhərin başı yastıqla-yorğan arasına keçəndə mənim də oram, onun orasına keçir, xurmasının dənəsini dodaqlarım arasında oynadırdım, dodağımla xurmasını ovurdum, oyurdum. Bu cinsi fəhləlik məndən güc aparırdı. Qıçımdan dözüm, belimdən suyum gedirdi.

Bu qədər əzab, işgəncə və yorğunluğu sizin istedadsız Tanrınızdan pay almışam. Ovladığım bütün qadınları düz-qoş etmək üçün mənə imkan verib. Mən şəhvətdə olan birisinə tək kişilik yetərli deyil. Buna görə günüm şəhvətimi otarmaqla sovuşub keçir. Mən sizin kimi maska taxmamışam. Gəlinin duvağını götürən kimi içimin duvağını götürüb, sözün qabığını soyuram. İçimi dilim-dilim edirəm. Boşqabda bəzəyib-düzəyirəm sizin üçün. Buyurun yeyin.

Söz orasındadır ki, mən oramla yaşayıram, oramla nəfəs çəkirəm, oramla düşünürəm. Şeyimin başına kəpənək kimi fırlanıram. Ol qədər fırlanıram ki qanadlarım yorulur, qanadlarım açılmır. Avar çəkmək kimi bir şeydir sevişmək. Avarı çəkdikcə gövdən qızışmağa başlayır. Damarlarında qan “Qırat” kimi çapır. Kişi olduğunun, kişilik duyğusunun ləzzətini çıxarırsan. Nəfəs, nəfəs, nəfəs, nəfisinin enib-qalxması, ürəyinin döyünməsi çırpınmağa çevriləndə nəyin nə qədər ləzzət verici olduğu haqda tövşüməyini dərə-dərə düşünməyə başlayırsan.

Mən avar çəkmək istəyirəm. Şəhvət dənizində o qədər avar çəkəcəyəm ki, avar da aman diləsin, aman da.

May be an image of 1 person, outerwear and outdoors

# 4462 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #